“Gürcü Arzusu” ən azı 12 il daha hakimiyyətdə qalmaq niyyətindədir. Bu barədə baş nazir İrakli Kobaxidze hakim partiyanın seçki kampaniyasının və yeni mərkəzi ofisinin açılışında çıxışı zamanı bildirib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Gürcü Arzusu” partiyanın yaradılmasından 12 il sonra özünün müasir ofisinə sahib olacaq ki, bu da onun danılmaz əlamətidir ki, ən azı 12 il daha heç bir seçkini uduzmaq fikrində deyilik”, - Kobaxidze bildirib.
Onun bildirdiyinə görə, 2012-ci il parlament seçkiləri Gürcüstana demokratik keçid gətirdi və ölkə “xarici agentlərin” idarəçiliyindən xilas oldu.
“Agentliyin və onun avtoritar idarəçiliyini hakimiyyətdən uzaqlaşdırılması həlledici qələbə idi və buna görə mən bu ölkənin sadə vətəndaşı kimi cənab Bidzina İvanişviliyə bir daha təşəkkür etmək istərdim”, - Kobaxidze bildirib.
Baş nazir bildirib ki, ötən 4 il xüsusi çətinliklərlə dolu olub. O, bu dəfə də “iki inqilab cəhdi”ndən danışıb.
“2021-ci ildə ölkədə ilk inqilab cəhdi oldu. Ukraynada müharibənin başlaması ilə ölkəyə misli görünməmiş təzyiqlər başladı və bu, 2022-ci ilin iyununda ikinci inqilab cəhdinə səbəb oldu. “Qlobal Müharibə Partiyası”nın səyləri ilə Gürcüstana verilməli olan Avropa İttifaqına üzvlüyə namizəd statusu tamamilə ədalətsiz şəkildə rədd edildi və beləliklə, ölkə il yarım ərzində süni şəkildə yaradılmış qütbləşmə rejimində yaşatdılar. Ötən il və bu il iki dəfə şəffaflıq qanununa qarşı əsrin saxtakarlığı oynanıldı, Avropanın ən mühüm prinsiplərindən biri - ictimaiyyət qarşısında hesabatlılıq anti-Avropa hadisəsi kimi elan edildi. Bütün bunlara, görünməmiş təzyiqlərə, iki dəfə inqilab cəhdinə və süni şəkildə yaradılmış təlatümlərə baxmayaraq, “Gürcü Arzusu” hökuməti sülhü qorudu, iqtisadiyyatın görünməmiş sürətli artımını təmin etdi və Aİ üzvlüyünə namizəd statusu aldı.
Eyni zamanda, “Gürcü Arzusu” hakimiyyəti psevdoliberal təbliğata uğurla qarşı çıxdı və ənənəvi dəyərləri, milli kimliyimizin üç sütununu – vətən, dil və imanı müdafiə etdi.
Xüsusilə vacib olan odur ki, Gürcüstan öz dövlət müstəqilliyini möhkəmləndirdi. Gürcüstan heç vaxt indiki kimi suveren olmayıb”, - deyə İrakli Kobaxidze bildirib.
Seçki kampaniyasının açılışında “Gürcü Arzusu”nun qurucusu və fəxri sədri Bidzina İvanişvili də çıxış edib. Onun sözlərinə görə parlament seçkilərində “Gürcüstanda müharibə partiyasına, agentliyə, radikalizmə, qütbləşməyə və liberal faşizmə nəhayət son qoymaq” üçün hakim partiyaya “xüsusilə, inamlı konstitusiya çoxluğu qələbəsi” lazımdır.