Bunu qadın və ya gey yazıb - deputat Samxaradze Sulaşviliyə qarşı təhdidləri rədd edir

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

“Fransa-Gürcüstan Qarşılıqlı Əməkdaşlıq Baş Assambleyası” qeyri-hökumət təşkilatının icraçı direktoru Nuqzar Sulaşvili təhdid mesajları dərc edir. Onun sözlərinə görə, bu mesajların müəllifi “Gürcü Arzusu” partiyasının regional katibi və parlamentin üzvü Dimitri Samxaradzedir.

“Məni dinlə, oğlan, səni Avropada basdıracağam. Tanışlarım sənin əhvalını soruşacaqlar, sənin ... və mən sənin s..ilməyinə video ilə baxmalıyam. Heç olmasa uşaqlarına yazığın gəlsin ...

Niyə cavab vermirsən? Qorxdun …. Sən Fransada deyil, Antarktidada da olsan yerin altından tapıb çıxaracağam.

.... Sənə elə bir şey edəcəyəm, səni özünə öz əlinlə öldürtdürəcəyəm. Özünü məhv olmuş hesab et, siçovul”.

Nuqzar Sulaşvili yazır ki, təhdid xarakterli bəyanatlara reaksiya vermək üçün Gürcüstanın hüquq-mühafizə orqanları ilə əlaqə saxlamayacaq, çünki bu, yalnız formal xarakter daşıyacaq. Ona görə də istintaqa başlanılması üçün Fransaya müraciət etmək istəyir. 

Nuqzar Sulaşvili hazırda Fransada yaşayır və tez-tez Gürcüstan hökumətini tənqid edir.

Sosial şəbəkələrdə bu cür nalayiq və nifrət dilini ehtiva edən yazıları ilə tanınan Dimitri Samxaradze Sulaşviliyə göndərilən təhdid mesajlarının müəllifi olduğunu təsdiq etmir.

“Yazıları mənə dostum atdı və mən də tam araşdıra bilmədim, mənim adımla və saxta hesabla kimsə kiməsə yazıb və bu kimsə panikaya düşüb, yoxsa ümumiyyətlə ekran görüntüsü saxtadır. Çox yazmadan, diqqətinizi bir neçə kəlmə üzərində cəmləyəcəm: “oğlan”, “yerin altından qazıb çıxarmaq”, “yaxşılar” və nəhayət, ən yaxşısı “siçovul”. Bu sözlər mənim lüğətimdə yoxdur. Siz hər gün yazılarımı oxuyursunuz və daha keyfiyyətli saxta yarada bilərdiniz. Və ya messencerdə nə vaxt kiməsə nəsə yazamışam, söndürülüdür ümumiyyətlə ay axmaqlar. Mətni də ya qadın, ya da gey yazıb.

Mən bu çılğınlığın üstündən keçərdim, amma nasistlərin qara keçmişini və qaranlıq gələcəyini bildiyim üçün, ola biləcəklərin qarşısını almaq məqsəd ilə qeyd edəcəm! Sizin rəhbəriniz Nekroloq Merabişvilidir, aksiyada da azyaşlıların qanını istəyirdiniz! İndi yenisini düşünmüsünüz? Nasistlər, faşist liberallar, bunlar bizim adımızdan sizi hədələyəcəklər, hətta bizi ittiham etsinlər deyə hədələr də həyata keçirə bilərlər. Diqqətli olun! Biz belə bir şeyin düşünəni deyilik, bizi belə asanlıqla günahlandırmayacaqlar və yenə siz zərərçəkmiş olaraq qalacaqsınız. Xüsusən də belə çirkin saxtakarlıqlar üçün istifadə edilənlər”, - Samxaradze yazır.

2022-ci il iyulun 3-də Dimitri Samxaradze “Avropaya doğru” aksiyasının iştirakçılarını etirazçılar “Gürcü Arzusu” partiyasının ofisinə yaxınlaşan zaman ədəbsiz sözlərlə söyüb. Samxaradze söyüş videosunu Facebook səhifəsində yerləşdirsə də, qısa müddət sonra silib.

Dimitri Samxaradze 2019-cu ilin noyabrında da hədələyici post paylşıb və parlament qarşısında keçirilən aksiya iştirakçılarından birinin tapılması üçün kömək istəyib, çünki aksiya üzvü “Gürcü Arzusu”nun qurucusu Bidzina İvanişvili və onun oğlu Bera haqqında yazı yazmışdı. 

“Dostlar, mən bu çirkabı axtarıram! Xahiş edirəm mənim üçün tapın? Bunun anasını ağlatmalıyam! Mən bunu, gərək tikələrə ayıram! Bunun anasını gərək S…m”, - Samxaradze yazıb. Daha sonra o, sözügedən paylaşımı silib.

Samxaradze “Gürcü Arzusu”nun regional fəallarını idarə edir, onlar ona “mesajlar” yaymaqda, Samxaridzenin hədəfində olan şəxslərə nalayiq sözlərlə söyüşlər və təhdid mesajları göndərməkdə köməklik edirlər.

Dimitri Samxaradze 2016-cı ildən “Gürcü Arzusu”nun partiya siyahısı ilə Gürcüstan parlamentinin deputatıdır. Parlamentin saytında dərc olunan məlumata görə, o, 2014-cü ildə “Orientiri” dövlət kollecini, 2016-cı ildə isə Rusiya Akademiyasının Dövlət Xidməti və İdarəetmə Beynəlxalq İnstitutunun kadrların idarə edilməsi ixtisasını bitirib. Bu institut Rusiya Prezidentinin ofisinin yaxınlığında yerləşir və onun himayəsi altında fəaliyyət göstərir. Diplom Dimitri Samxaradzenin parlamentə deputat olmasından 7 ay əvvəl verilib. Bundan əvvəl, 2012-ci ildən Samxaradze İdman və Gənclər Nazirliyində işləyib, o zaman öz tərcümeyi-halına görə, onun nə peşəkar, nə də ali təhsili olub.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur