Biz nə edə biləcəyimizi nəzərdən keçirəcəyik və mən tədbir görəcəyimizi gözləyirəm - Blinken rus qanunu haqqında

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinkenin sözlərinə görə, “Gürcü Arzusu”nun qəbul etdiyi “xarici agentlər” haqqında qanun “birbaşa Moskvanın təlimatından götürülüb”. Blinken Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində baş tutan müzakirələr zamanı rus qanununu tənqid edib.

“Biz qəbul edilən “xarici agentlər” haqqında qanundan çox narahatıq. Düşünürəm ki, bu, təəssüf ki, birbaşa Moskva təlimatındandır. Bu, gürcülərin mütləq əksəriyyətinin Avropa İttifaqına doğru irəliləmək və Avropa Birliyinə inteqrasiya istəyi ilə açıq şəkildə ziddiyyət təşkil edir.

Ona görə də biz buna cavab olaraq nə edə biləcəyimizi çox diqqətlə nəzərdən keçiririk və mən tədbir görəcəyimizi gözləyirəm. Avropa İttifaqı bunun Gürcüstanın üzvlük prosesinə təsirini nəzərdən keçirir. Bu qanunun təsirinə görə dəyişikliklərin olacağını gözləyirəm”, - Blinken bildirib.

Venesiya Komissiyasının rəyinə görə, parlamentinin mayın 14-də qəbul etdiyi “xarici agentlər haqqında” ru qanununun fundamental qüsurları var və birləşmək hüququ və ifadə azadlığı, şəxsi həyatın toxunulmazlığı, ictimai fəaliyyətdə iştirak hüququ, ayrı-seçkiliyin qadağan edilməsi və digər hüquqlar baxımından ciddi mənfi nəticələrə gətirib çıxaracaq. Venesiya Komissiyası qəti şəkildə Gürcüstan hakimiyyətini qanunu indiki formada ləğv etməyə çağırıb. “Gürcü Arzusu” qanunun ləğvi ilə bağlı tövsiyəni nəzərdən keçirmək niyyətində deyil və gələn həftə prezidentin vetosunu aşmağı planlaşdırır.

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayen hakimiyyətə xəbərdarlıq edib ki, qanun Avropa normalarına uyğun gəlmədən qüvvəyə minərsə, ABŞ tərəfindən məhdudiyyətlər görəcəyik.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur