Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin sözlərinə görə, ABŞ Dövlət Departamentinin 2022-ci ildə Gürcüstanda insan haqlarının vəziyyəti ilə bağlı hesabatı qeyri-hökumət təşkilatlarının “qeyri-obyektiv, qərəzli, subyektiv və ədalətsiz nəticələrinə əsaslanır”.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Mən hesabat və vurğulanan əsas məqamlarla çox qısa tanış oldum. Təəssüf ki, hesabat eyni adlı elit NGO-lar, qeyri-hökumət təşkilatları tərəfindən hazırlanan qeyri-obyektiv, qərəzli, subyektiv və ədalətsiz nəticələrə əsaslanır və bu, əlbəttə ki, təəssüf doğurur. Qeyd etmək istərdim ki, qeyd etdiyiniz faktlar həqiqətə uyğun deyil, bunlar yalnız ayrı-ayrı, siyasi fəaliyyətlə məşğul olan, qərəzli şəxslərin yalan, belə demək mümkünsə, uydurma məlumatlara əsaslanan nəticə və hesabatlardır. Bu bizim üçün, belə demək mümkünsə, maraqlı deyil”, – Ğaribaşvili ABŞ Dövlət Departamentinin hesabatını şərh edərkən bildirib.
Baş nazir əlavə edib ki, Gürcüstanda “bütün dünyada yanlış məlumat yayan, ölkəmizin, dövlətimizin imicinə ləkə gətirməyə çalışan” yüzlərlə qeyri-hökumət təşkilatı var.
“Bütün bunlara baxmayaraq, görürsünüz ki, bu gün qeyri-hökumət sektorun, media qurumlarının, hər yerdə tam azadlıqları var... Bax, məsələn, çox tənqidi teleşirkət olan “TV Pirveli”ni təmsil edirsiniz və çox vaxt, əksər hallarda siz faktlara söykənmirsiniz, onları yoxlamırsınız və cəmiyyətimizə yalan danışırsınız, yalan yayırsınız, amma bu normaldır, demokratiyanın bir hissəsidir, biz buna qarşı deyilik. Biz bunu həqiqətlə qarşılaşdırırıq və heç bir hesabat həqiqət qarşısında dura bilməz”, – Ğaribaşvili bildirib.
“Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidzenin sözlərinə görə, onlar Dövlət Departamentinin hesabatını diqqətlə öyrənəcəklər, harada obyektiv arqumentlərə əsaslanan tənqidlər varsa, onlar nəzərə alınacaq.
“Obyektiv şəraitə əsaslanmayan tənqidlər ola bilər - biz buna müvafiq reaksiya verəcəyik. Əslində biz dəfələrlə demişik ki, konkret təşkilatlar xarici təsir agentləridir, ona görə də biz burada bir qurumla məşğul oluruq, Dövlət Departamentinin hesabatında yazılanlarla NGO-ların dedikləri praktiki olaraq eynidir. Ona görə də bu ifadələr arasında heç bir ayrılıq mümkün deyil. Bu, bizim ümumi münasibətimizdir. Obyektiv tənqid olarsa, təbii ki, biz bunu nəzərə alacağıq və bütün bunları öz hərəkətlərimizdə əks etdirməyə çalışacağıq”, - Kobaxidze bildirib.
Dövlət Departamenti Gürcüstanla bağlı illik hesabatında yazır ki, 2022-ci ildə Gürcüstan hökuməti bəzi məmurlar tərəfindən törədilən cinayətlərin araşdırılması üçün addımlar atıb, lakin, cəzasızlıq problem olaraq qalır. Hesabatda qeyd edilir ki, hökumət 2021-ci ilin iyulunda “Ləyaqət Marşı” zorakılığını araşdırmayıb və təşkilatçıları məsuliyyətə cəlb edə bilməyib və 2019-cu ilin iyun nümayişləri zamanı jurnalistlərə və nümayişçilərə qarşı qeyri-adekvat polis gücündən istifadə edilməsi və 2017-ci ildə azərbaycanlı jurnalist və fəal, Əfqan Muxtarlının qaçırılması və təhvil verilməsi halları haqqında hesabatlılıq əksikliyi geridə qoyduğumuz ildə də davam edib.
Dövlət Departamenti yazır ki, Əfqan Muxtarlının işi 2022-ci ildə Dövlət Təhlükəsizliyi Xidmətinin keçmiş rəis müavini İoseb Qoqaşvilinin Muxtarlının “Gürcü Arzusu”nun qurucusu Bidzina İvanişvilinin sifarişi ilə qaçırıldığını deməsi diqqəti bir daha cəlb edib.
Hesabatda məhkəmə sistemindəki problemlərdən də bəhs edilir - “Məhkəmə sisteminə inam sarsılıb, məhkəmənin müstəqilliyinə və qərəzsizliyinə müdaxilə əlamətləri müşahidə olunur, hakimlər siyasi cəhətdən həssas icmalara və ya şəxslərə aid olan işlərdə məhkəmə sisteminin daxilindən və xaricdən olan siyasi təzyiqlərə qarşı zəifdirlər. 2022-ci ildə nüfuzlu məhkəmə “klan”ının bəzi üzvlərinin korrupsiyaya uğradığı barədə inandırıcı iddialar yayılırdı”.
Hesabatın siyasi məhbuslardan bəhs edən alt bölməsində “Mtavari Arxi” teleşirkətinin baş direktoru Nika Qvaramia və Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin adı çəkilir. Qeyd olunur ki,Xalq Müdafiəçisi, qeyri-hökumət təşkilatları, müxalifət partiyaları və beynəlxalq qruplar (o cümlədən Amnesty İnternational və Committee to Protect Journalists) Qvaramiyaya qarşı 2022-ci il mayın 16-da üç il altı ay müddətinə azadlıqdan məhrum edən hökmü siyasi motivli olası səbəbilətənqid edib. Dövlət Departamenti Amnesty İnternational qeyri-hökumət təşkilatının qiymətləndirməsinə istinad edərək bildirib ki, Qvaramiyanın hökmü “hökumətin tənqidçiləri və əleyhdarlarını sıxışdırmağa yönəlmiş bir sıra işlərdə məhkəmələr üzərində artan təsirini” göstərir.