“Biz bu gündən etibarən Çin vətəndaşları üçün vizasız rejiminin tətbiq olunması qərarına gəldik. Bu, çox vacib, daha çox turistin Gürcüstana gəlməsi üçün stimul olacaq”, - Gürcüstanın baş naziri İrakli Ğaribaşvili hökumətin iclasında bildirib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Baş nazirin sözlərinə görə, ümumilikdə çinli turistlər dünyanın ən arzuolunan turistlərindən hesab olunur.
“Turizm bizim üçün çox önəmlidir. Ötən il biz turizmdən 3,5 milyard dollar birbaşa gəlir əldə etmişik. Bu il daha da çox olacağını gözləyirik, yəqin ki, 4 və 4,5, belə bir proqnozumuz var. Biz başqa bazarlar istiqamətində də işləyirik. Biz ölkəyə daha çox turist cəlb etmək istəyirik.
Bilirsiniz ki, mənim Çinə çox uğurlu səfərim oldu və bu gün Çin dünyanın ikinci iqtisadiyyatıdır, ən güclü iqtisadiyyatdır və bizim üçün əsas maraqlardan biri Çinlə ticari-iqtisadi əlaqələri gücləndirmək, Çindən daha çox investisiya cəlb etmək, Gürcüstana daha çox turist gətirməkdir. Mənim səfərim və ümumiyyətlə, strateji əməkdaşlığa imza atmağım bu məqsədə xidmət edirdi. Əsas komponentlərdən biri, əlbəttə ki, ticarət-iqtisadi əlaqələrin gücləndirilməsi olacaq. Bizim brbaşa reyslərimiz də var. Çinin baş naziri ilə bu mövzuda, turizmlə bağlı, uçuşlar məsələsi ilə bağlı söhbətim olub. Bir neçə gün ərzində birbaşa uçuşlar məsələsi ilə bağlı İqtisadiyyat nazirinin yanına bir nümayəndə heyəti gəldi. Baş nazirlə görüşümdən təxminən 2-3 gün sonra Çindən nümayəndə heyəti göndərildi. Biz Çinlə daha çox reyslər, birbaşa uçuşlar əlavə etmək istəyirik və daha çox turistin gəlməsini istəyirik”, – Ğaribaşvili bildirib.
Baş nazir Gürcüstan vətəndaşları üçün Çinə giriş prosedurunun sadələşdirilib- sadələşdirilməyəcəyini açıqlamayıb.
Ğaribaşvili Çinə səfəri çərçivəsində iyulun 29-da Çin Xalq Respublikasının sədri Si Cinpinlə görüşüb. Onlar Gürcüstan və Çinin strateji tərəfdaşlıq qurduğunu birlikdə elan ediblər və bundan sonra birgə bəyanat dərc ediblər.
Strateji tərəfdaşlıq dörd komponentdən ibarətdir - siyasi, iqtisadi, insanlar arası və mədəni əlaqələr və beynəlxalq ölçü.
2022-ci ilə qədər Çin 736,8 milyon ABŞ dolları ilə Gürcüstanın ən böyük ixrac tərəfdaşıdır. Eyni dövrdə ən böyük idxal tərəfdaşları arasında Çin üçüncü yerdədir (1 126 milyon ABŞ dolları). Çin şirkətləri Gürcüstanda ən böyük layihələri, xüsusən də avtomobil yolları, dəmir yolları və tunellərin tikintisini həyata keçirirlər.
Si Cinpin 2013-cü ildən Çin Xalq Respublikasına rəhbərlik edən Çin Kommunist Partiyasının lideridir.
Beynəlxalq İnsan Haqları Təşkilatı “Freedom House” son hesabatında yazır ki, son illərdə Çinin avtoritar rejimi getdikcə repressiv xarakter alıb – Çinin vətəndaş cəmiyyəti siyasi müxaliflərə, müstəqil qeyri-hökumət təşkilatlarına və insan haqları müdafiəçilərinə qarşı uzun illər apardığı mübarizə nəticəsində əsasən məhv edilib.
Çin dünyanın ən məhdud media mühitlərindən birinə malikdir. Minlərlə internet saytı, o cümlədən “New York Times” və “BBC”nin saytları, həmçinin “YouTube”, “Twitter” və “Facebook” sosial şəbəkələri bloklanıb. Beynəlxalq təşkilat “Jurnalistlərin Müdafiəsi Komitəsi”nin (CPJ) məlumatına görə, 2022-ci ildə Çində 43 jurnalist həbs edilib.