Qori Rayon Məhkəməsinin hakimi Levan Darbaidze rus qanununa qarşı çıxan iş adamı və fəal İoseb Babayevin saxlanılması zamanı polisin apardığı bütün istintaq hərəkətlərini qanunsuz hesab edib. Qori rayon prokurorluğu istintaq hərəkətləri hakimin qərarı olmadan aparıldığı üçün İoseb Babayevin, habelə onun avtomobili üzərində axtarışın aparılması, paltarının və avtomobilinin götürülməsinin qanuni sayılmasını tələb edib. Hakim istintaq hərəkətləri zamanı əldə edilmiş məlumatları, əşyaları və obyektləri yolverilməz sübut kimi tanıyıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Bu, sırf siyasi hesablaşmadır və bu fakt təsdiq edir ki, mən doğru yoldayam və rus tipli repressiyalar, rus rejimi tezliklə sona çatacaq. Bu əməliyyata “Tlapo” ləqəbi rəhbərlik edirdi, əsl adını bilmirəm, Şevardnadze dövründən işləyir və hətta ondan əvvəl, bu cür silahlar qoyub şər atmağa öyrəşib, insanları belə bədbəxt edərək böyüyüb və bu “hüquq-mühafizə orqanları əməkdaşları”nın o gecə etdikləri hər şeyi onların öz telefonları qeydə alıb. Mənim əlimdə elə bir sübut var ki, onları məhv edəcəyəm. Maşının şüşələrini sındırırdılar. Niyə sındırırsan, nə istəyirsən dedim? Mişanı tanıdım, polis idi və qapını açdım.
Yırtıcı kimi hücum çəkdilər, yıxdılar, qoluma qandal vurdular və üstümdə durub, atlandılar. Başımı yuxarı qaldırıb, sonra təpikləyirdilər, göyərmələr istəyirəm deyirdilər, şəkil çəkirdilər. Mənimlə döyülmüş vəziyyətdə necə qeyri-insani rəftar edirdilərsə, hamısını videoya çəkib rəhbəri “Tlapo”ya göndərdilər.
Mən bu paltarları öz istəyimlə verməyəndə əsəbiləşib cırdılar. Şöbədə hətta alt paltarımı da cırdılar. Mən çılpaq ikən deyirdilər ki, indi qal beləcə”, - İoseb Babayev məhkəmə iclasında deyib.
Saxlanılan şəxs polislərin silahı onun maşınına necə qoyduğunu təsvir edib. “Məni atıb üstümə qandal bağlayanda hiss etdim ki, o zaman kəmərlə alt paltarımın arasına üstümə nəsə dəmirdən bir şey qoydular. Həmin vaxt hamısı məni eyni anda döyür, başıma vururdu. Mən bir nalayiq söz də demədim. Başımı qaldırıb, vururdular və bunu lentə alırdılar. Soruşurdum ki, məni vurmaq xoşuna gəlir? Bir əməkdaş, qıvrım saçlı, amma o, indi burada deyil. Mən qandallanmışdım. O, güclə əlini qoltuğumun altına saldı və ən azı 20 saniyə buraxa bilmədim. Sonra alnıma tər yığılmağa başladı. Tutulacağımı gözləyirdim, tənqidi yanaşıram.
Mənim Gürcüstandan başqa ölkəm yoxdur. Mən assuriyalıyam, qaçmağa yerim yoxdur. Mən bu rus rejimini, bu rus qanununu bəyənmirəm”, - deyə Babayev bildirib.
Hakim Levan Darbaidze polislərdən axtarış zamanı nə üçün kənar şəxsi dəvət etməyib və ya video çəkmədiklərini soruşub.
“İşdə növbətçi idim. Mən bayırda maşınla hərəkət edirdim və rəis mənə məlumat verdi ki, iş yerinə insan həyatı və ya sağlamlığı üçün təhlükə edə biləcək məlumat daxil olub. Bildirişdən az sonra göstərilən yerə getdik. Məlumatda həmin şəxsin odlu silahla hərəkət etdiyi, tərəflə münaqişəsi olduğu və atəş aça biləcəyi bildirilib. Maşını saxladıq. Mən idim, Mixeil Kabelişvili və Soso Dadaşvili. O an yadımda deyil, özü açdı, yoxsa maşın necə açıldı. Bizə müqavimət göstərdi, deyirdi ki, məndən nə istəyirsiniz, məni rahat buraxın”, - polislərdən biri dedi.
“Saxlanılan şəxs deyir ki, siz onu döymüsünüz. Zədələr də müşahidə olunur. Deyirsiniz ki, proporsional güc tətbiq etmisiniz, bu özünü nədə göstərdi, bu hərəkəti sona çatdırmaq üçün sizə hansı güc lazım idi?” – deyə hakim saxlanmada iştirak edən polis əməkdaşlarına müraciət edib.
