“Bu qanunu gözəlləşdirmək üçün bu oyuna girəcəyimə ümidiniz olmasın. Xeyr, bu rus tiplidir, rus tipli olaraq da qalacaq, təəssüf ki, siz də bu qanunla birgə” – Gürcüstan prezidenti Salome Zurabişvili “Gürcü Arzusu”na və baş nazir İrakli Kobaxidzenin hüquqi şərhlər alınacağı təqdirdə veto çərçivəsində rus qanunu ilə bağlı mövqelərdə uzlaşa biləcəkləri açıqlamasına belə cavab verib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Qəfildən prezidenti və onun vetosu yadlarına düşüb. Baş nazirin…. heç bir dövlətdə, sivil dövləti bir kənara qoyaq, sadə dövlətdə belə təsəvvvürə gəlməyəcək şəkildə, öz ordusunun, bu ölkənin ordusunun qarşısında satqın adlandırdığı prezident yadlarına düşdü. Bunda daha böyük, təsəvvürə gəlməz çevriliş olmamışdı. İndi bu prezidentə deyirlər, gəl vetonu bizə təqdim et, orda nəsə yaz, sənin üçün yazsınlar, sən yaza bilməzsən, amma başqaları ya əcnəbilər, ya yerli “engeolar” yazıb bizə təqdim edəcəklər və bəlkə biz bu haqda düşünək. Düşünün, qalsın.
Mən mütləq veto qoyacağam, amma heç bir belə manipulyasiyaya getməyəcəyəm və bu oyunlara başlamayacağam, çünki bunun yalnız bir səbəbi və məqsədi var, insanlar arasında anlaşılmazlıq və çaşqınlıq yaratmaq. Bu qanunda nəyisə dəyişmək istəyirsiniz? Öz qərarınızdır, ya geri götürün, ya da ikinci dinləmələrə qaytarın və parlamentdəki müxalifəti dinləyin, əminəm ki, onlar sizə şərhlər və dəyişikliklər təklif edəcəklər”, - Zurabişvili bu gün, mayın 12-də keçirilən brifinqdə bildirib.
Bundan başqa, prezident “Gürcü Arzusu”na seçkilərdən sonra qanunun icrası üçün son müddəti noyabrın 1-nə təxirə salmağı təklif edib. “Hakimiyyətə kim gələcəksə, o qərar verəcək ki, bu qanun rus tiplidir, başqa qanunların surətidir, yoxsa başqa bir şey”, - Salome Zurabişvili bildirib.
“Gürcü Arzusu” “xarici agentlər haqqında” rus qanununun üçüncü, yekun oxunuşda sabah və o ertəsi gün qəbul edəcək. Bazar ertəsi Hüquq Məsələləri Komitəsinin iclasında müzakirə edilərək dəstəklənəcək, çərşənbə axşamı isə qanunun plenar iclasda səsverməyə çıxarılması planlaşdırılır.
Baş nazir İrakli Kobaxidzenin dediyi kimi, mayın 14-dən 28-dək olan müddətdə veto proseduru çərçivəsində qanunla bağlı mövqeləri uzlaşdırmaq olar.
“Mən tərəfdaşlarımıza izah etdim ki, veto proseduru çərçivəsində mövqelər uzlaşdırıla bilər. Biz bilirik ki, Salome Zurabişvili veto qanunlarını özü yazmır. Ya onlar üçün “engeolar” yazır, ya da kənardan yazırlar. Ona görə də bu rıçaqdan yenidən istifadə edə bilərik. Bu qanun layihəsi ilə bağlı mövqelərimizi uzlaşdırmaq üçün veto prosedurundan istifadə etmək olar. Burada bizim tərəfdaşlarımız konkret iradlar təqdim etməyə və prezidentin vetosunda əks etdirməyə məcbur olacaqlar”, - Kobaxidze bildirib.
Jurnalistin “Gürcü Arzusu” qanun layihəsində dəyişiklik etməyə hazırdırmı sualına baş nazir belə cavab verib: “Əlbəttə. Yoxsa, müzakirənin mənası nədir. Biz hüquqi göstərişlər alacağıq və söhbət bununla razılaşmaqdan gedir”.
İrakli Kobaxidzenin bu bəyanatına yeddi siyasi partiya münasibət bildirib. Birgə bəyanatda onlar qeyd edirlər ki, hakim partiya Gürcüstan cəmiyyətini və beynəlxalq tərəfdaşları çaşdırmağa çalışır. Onlar rus qanununun “gözəlləşdirilmiş variantını” qəbul etmək fikrində deyillər. “Bu qanun təkmilləşdirməyə tabe deyil və qeyd-şərtsiz geri götürülməlidir”, - müxalifət deyir.