“Resto Bar”ın sahibi, anti-Rusiya etiraz aksiyalarının iştirakçısı İoseb Babayev Qori təcridxanasından buraxılıb. Prokurorluq artıq ona qarşı ittiham irəli sürə bilməyib, çünki bu gün hakim Levan Darbaidze polisin apardığı bütün istintaq hərəkətlərini qanunsuz hesab edib və guya Babayevin avtomobilindən götürülən silahı yolverilməz sübut hesab edib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Babayev iki gün əvvəl saxlanıldığı üçün prokurorluğun ona qarşı ittiham irəli sürməsi üçün verilən müddət bu gün axşam saatlarında başa çatırdı.
Qori Rayon Prokurorluğu hakimin qərarından Apellyasiya Məhkəməsinə şikayət verəcək və aparılan axtarışın hüquqi tanınmasını tələb edəcək. Babayevin üzərində axtarış elə aparılıb ki, orada polislərdən başqa heç kim olmayıb, işdə axtarış prosesinin videogörüntüləri də yoxdur. Bundan başqa, Babayev bədən xəsarətləri alıb. O, polislərin ona fiziki təzyiq göstərdiyini bildirib.
Babayevin ifadəsi əsasında Xüsusi İstintaq Xidmətində Cinayət Məcəlləsinin 333-cü maddəsinin 3-cü hissəsinin “b” bəndi, yəni zor tətbiq etməklə və ya silahdan istifadə etməklə vəzifə səlahiyyətlərini aşma ilə bağlı istintaq başlayıb.
Hakim Levan Darbaidze Babayevə izah edib ki, qanunsuz axtarış nəticəsində dəymiş ziyanın ödənilməsini tələb etmək hüququ var.
Babayev iyunun 4-ü axşam saatlarında saxlanılıb. O, 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılan Cinayət Məcəlləsinin 236-cı maddəsi ilə nəzərdə tutulmuş qanunsuz silah əldə etmə-saxlama-gəzdirmə cinayətini törətməkdə ittiham olunur.
İoseb Babayev rus qanununa qarşı aksiyaların fəal iştirakçısıdır. O, mühüm korrupsiya fəaliyyətlərində iştiraka görə ABŞ tərəfindən sanksiya tətbiq edilən cari və keçmiş hakimlər - Mixel Çinçaladze, Levan Murusidze, İrakli Şenqeliya və Valerian Tsertsvadzenin onun restoranına daxil olmasını qadağan edir. Rusiya tərəfindən Ukraynada müharibə başlayandan sonra Babayev bir neçə dəfə Ukraynadakı gürcü döyüşçülərinə kömək edib.