İşğal olunmuş Abxaziyanın de-fakto prezidenti Aslan Bjaniya Rusiya pasportuna malik Abxaziya sakinlərini prezident seçkilərində fəal iştirak etməyə çağırıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Martın 15-17-də Gürcüstanın işğal olunmuş ərazilərində Rusiya Federasiyasının prezidenti seçkiləri keçiriləcək. Tsxinvali vilayətində 12, Abxaziyada isə 30 seçki məntəqəsi səsvermə üçün açılacaq.
“Rusiya pasportu olan hər biriniz mühüm seçim qarşısındadır və bu seçim təkcə Rusiyanın deyil, ümumi gələcəyimizə də təsir edəcək. Bizə dəstək olanları, müstəqilliyimizin inkişafında, çiçəklənməsində əməyi olanları dəstəkləməliyik. Bu, öz minnətdarlığımızı və hörmətimizi göstərmək üçün bir fürsətdir. Təbii ki, söhbət müstəqil və suveren Abxaziyanın inkişafında şəxsi xidmətləri əvəzsiz olan Rusiya prezidenti Vladimir Putindən gedir. 2024-cü ilin martın 17-də bizim Rusiyanı dəstəkləmək, Vladimir Putini dəstəkləmək imkanımız olacaq”, - de-fakto prezident deyib.
Aslan Bjaniyanın sözlərinə görə, Rusiya Abxaziyanın ən yaxşı dostu, qonşusu və dünyaya açılan yeganə pəncərədir. “Rusiya Federasiyası bizim öz müqəddəratımızı təyin etmə hüququmuzu; biz öz evimizdə yaşamaq və öz dilimizdə danışmaq, mədəniyyətimizi və iqtisadiyyatımızı inkişaf etdirmək hüququmuzu; olduğumuz kimi olmaq hüququmuzu ilk tanıyan ölkə olub”, - o deyib.
Bjaniya Rusiyaya “son onilliklərdə Abxaziya əhalisinə göstərilən dəstəyə və köməyə görə” təşəkkür edib.
Rusiya prezidentliyinə namizədlər hazırkı prezident Vladimir Putin və onun üç “rəqibi” - Nikolay Xaritonov (Rusiya Kommunist Partiyası), Leonid Slutski (Rusiya Liberal-Demokrat Partiyası) və Vladislav Davankovdur (Yeni Xalq Partiyası). Putin beşinci dəfədir ki, Rusiya prezidentliyinə namizədliyini irəli sürür. Mövcud qanunvericilik ona 2036-cı ilə qədər bu vəzifədə qalmağa imkan verir.