“İdmançıdır, məşqlidir və biz bu proporsional gücdən istifadə etdik, həqiqətən də onu aşmadıq. Onu yerə uzatdıq, müstəntiq istintaq hərəkətləri apardı, şəxsi axtarış aparıldı və arxadan silah götürüldü. Sağı idi yoxsa, sol xatırlamıram, alt paltarında bıçaq var idi. Alt paltarının içindən götürmüşük”, - deyə başqa bir polis bildirib.
Şalvarı soyundurdunuz? - Hakim aydınlaşdırmağa çalışdı.
- Yox, yox, əlbəyaxa olarkən silahı götürdük və bu an bıçaq da üzə çıxdı, bıçağı da götürdük”.
Hakim polis əməkdaşlarına Gürcüstan Konstitusiya Məhkəməsinin istintaq hərəkətlərinin aparılması üçün yeni standart müəyyən edən qərarını xatırladıb. Xüsusilə, polis neytral sübut yaratmağa borcludur, o, istintaq hərəkətinin bütün gedişatını əks etdirməlidir. “Niyə hətta saxlanılmadan sonra da heç olmasa nəqliyyat vasitəsinin axtarışını, paltarın və nəqliyyat vasitəsinin götürülməsini lentə almaq mümkün olmadı”, - deyə hakim soruşub.
“Mənim bu məsələdən xəbərim var, amma istisna bir hal var. Daxil olan məlumatda göstərilən təhlükə real idi. Bu həm bizə, həm də ona zərər verərdi”, - deyə polis cavab verdi.
“Sizdən saxlanılmadan sonrasını soruşuram ki, siz nə vaxt ki onu saxladınız və həmin şəxs artıq sizin ixtiyarınızda idi, bundan sonra bu təhlükə haradan qaynaqlanırdı? Qarşı durma yaşayacağı şəxs ki, hadisə yerində olmayıb”, - deyə hakim polisdən soruşub. “Olmayıb, lakin hər an görünə bilərdi” polis deyib.
Hakim Levan Darbaidze istintaq hərəkətlərini qanunsuz olaraq tanıdıqdan sonra saxlanılan şəxsə izah edib ki, onun dəymiş ziyana görə kompensasiya tələb etmək və almaq hüququ var. Hakim ittiham tərəfinin vəsatətlərini niyə təmin etmədiyini qısaca izah edib:
- Əməliyyat-axtarış tədbirləri prosessual qanunvericiliyin tələbləri pozulmaqla aparılıb. İstintaq hərəkətlərinin qanunauyğunluğunun neytral sübutlarla təmin edilməsinə, hər bir hərəkətin videoçəkilişlə və ya kənar şəxsin iştirakı ilə əks etdirilməsinə ehtiyac olduğu şəraitdə, bunun üçün obyektiv imkan həqiqətən mövcud olduğuna görə, bu tələb pozulur.
- Həmçinin məhkəmə prosesi zamanı şəxsi axtarış protokolunda aşkar edilən hallar şübhə doğurur. Açığı, protokola daha əvvəl məhkəməyə təqdim olunan sənəddə olmayan konkret ifadə əlavə olunub və kserokopiya ilə elə bir nüsxə əldə etmək nəzəri cəhətdən mümkün deyil ki, hansısa konkret ifadə orada görünməsin.
- Bundan əlavə, paltarlar çıxarılarkən məlum olur ki, həmin vaxt təqsirləndirilən şəxsə qarşı qeyri-insani rəftar baş vermiş ola bilər ki, bunu həm təqdim olunan materiallar, həm də istintaq protokolunda göstərilən hallarla təkzib etmək mümkün olmayıb.
Prokurorluq Qori Məhkəməsinin qərarından 48 saat ərzində Tbilisi Apellyasiya Məhkəməsinə şikayət verə bilər.
“Resto Bar”ın sahibi və anti-Rusiya aksiyalarının fəal iştirakçısı İoseb Babayev iyunun 4-də axşam saatlarında Qoridə saxlanılıb. O, Cinayət Məcəlləsinin 236-cı maddəsi ilə nəzərdə tutulmuş qanunsuz silah əldə etmə-saxlama-gəzdirmə cinayətini törətməkdə ittiham olunur və 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Babayev Qori şəhərinin müvəqqəti saxlanma təcridxanasındadır. Prokurorluq hələ ki, ona ittiham irəli sürməyib. Bunun üçün günün sonuna qədər vaxtları var.
Levan Darbaidze həmin kiçik hakimlər qrupundan biridir ki, məhkəmə klanının üzvü deyil və hökumət onun fəaliyyətinə qarışa bilmir. O, 2014-cü ildən hakimdir və qanuni yaşa çatana qədər ömürlük vəzifədədir.