Gürcüstan prezidenti Salome Zurabişvili Müdafiə Qüvvələri Gününə həsr olunmuş tədbirdə çıxışı zamanı “Gürcü Arzusu” əks aksiyasında səslənən anti-qərb mesajlarına münasibət bildirib və deyib ki, Gürcüstan ordusu kimin düşmən və kim dost olduğunu yaxşı bilir. Prezident qeyd edib ki, son 33 il ərzində, indiyədək heç kim Gürcüstanın Avropa məqsədini şübhə altına almayıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Mən ali baş komandanlığı ilə fəxr etdiyim orduya müraciət edirəm: Gürcüstan ordusuna ölkənin keşiyində dayanan və etibarlı qalxanımız kimi müraciət edirəm. Mən bu gün sizin yanınıza gəldim, çünki siz Gürcüstanın müstəqilliyini və azadlığını qoruyan simvolsunuz. Siz 33 ildir ki, bu məqsədə xidmət edirsiniz. 1918-1921-ci illərdə müstəqil Gürcüstan ordusu da eyni məqsədə xidmət edirdi. Əsrlər boyu Gürcüstanın demək olar ki, bütün mühafizəçilərinin xidmət etdiyi və bizi bu günə çatdıran kursantlara xidmət edirdilər. Sizə müraciət edirəm, ona görə ki, bu gün qaranlıq qüvvələr işləyir və nə etnik münaqişələr salmaqla, nə qardaşlar arasında ixtilaf salmaqla, nə də birbaşa müharibə və işğal yolu ilə diz çökdürə bilmədikləri ölkəni parçalamağa çalışırlar. Düşmən çox gözəl bilirdi və bilir ki, Gürcüstanın zəifliyi ancaq cəmiyyətdə çatın yaranmasından qaynaqlanır.
30 ildən artıqdır ki, bu ölkə və onun cəmiyyəti bir məqsəd - müstəqilliyimiz, suverenliyimiz, kimliyimiz, müxtəlifliyimiz, tolerantlığımız, sülh və inkişafımıza aparan yeganə yol kimi Avropa perspektivi ətrafında birləşib. Bu 33 il ərzində çoxlu böhranlar, emosiya dalğası, müxtəlif siyasi hərəkatlar olub, lakin bu yeganə məqsədi şübhə altına alan olmayıb.
Gürcüstan ordusu kimin düşmən, kimin dost olduğunu, kimin bizi məhv etməyə cəhd etdiyini və müasir müdafiə qüvvələrinin formalaşmasında bizə yardımçı olduğunu çox gözəl bilir. Biz beynəlxalq missiyalarda niyə vuruşduğumuzu gürcü ordusu yaxşı bilir, çünki biz qlobal təhlükəsizliyə öz töhfəmizi və layiqli töhfəmizi vermişik. Bu humanitar məqsəd - terrorla mübarizə uğrunda nə qədər əsgərimiz ləyaqətlə həlak olub.
Bu gün bəzi insanlar 30 illik müttəfiqlərimizi və tərəfdaşlarımızı Gürcüstanı macəraya və ya qarşıdurmaya dəvət edən hansısa naməlum və siması olmayan “müharibə partiyası” kimi qələmə vermək istəyirlər, bu, böyük yalan və ziyandır. Biz, ilk növbədə, siz hamınız yaxşı bilirsiniz ki, nəinki son 30 ilin timsalında Gürcüstan dövlətçiliyinin və müstəqilliyinin amansız düşməni kimdir, 19-cu əsrdən başlayaraq gürcü dilinə qarşı mübarizə aparan, davamlı olaraq Gürcüstanın müstəqilliyi üçün mübarizə aparan gürcü kilsəsi və inancına qarşı mübarizə aparan kimdir.
Bu gün düşmənin düşmən və dostun və müttəfiqin dost və müttəfiq olmadığını təbliğ etmək, ananın ana, atanın ata olduğunu inkar etməklə eynidir.
Gürcüstan ordusu bizə kimlərin təlim keçdiyini, müxtəlif hərbi akademiyalarda tələbələrimizi kimin qəbul etdiyini, çətinliyə düşəndə, texnika lazım olanda bizi kimin ruhlandırdığını və bir çox başqa şeyləri yaxşı bilir. Bu gün də ölkənin yol ayrıcında olduğu və ən ekzistensial seçimin olmaq və ya olmamaq olduğu bir vaxtda bizim yanımızda olanlar var, çünki azadlıq olmadan mövcudluq olmur.
Birlik yolu tapmaq, dözüm, mərdlik, vətənə münasibət, məhəbbət nümunəsi göstərmək hamımızın borcudur, kim fitnə-fəsad, təxribat səpsə, o da öz ordusuna, vətəninə qarşıdır. Kim birliyi təbliğ edirsə, ölkənin gələcəyinə, gəncliyə mərc edir.
Keçmiş və sabahkı qələbəyə görə sizə təşəkkür etmək istəyirəm. Sizin və bizim qələbəmiz müharibə deyil, sülhdür. Dinc Gürcüstanı ancaq Avropanın qoynunda və bərabərlikçi bir cəmiyyətdə təsəvvür etmək olar, siz bu gələcəyin keşiyində dayanırsınız.
Yaşasın Gürcüstan ordusu, müdafiə qüvvələri, hər bir əsgər, yaşasın ölkənin müstəqilliyi, suverenliyi və azadlığı uğrunda fədakarlıq edən qəhrəman əsgərlər, onların xatirəsi ölməzdir. Yaşasın bu gün sizin dayandığınız yerdə əsrlər boyu dayanan, bu gün inandığınıza inanan və sabahın güclü, vahid Avropalı Gürcüstanını qoruyacaq bütün insanlar. Yaşasın Gürcüstan, sizi bugünkü gün münasibətilə təbrik edirəm!” – deyə Gürcüstan Prezidenti bildirib.
Salome Zurabişvilidən sonra baş nazir İrakli Kobaxidze çıxış edib, o, prezidenti salamlamayıb və onun adını çəkməyib. Onun sözlərinə görə, bunu bilərəkdən edib. “Mən Gürcüstan ordusunun əsgəri qarşısında onun bu günə və prezidentin yüksək vəzifəsinə tam uyğun olmayan siyasi bəyanatlarına cavab verməyə cürət etmərəm. Konstitusiya qarşısında andı pozduğuna və ölkəyə xəyanət etdiyinə görə tanrı qarşısında bütün suallara cavab verəcək”, - İrakli Kobaxidze orduya müraciətinin əvvəlində deyib.