Rusiya prezidenti Vladimir Putin 22 mart hadisəsi ilə bağlı hökumət, regionlar, təhlükəsizlik və hüquq-mühafizə orqanlarının rəhbərləri ilə görüş keçirib və orada deyib ki, Rusiya hakimiyyəti terror aktının “kimin əli ilə” törədildiyini bilir, lakin ona sifarişçinin kim olduğu da maraqlıdır.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Biz bilirik ki, cinayət İslam dünyasının özünün əsrlər boyu ideologiyası ilə mübarizə apardığı radikal islamçıların əli ilə törədilib. Lakin biz onu da görürük ki, ABŞ müxtəlif kanallarla öz peyklərini və dünyanın digər dövlətlərini inandırmağa çalışır ki, guya onların kəşfiyyat məlumatlarına görə, Moskva terrorunda Kiyevin əli yoxdur, qanlı terror aktını Rusiyada fəaliyyəti qadağan edilmiş “İslam Dövləti” təşkilatının üzvləri olan islam dindarları tərəfindən törədilib. Biz Rusiyaya və onun xalqına qarşı bu vəhşilik kimin əli ilə edildiyini bilirik. Biz sifarişçinin kim olması ilə maraqlanırıq”, - Putn bildirib.
Onun sözlərinə görə, Rusiya xüsusi xidmət orqanları bir sıra suallara cavab verməlidir, o cümlədən “radikal və hətta terror təşkilatları bu gün Yaxın Şərqdə gərginləşən münaqişənin ədalətli həllini dəstəkləyən Rusiyaya hücumda həqiqətən maraqlıdırlarmı”.
“Dərhal sual yaranır: bu kimə sərf edir? Bu vəhşilik Kiyevdəki neonasist rejiminin əli ilə 2014-cü ildən ölkəmizə qarşı mübarizə aparanların bütöv bir sıra cəhdlərinin yalnız bir rqol ola bilər. Nasistlər isə, məlum olduğu kimi, öz məqsədlərinə çatmaq üçün heç vaxt ən çirkli və ən qeyri-insani vasitələrdən istifadə etməkdən imtina etmirdilər. Xüsusən də bu gün, onların əks-hücumları tamamilə uğursuzluqla nəticələndikdə. Bu artıq hamı etiraf edilib və mübahisəli deyil”, - Vladimir Putin bildirib.
Rusiya prezidentinin sözlərinə görə, Moskvada törədilən terror aktı qanlı hədə-qorxu aktıdır və onun məqsədi Rusiya cəmiyyətində çaxnaşma yaratmaqdır. Eyni zamanda, Putinin dediyi kimi, hücum Ukraynada səfərbərlik haqqında yeni qanun qəbul etmək və öz əhalisinə “Kiyev rejimi üçün hər şeyin əldən getmədiyini” göstərmək məqsədi daşıyır.
“Əlbəttə, növbəti suala da cavab verilməlidir: terrorçular cinayəti törətdikdən sonra niyə Ukraynaya getməyə cəhd edirdilər, onları orada kim gözləyirdi? Aydındır ki, Kiyev rejimini dəstəkləyənlər terrorun ortağı və terroru maliyyələşdirənlər olmaq istəmirlər, amma həqiqətən də çoxlu suallar yaranır”, - Putin bildirib.
“Xəstə və həyasız məxluq”, – Ukrayna prezidenti Volodimir Zelenski Putinə belə cavab verib. Onun sözlərinə görə, Putin üçün özündən başqa hamı terrorçudur. “Lakin o, iyirmi ildir ki, terrorla qidalanır. O, özü və xüsusi xidmət orqanları terror üçün ən böyük pəncərədir. O gedəndə isə terror və zorakılıq tələbi onunla birlikdə yox olacaq, çünki bu, onun tələbidir, başqa heç kimin tələbi deyil”.
Son məlumata görə, martın 22-də axşam saatlarında “Crocus City Hall” konsert zalında baş verən silahlı basqın nəticəsində 139 nəfər həlak olub, 182 nəfər yaralanıb.
Rusiya hüquq-mühafizə orqanları terrorizm ittihamı ilə istintaqa başlayıb və “onlardan 4-ünün birbaşa icraçı” olduğu 11 nəfəri həbs edib. Moskva məhkəməsi onlar barəsində həbs qətimkan tədbiri seçib.
Rusiya hakimiyyəti və təbliğatçıları “Ukrayna izləri” haqqında danışsalar da, “İslam Dövləti” terror təşkilatı hücuma görə məsuliyyəti öz üzərinə götürüb. Ukrayna hakimiyyəti birmənalı olaraq bildirib ki, onların hadisə ilə heç bir əlaqəsi yoxdur.
Hələ martın 7-də ABŞ-ın Moskvadakı səfirliyi öz vətəndaşlarına xəbərdarlıq etmişdi ki, ekstremistlərin Moskvada böyük yığıncaqları, o cümlədən konsertləri hədəfə almaq üçün “qaçınıllmaz planları” olduğu barədə məlumatlar əldə ediblər. ABŞ vətəndaşlarını kütləvi tədbirlərdə iştirak etməməyə çağırmışdı.
Amerikanın “CNN” teleşirkətinin məlumatına görə, hücumdan bir neçə gün əvvəl ABŞ Rusiya hakimiyyətinə də “İslam Dövləti”nin hücum təhlükəsi barədə xəbərdarlıq edib.