“Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidzenin fikrincə, bu günə və ümumilikdə Ukrayna ilə müharibədə Rusiya üstünlüyə malikdir. O, deyir ki, son bir-iki həftə ərzində Ukrayna heç bir yaşayış məntəqəsini geri almayıb, Rusiya isə bir həftə ərzində ona yaxın yaşayış məntəqəsini işğal edib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Jurnalistlər Kobaxidzedən fevralın 8-də İctimai Yayımçının efirində Rusiyanın Ukraynada üstünlüyü fonunda Gürcüstanın müharibəyə cəlb olunmasına marağın artdığını deyərkən nəyi nəzərdə tutduğunu izah etməsini xahiş ediblər.
“Bu faktiki vəziyyətdir və bunu Ukrayna hökumətinin nümayəndələri, həmçinin Avropa və Amerika Birləşmiş Ştatlarından olan müvafiq xarici nümayəndələr də təsdiqləyir. Məsələn, son bir həftəni, iki həftəni götürsək, Ukrayna tərəfi yaşayış məntəqələrinin heç birini tutulmayıb minimum. Son bir həftə ərzində ona yaxın yaşayış məntəqəsi Rusiya tərəfindən alınıb. Bu da onu göstərir ki, Rusiya tərəfi indiki mərhələdə üstünlüyə malikdir. Bu faktikidir...
Yəni bu gün üstünlüyün kimdə olması vacibdir. Ümumilikdə, müharibədən əvvəl Rusiya Krımı və Donbasın müəyyən hissəsini işğal etmişdi. Bu gün Rusiya Xersonun 80 %-ni, həmçinin Xarkov vilayətinin bir hissəsini və Zaporojye vilayətinin 80 %-ni işğal edib. Yəni, ümumilikdə, Rusiyanın üstünlüyü var. Bugünkü vəziyyət belədir.
Ona görə deyirik ki, bu şəraitdə təbii ki, bəzi qüvvələrin Gürcüstanı hərbi münaqişəyə cəlb etməsinə marağı artır. Bunun arxasında kimlər üçünsə əslində hansısa obyektiv maraq ola bilər, amma təbii ki, ölkəmizi məhv etmək bahasına bunu edə bilmərik”, - deyib Kobaxidze.
“Gürcüstanı müharibəyə cəlb etməkdə kimin marağı var?” - sualına “Gürcü arzusu”nun sədri belə cavab verib:
“Gəlin buna Qlobal Müharibə Partiyası deyək. Bunun arxasında kimin dayandığını, nə nəzərdə tutulduğunu bilirik, amma sona qədər adını çəkməyəcəyik. Ona görə də biz konkret dövlətlərlə qarşıdurmaya düşməmək üçün “Qlobal Müharibə Partiyası” deyirik. Birinci cəbhədə Rusiyanın vəziyyətini daha da ağırlaşdırmaq üçün ikinci cəbhənin açılmasında xüsusi maraq var. Bizim 25 min yaxşı təlim keçmiş əsgərimiz, yüzə yaxın tankımız, iki qırıcı təyyarəmiz və var və s.. Təbii ki, Rusiyanın vəziyyətini daha da pisləşdirmək üçün bəzi resurslarımız var, amma bu, son nəticədə Gürcüstanın məhvi hesabına baş verəcək. Biz ölkəni dağıtdırmamaqda maraqlıyıq və bu marağı sonuna qədər qoruyacağıq”, - Kobaxidze deyib.
Gürcüstan Prezidenti Salome Zurabişvili deyir ki, hakim partiyanın mesajları Gürcüstanın bütün tərəfdaş ölkələrinin liderlərinin bəyanatları ilə ziddiyyət təşkil edir.
“İşğal olunmuş əraziləri olan hökumətin indiyədək ifadə etdiyi müəyyən ehtiyatlılıq hər kəs üçün başa düşülən və aydındır, baxmayaraq ki, ehtiyatlılıq heç vaxt, xüsusən bizim üçün və ölkəmizdə nə ləyaqəti, nə də həmrəyliyi istisna etməyib.
Bugünkü vəziyyət tamam başqadır. İki gündür hakim partiyadan eşidilən yeni mesajlar bütün tərəfdaş ölkələrin dövlət rəhbərlərinin bəyanatları ilə ziddiyyət təşkil edir. Bizim defitizmimiz [məğlubiyyəti döyüşsüz qəbul etmək] yalnız rus narrativi ilə vəhdət təşkil edir, yalnız rus təbliğatı ilə səsləşir. Mən bunu nə izah edə, nə başa düşə, nə də bölüşə bilirəm”, - qeyd edir Zurabişvili.
Kobaxidzeyə ABŞ da münasibət bildirib. Dövlət katibinin keçmiş köməkçisi Devid Kramer “Amerikanın səsi” radiosuna müsahibəsində deyir ki, “Gürcü arzusu” sədrinin bəyanatı elə səslənir ki, sanki Kobaxidze Rusiyanın qələbəsinə azarkeşlik edir.
“Mənim fikrimcə, bu, biabırçılıqdır. Mən əvvəldən dedim və çox aydındır ki, heç kim, qətiyyən heç kim Gürcüstanı Rusiya və Ukrayna arasındaki müharibəyə cəlb etməyə çalışmır. Ümumiyyətlə, heç kim. Özündən utanmalı və bu gülünc bəyanatlardan əl çəkməlidir”, - deyib Kramer.
“Rusiyanın işğalı altında olan bir ölkədəki bir siyasətçinin Moskvanın Baxmuta hücumu ilə bağlı açıqlamalar verməsi, Kremlin xoşuna gələn “qlobal müharibə partiyası”ndan danışması qəribədir. Nədir bunun məqsədi?”, - Atlantik Şurasının Avrasiya proqramının direktoru Con Herbst deyir.