Biz müxalifəti parlament həyatına öyrəşdiririk, onlar indi birinci sinifdədirlər - Samxaradze

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

“Gürcü Arzusu”nun deputatı, parlamentin xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze bildirir ki, məhkəmə ilə bağlı istintaq komissiyası yaratmaq üçün bu həftə bütün plenar iclaslarda iştirak edən müxalifəti parlament həyatına öyrəşdirirlər.

Samxaradzenin sözlərinə görə, iclas zalının dolu olması onu çox sevindirir.

“Mən çox şadam ki, dünən “nazir saatı”nda müxalifət səfərbər idi, onlar naziri dinlədilər, hətta sual da verdilər, ona görə də belə davam etsələr, parlament həyatı üçü xeyirli olar. Onları yavaş-yavaş parlament həyatına öyrəşdiririk, bu hələ başlanğıcdır, indi birinci sinifdədirlər və yavaş-yavaş böyüyəcəklər və ümid edirəm ki, 2024-cü ilin sonuna kimi 12-ci sinfi bitirəcəklər.

Seçki yəqin ki, 2024-cü ilin sonuna qədər keçiriləcək və mən bilmirəm, onlar 2024-cü ilin sonuna qədər səfərbərliyə necə nail olacaqlar”, - Samxaradze jurnalistlərə bildirib.

Müxalifət parlamentdə məhkəmə-hüquq sistemindəki korrupsiya və digər qanunsuz əməlləri araşdırmalı olan müvəqqəti istintaq komissiyası yaratmağa çalışır. Qətnamə layihəsinə səsvermə ard-arda üç dəfə - aprelin 18-də, 19-da və 20-də keçirilən plenar iclaslarda baş tutmayıb, çünki “Gürcü Arzusu”nun üzvləri hakimlərlə həmrəylik əlaməti olaraq səsvermə üçün qeydiyyatdan keçməyiblər. Kvorumun formalaşdırılması və səsvermənin keçirilməsi üçün 76 deputatın qeydiyyatdan keçməsi lazımdır və qətnamənin qəbulu üçün 50 səs kifayətdir. Üç gün ərzində parlamentdə müxalifətin 50 üzvü səfərbər edilib və yetərsay olarsa, onlar istintaq komissiyası yarada bilərlər. Müxalifət deputatları ehtiyat edirlər ki, “Gürcü Arzusu” müxalifətin hər hansı bir üzvü iclas zalında olmadıqda komissiyanın yaradılması məsələsini səsverməyə çıxara bilər.

Müxalifət müvəqqəti istintaq komissiyasının yaradılması ilə bağlı qərar layihəsini parlamentdə qeydiyyatdan dekabrda keçirsə də, ilk dəfə səsə aprelin 18-də qoyulub. Aprelin 5-də ABŞ-ın üç fəal və bir keçmiş gürcü hakimi Mixeil Çinçaladze, Levan Murusidze, İrakli Şenqeliya və Valerian Tsertsvadzeyə qarşı korrupsiyada iştiraklarına görə sanksiya tətbiq etməsindən sonra bu məsələ aktuallaşıb.

“Gürcü Arzusu”nun sədri İrakli Kobaxidze vəd edir ki, istintaq komissiyası yaradılmayacaq.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur