“Qadınların hüquqları qorunmalıdır. Bunun üçün soyadının kim olmasından asılı olmayaraq - Samxaradze və ya Kibrotsaşvili, biz elə islahatlar həyata keçirmişik ki, bu gün qanunla, ölkəmizdə qadın öz hüquqlarını qorumaq üçün dişinə qədər silahlanıb. Ümid edirəm ki, əgər onun hüquqları pozulubsa, o, bunu bacaracaq”, - mədəniyyət, idman və gənclik naziri Tea Tsulukiani cinsi qısnama qurbanı Tatia Samxaradzeyə qarşı böhtan kampaniyası, POS TV təbliğat televiziyasının əməkdaşlarının onun evinə gəlməsi və şəxsi həyat hüququnun pozulması barədə nə düşünür, sualına belə cavab verib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Tea Tsulukiani qeyd edib ki, Tatia Samxaradzeni tanımır və jurnalistin nədən danışdığını bilmir, baxmayaraq ki, 19 iyun 2014-cü ildə “qadınların hüquqlarının müdafiəsi sahəsində fundamental sənəd” olan İstanbul Konvensiyasını imzalayan qadın nazirdir.
“Siz, evə hücüm çəkməyin nə olduğunu söylədiniz. Siz, “Formula” təzəcə mənim evimə hücüm çəkmişdiniz, evə soxulmalar... A, nazirin evinə soxula bilərsiniz, amma jurnalistin evinə yox. Sizin televiziyanız və burada oturan bir çox televiziyalar “Formula” və digər siyasi bağlılığı olan kanallar, evimizə soxulurursunuz, lakin mənim heç bir problemim yoxdur, amma bunu mənim və həmkarlarımın ailələrinin yaşlı üzvlərinə etdikdə, bu da sizin əl işiniz olur.
“Formula” və digər siyasi bağlılığı olan kanallar, qıvrılıb, narahat olub, kiminsə birinin evinə soxulduğu haqqında kübar qız təşvişini ifadə edənədək üç dəfə fikirləşin, çünki siz bizim evimizə soxulmaqla məşğulsunuz. Əgər tanrıya inanmırsınızsa, üç dəfə deyil, beş dəfə düşünün. Bu mənim cavabımdır”, - Tea Tsulukiani bildirib.
“İmedi” teleşirkətinin keçmiş əməkdaşı, qadın hüquqları müdafiəçisi Tatia Samxaradze 2016-cı ildə “Gürcü Arzusu”nun təbliğat telekanalı POS TV-nin baş prodüseri olan Şalva Ramişvilini məhkəməyə verib və cinsi qısnama işini ilk məhkəmədə, o cümlədən apellyasiya məhkəməsidə qazanıb. Keçən həftə Şalva Ramişvilini müxtəlif vaxtlarda onun yanına işlə əlaqədar olaraq gəlmiş daha beş gənc qadın - Mako Jabua, Anano İaşvili, Qvança Budağaşvili, Anania Qaçeçiladze və Miranda Dzirkvadze cinsi qısnamada ittiham edib.
Şalva Ramişvili qadınların ittihamlarını rədd edib və bildirib ki, ona qarşı böhtan kampaniyası POS TV-nin yüksək reytinqinə görə başlayıb. Hakim “Gürcü arzusu” partiyasının üzvləri Ramişvilini dəstəkləyən bəyanatlarla çıxış ediblər.
Tezliklə POS TV məlumat yaymağa başladı ki, Şalva Ramişviliyə qarşı kampaniyanın təşkilatçısı Tatia Samxaradzedir. Bu kampaniyada ona pulu “Formula” tele şirkətinin təsisçisi, keçmiş müdafiə naziri Davit Kezeraşvilinin həyat yoldaşının qardaşı “Vahid Milli Hərəkat”ın üzvü Dimitri Çikovani ödəyib. Martın 24-də POS TV-nin əməkdaşı Natia Beridze 112-yə zəng edərək deyib ki, ola bilsin Tatia Samxaradze qaçırılıb və döyülüb, çünki məbləğlə bağlı Dimitri Çikovani ilə onun arasında münaqişə yaşanıb. Bundan sonra polis Çikovaninin evinə gəlib. Onları POS TV-nin çəkiliş qrupu da müşayiət edib. Mümkün cinayət xəbərinin yalan olduğu üzə çıxıb. Samxaradzeni nə qaçırıblar, nə də döyüblər.
Bundan sonra POS TV yenidən Tatia Samxaradze haqqında yalan məlumat yayıb. Seksual qısnama qurbanı yardım üçün Xalq Müdafiəçisinə və prezidentə müraciət edib.
Öz növbəsində, Dimitri Çikovani POS TV-ni və Natia Beridzeni yalan donos verməyə görə məhkəməyə vermək niyyətindədir.