Bu gün, mayın 13-də rus qanununun qəbuluna qarşı parlamentin yaxınlığında keçirilən aksiyada 3-ü xarici ölkə vətəndaşı olmaqla 20 nəfər saxlanılıb. Polis və Xüsusi Təyinatlı Dəstənin əməkdaşları dinc nümayiş iştirakçılarına qarşı zor tətbiq ediblər. Xüsusi Təyinatlıların həm saxlanılma zamanı, həm də saxlanılmadan sonra vətəndaşları necə döydüyünü əks etdirən görüntülər yayılıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Daxili İşlər Nazirliyi bütün saxlanılanları İnzibati Xətalar Məcəlləsinin 166 və 173-cü maddələrinin tələblərini pozmaqda, yəni xırda xuliqanlıqda və polisə tabe olmamaqda ittiham edir.
“Aksiya iştirakçılarının bir hissəsi polisin qanuni tələbini nəzərə almayıb, ictimai asayişi pozub, hüquq-mühafizə orqanlarının əməkdaşlarına müqavimət göstərib, onları təhqir ediblər. İnzibati Xətalar Məcəlləsinin 166 və 173-cü maddələri ilə hazırda polis tərəfindən 20 nəfər saxlanılıb. Saxlanılan şəxslərdən 3-ü xarici ölkə vətəndaşları, 2002-ci il təvəllüdlü Rusiya Federasiyası vətəndaşı Q.B., 1995-ci il təvəllüdlü Amerika Birləşmiş Ştatlarının vətəndaşı P.H. və adını açıqlamaqdan imtina edərək, ABŞ-ın Gürcüstandakı səfirliyi ilə əlaqə saxlamağı tələb edən həmin ölkənin daha bir vətəndaşıdır”, - Daxili İşlər Nazirliyindən bildiriblər.
Xüsusi İstintaq Xidməti də məlumat yayıb və bildirib ki, polisin aksiya iştirakçılarına qarşı həddindən artıq güc tətbiq etməsi faktları üzrə istintaqa Cinayət Məcəlləsinin 333-cü maddəsinin üçüncü hissəsinin “b” altbəndinə nəzərdə tutulmuş cinayət əlamətləri ilə başlanılıb. Bu, zorakılıq və ya silahdan istifadə ilə törədilən rəsmi səlahiyyət həddini aşmağı nəzərdə tutur. Cinayət 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə, 3 ilədək vəzifə tutma və ya işləmək hüququndan məhrum etmə ilə cəzalandırılır.
Daxili İşlər Nazirliyi rus qanununun Hüquq Komitəsində müzakirəsinə bir neçə saat qalmış parlamentin girişlərini dinc nümayiş iştirakçılarından təmizləməyə başlayıb. Aksiya iştirakçıları onlara qarşı gözyaşardıcı qaz və digər xüsusi vasitələrdən istifadə edildiyini deyirlər.
“Gürcü Arzusu”nun deputatları avtomobillərlə qanunverici orqana daxil olan zaman, “Qullar! Qullar!” deyə qışqırıqlar eşidilib. Qanunu Hüquq Məsələləri Komitəsinin iclasında üçüncü oxunuşda qəbul etdikdən sonra onlar Daxili İşlər Nazirliyinin əməkdaşlarının bir neçə cərgə kordonunun köməyi ilə onlar yenidən parlamenti tərk ediblər. Bundan sonra Daxili İşlər Nazirliyi xüsusi təyinatlıları parlamentin ətrafındakı ərazidən çıxarmağa başlayıb.
Aprelin 15-dən Tbilisidə rus qanununa qarşı minlərlə on insanın iştirak etdiyi etiraz aksiyası keçirilir. Hakim partiya qanunu mayın 14-də keçiriləcək plenar iclasda üçüncü, yekun oxunuşda qəbul etmək niyyətindədir.