Gürcüstan millisinin futbolçusu Luka Loçoşvili Bidzina İvanişvilinin rəhbərlik etdiyi “Kartu” bankının milli komandaya verdiyi 30 milyon lari ilə bağlı sualı cavablandırıb və bildirib ki, futbolçular “pul üçün deyil, ölkə üçün oynayırlar”.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Sanmıram ki, bu, bizim üçün pulla bağlı deyil. Düşünmürəm ki, kimsə pul haqqında düşünmür.
Baş nazirin dedikləri, təbii ki, yaxşı jestdir, amma biz pul üçün deyil, ölkəmiz üçün oynayırıq.
Vacib olan ölkəmiz üçün yaxşı nəticələr əldə etməkdir pul deyil. Düşünürəm ki, bütün futbolçular belə düşünür”, - Loçoşvili bildirib.
2024-cü il Avropa Çempionatında iştirak haqqı qazandıqdan sonra Bidzina İvanişvilinin “Kartu” Fondu alt qrupdan çıxacağı təqdirdə milli komandaya 30 milyon verəcəyini bəyan edib. Bundan başqa, “Kartu” Fondu alt qrupdan çıxdıqdan sonra milli komandanı növbəti hər bir qələbəyə görə əlavə 30 milyon lari ilə mükafatlandıracaq.
Almaniyada keçirilən Avropa Çempionatında Gürcüstanın milli futbol komandası tarixi nəticə əldə edib: iyunun 26-da Portuqaliyaya qalib gələrək qrupdan çıxıb və iyunun 30-da 1/8 finalda İspaniya ilə qarşılaşacaq.