Amerika Birləşmiş Ştatlarının Gürcüstandakı səfirliyi “Xarici agentlər haqqında” qanun layihələrinin parlamentin plenar iclasına təqdim edilməsinə bəyanatla münasibət bildirib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Bu gün gürcü demokratiyası üçün qara gündür. Kremldən ilhamlanan qanunların parlamentdə müzakirəsinin davam etdirilməsi Gürcüstanın Avropaya inteqrasiyası və ölkənin demokratik inkişafı ilə bağlı açıq-aşkar istəyi ilə bir araya sığmır.
Bu qanunların qəbulu Gürcüstanın strateji tərəfdaşları ilə münasibətlərinə ziyan vuracaq və bir çox gürcü təşkilatların öz həmvətənlərinə kömək etmək üçün gördüyü mühüm işə xələl gətirəcək. Bu proses və qanun layihələri hakim partiyanın Avro-Atlantik inteqrasiyaya sadiqliyi ilə bağlı real suallar yaradır”, - ABŞ səfirliyinin bəyanatında deyilir.
Gürcüstan parlamenti parlament çoxluğunun təşəbbüsü ilə irəli sürülmüş “xarici agentlərin qeydiyyatı” və “xarici təsirin şəffaflığı haqqında” qanun layihələrini nəzərdən keçirir. Belə ki, bu qanun layihələrinə əsasən maliyyəsinin 20 %-dən çoxunu xaricdən alan KİV və qeyri-hökumət təşkilatları “agent” olaraq qeydiyyatdan keçməlidirlər. Ədliyyə Nazirliyi media və qeyri-hökumət təşkilatlarını yoxlamaq, şəxsi məlumatların işlənməsi və 25 min lari cərimələmək səlahiyyətinə malik olacaq. Qanun layihəsində bu qanunu pozan şəxsə 5 il müddətində həbs cəzası nəzərdə tutulur.
Dünən, martın 6-da qanun layihələri Hüquq Məsələləri Komitəsində bəyənilib, bundan sonra “Gürcü arzusu” fraksiyasının sədri Mamuka Mdinaradze martın 9-na planlaşdırılan plenar iclasda “xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin səsə qoyulacağını açıqlayıb.
Qanun layihələrinin əleyhinə olan vətəndaşlar, qeyri-hökumət təşkilatları, müstəqil media və müxalifət partiyalarının nümayəndələri parlament binası qarşısında etiraz aksiyası keçirirlər.
Tərəfdaş ölkələr və beynəlxalq insan haqları təşkilatları parlament çoxluğunu qanun layihələrini qəbul etməməyə çağırır. Martın 6-da Hüquq Məsələləri Komitəsinin iclası ilə eyni vaxtda ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan növbəti dəfə deputatlara müraciət edib ki, müstəqil medianı və fərqli səsləri susduran bu kimi qanunları qəbul etməsinlər, necə ki, bu, Rusiyada və Rusiyaya oxşar ölkələrdə baş verdi.