“Düşünürəm ki, mart ayında baş verənləri artıq hamı dərk edib, bu, Gürcüstanda baş verən böyük hadisə idi. Gürcüstanda informasiya fırtınası baş verirdi və dezinformasiya vasitələrindən istifadə edilirdi. Bu qanunun vaxtında qəbul edilməməsinin pis olduğunu düşünənlər çoxdur. Belə ki, bildirdiyimiz kimi bu sektorda şəffaflıq çox aşağı səviyyədədir və biz xarici pulların ölkəyə necə daxil olduğunu və onların nəzarətsiz xərclənməsinin şahidi oluruq ki, bəzən hətta donorların özləri də pullarının nəyə gedəcəyi barədə tam təsəvvürə malik olmurlar”, - bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Ukraynada elan edilmiş lobbiçilik qanununun qəbulunu şərh edərkən bildirib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Parlament sədrinin sözlərinə görə, ukraynalılar müharibə mövzuları ilə məşğul olmaq əvəzinə, Gürcüstanın daxili siyasəti ilə məşğul olublar.
“Ukraynanın təşəbbüsünə gəlincə, təəssüf ki, o zaman Ukrayna siyasətçilərinin açıqlamaları da yadımızdadır. Müharibə mövzuları ilə məşğul olmaq əvəzinə nədənsə Gürcüstanın daxili siyasəti ilə məşğul olurdular, bu, ayrı bir hekayədir, amma indi fikirlərini dəyişdilərsə əksinə, şəffaflığın vacib olduğunu onlara məsləhət görərdim. Əgər onların təşəbbüsü varsa, nəzərə alıb qəbul etsinlər. Əsas odur ki, bu bizim fəaliyyət göstərdiyimiz standartlarda, insanların hüquqları standartlarında olmalıdır. Ümidvaram, bu standartlar pozulmaz və qanunu elə qəbul edərlər ki, bir tərəfdən maliyyə şəffaflığı, digər tərəfdən insan haqları təmin olunar”, - Papuaşvili qeyd edib.
Hökumətdən maliyyə cəhətdən müstəqil olan qeyri-hökumət və media təşkilatlarını “xarici təsir agentləri” kimi qeydiyyatdan keçirməyə məcbur edən və ölkədə müstəqil ictimai təşkilatları yox etmək məqsədi güdən “rus qanunu” “Gürcü Arzusu” ilk oxunuşda martın 7-də qəbul etmişdi. Həmin gün on minlərlə insan Tbilisidə hökumətin bu qərarına qarşı çıxmışdı. Nümayişçilər “rus qanunu”nun ləğvini tələb edirdilər. Hökumət gözyaşardıcı qaz, təyziqli su və bibər qazından istifadə etməklə etirazı dağıdmışdı. Minlərlə nəfərlik aksiya martın 8-də də keçirilmişdi və bu aksiya hökumət tərəfindən yenidən dağıdılmışdı. Xüsusi təyinatlılar gecə boyu nümayişçiləri küçələrdə təqib edərək onları saxlayır və döyürdü. Qəddarcasına basqınlardan sonra etirazçılar Daxili İşlər Nazirliyinin maşınlarını sındırıb yandırmışdılar. Güclü etiraz və misli görünməmiş beynəlxalq təzyiq nəticəsində “Gürcü Arzusu” martın 10-da keçirilən plenar iclasda “rus qanununu” ikinci oxunuşda rədd etdi.