Bolqarıstanda, Burqas limanlarından birində Batumidən gəmi ilə gələn qoşquda təxminən 38 milyon dollar dəyərində 436 kiloqram heroin aşkar edilib. 434 ədəd polietilen bağlamada paylanmış narkotik vasitələr rəsmi olaraq bəyannamədə qeyd edilmiş yükün içərisində gizlədilib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Bolqarıstan Prokurorluğunun məlumatına görə, qoşqu iyulun sonunda Qırğızıstandan quru yolu ilə Gürcüstana daxil olub, daha sonra Batumi limanından Bolqarıstana aparılıb. Bolqarıstandan o, Yunanıstana, Aleksandrupolisə getlməli idi.
“Söhbət Qafqaz marşrutu deyilən yolla heroinin qaçaqmalçılığından gedir”, - narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə şöbəsinin rəisi Stefan Bakalov bildirib.
Narkotiklər gömrükçülər limanda qeyri-adi şəkildə uzun müddət qaldıqdan sonra qoşquya baxış keçirdikdən sonra aşkar edilib. Sənədlərə görə, o, 4 ədəd kabel çəkən maşın aparırmış, lakin rentgen müayinəsi zamanı narkotiklərin yerləşdirildiyi avtomobillərdə boşluqlar aşkar edilib.
Prokurorluq bu işlə bağlı heç kəsi saxlamayıb. Yerli KİV-in məlumatına görə, Bolqarıstanda narkotik vasitələrin qanunsuz dövriyyəsi üçün 15 ildən 20 ilə qədər həbs cəzası nəzərdə tutulur.
Gürcüstanın hüquq-mühafizə orqanları Bolqarıstan Prokurorluğunun yaydığı məlumata reaksiya verməyib.