Moskvada baş verən atışmada azı 40 nəfər həlak olub

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Moskvada “Crocus City Hall” konsert zalında silahlı hücum həyata keçirilib. Rusiya Federal Təhlükəsizlik Xidmətinin məlumatına görə, azı 40 nəfər həlak olub, 100-dən çox insan yaralanıb.

Atışma konsertin başlamasına bir neçə dəqiqə qalmış başlayıb. Hadisə şahidlərinin sözlərinə görə, avtomat silahından atəş əvvəlcə zalın girişində, insanların cərgəsində açılıb, daha sonra zalda davam edib.

Şahidlər hücumun bir qrup silahlı şəxs tərəfindən törədildiyini ehtimal edirlər. Atışmadan sonra binaya qumbara və ya yandırıcı bomba atılıb və bunun yanğına səbəb olduğu iddia edilir.

Rusiya Federasiyasının İstintaq Komitəsi terror aktı maddəsi ilə cinayət işi açıb.

“Ölümə-ölüm”, - Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev hadisəyi belə şərh edib. Onun sözlərinə görə, bütün cinayətkarlar tapılmalı və terrorçu kimi amansızcasına məhv edilməlidir.

Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixaylo Podolyak bildirib ki, Kiyevin insidentlə heç bir əlaqəsi yoxdur.

Ukrayna Müdafiə Nazirliyinin baş kəşfiyyat xidmətinin nümayəndəsi Andrey Yusovun sözlərinə görə, “Crocus City Hall”da atışma Putin rejiminin qəsdən törədilmiş təxribatıdır və bu barədə beynəlxalq ictimaiyyət tərəfindən xəbərdarlıq edilib.

“Ahıllıq dövrünə girmiş rus diktatoru Putin özünü təkrar etməyə başlayıb. O, siyasi karyerasına belə cinayətlərlə başlayıb və bununla da bitirməyə çalışır”, - Andrey Yusov bildirib.

Martın 7-də ABŞ səfirliyinin rəsmi saytında bəyanat dərc olunub və orada səfirlik Moskvadakı amerikalıları xüsusilə diqqətli olmağa çağırıb. Bəyanata görə, “ekstremistlər” Moskvada kütləvi tədbirlər, o cümlədən konsertlər zamanı hücumlar təşkil etməyi planlaşdırırlar.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur