Bu gün, mayın 24-ü, saat 19:00-da Azadlıq Meydanından Daxili İşlər Nazirliyinə qədər yürüş keçiriləcək.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Rus qanunu”nun irəli sürüldü gündən bu günədək polis aksiyada iştirak edən 200-dən çox insanı qondarma ittihamlarla saxlayıb, onlarla insan törətmədikləri qanun pozuntularına görə cərimələnib. Heç bir səbəb göstərilmədən başlayan istintaq çərçivəsində yüzlərlə adam dindirilməyə çağırılır.
Onlarla insan polis tərəfindən şiddətlə döyülüb, bəzilərinin müalicəsi hələ də davam edir.
Biz aşağıdakıların hökm sürəcəyi hüquqi dövlət istəyirik:
- Polis bizi qoruyacaq;
- Hökumətin əlində siyasi silah olmayacaq;
- Polislərin uşaqları valideynlərinin davranışı ilə fəxr edəcəklər;
- Polis yaxalamaq üçün cinayətkarları təqib edəcək, xoşbəxt, vətənpərvər, azadlıq uğrunda mübarizə aparan, savadlı gəncləri deyil.
Həmyaşıdlarımızın və dostlarımızın polis valideynlərinin etdiklərini utanaraq gizlətmələrini istəmirik. Onların övladları da bizimlə birgə Gürcüstanın Avropa gələcəyi üçün mübarizə aparır.
Təəssüf ki, bu gün polis qanunlara deyil, konspirasiya nəzəriyyələrinə aludə olan İvanişviliyə tabe olur və əsas zorakıya çevrilib.
Daxili İşlər Naziri Qomelauri İvanişvilinin keçmiş şəxsi mühafizəçisidir və o, gürcü polisini İvanişvilinin şəxsi mühafizə xidmətinə çevirib – bu, istənilən gürcüyə təhqirdir.
Odur ki, 24 may 2024-cü il tarixində, saat 19:00-da Azadlıq Meydanına toplaşaq və güzgüyə baxmaları üçün Daxili İşlər Nazirliyinə gedək və polisə onların Gürcüstanın daha yaxşı gələcəyi uğrunda mübarizə aparan bacı, qardaş və övladlarına hücum etdikdə onların necə göründüklərini göstərək.
Bu yürüşlə aksiyada iştirak edən bütün saxlanılmış, həbsdə olan və yaralanan yoldaşlarımızla həmrəy olaq.
Avropaya hə!
Rus qanununa yox!”, - yürüş təşkilatçılarının yaydığı bəyanatda deyilir.
Gürcüstan parlamenti “xarici agentlər haqqında” rus qanununu mayın 14-də keçirilən plenar iclasda üçüncü, yekun oxunuşda qəbul edib. 84 deputat onu dəstəkləyib, 30 deputat isə əleyhinə çıxıb. “Gürcü Arzusu” mayın 27-28-də prezidentin qanuna qoyduğu vetonu aşmağı planlaşdırır. Bir aydan çoxdur ki, rus qanununa qarşı kütləvi etiraz aksiyaları keçirilir.