Caba Samuşia 6 aydan çox olmayan müddətə İvane Cavaxişvili Tbilisi Dövlət Universitetinin rektoru vəzifəsini icra edən seçilib. Samuşia yeganə namizəd idi.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Dünən keçirilən seçkilərdə TDU-nun elmi şurasının 30 üzvü iştirak edib. Samuşiyaya 28 üzv səs verib, 2 bülleten etibarsız sayılıb.
Seçkilərlə eyni vaxtda tələbələr aksiya keçiriblər. Onlar rektor seçkisində dəyişiklik edilməsini, tələbələr üçün yataqxana tikilməsi və mənzil subsidiyasının verilməsini tələb edirlər. Tələbə hərəkatının bəyanatına görə, Samuşia əvvəlcədən seçilmiş namizəd olub və o, yalnız seçkilər yolu ilə rektor əvəzi təyin edilib.
Giorgi Şarvaşidze oktyabrın 7-də Tbilisi Dövlət Universitetinin rektoru vəzifəsindən istefa verib. Oktyabrın 11-dən rektor vəzifəsini icra edən namizədlərin qeydiyyatına başlanılıb.
Oktyabrın 9-da sosial şəbəkədə Caba Samuşia TDU-nun rektoru olması münasibətilə təbrik edilib. Daha sonra onların bir neçəsi, o cümlədən Gürcüstan Mədəniyyət Palatasının prezidenti Davit Okitaşvili təbrik postunu siliblər.
“Dostlar, bütün günü yolda olmuşam və yalnız indi bəzi agentliklərin guya rektor təyin olunmağımla bağlı yaydığı məlumatı görmüşəm. Belə bir şey olmayıb və bu bir neçə agentlik tərəfindən yayılan dezinformasiyadır. Nəyi hədəflədikləri aydındır, amma bu dəfə buna diqqət yetirməyəcəyəm. Təəssüf edirəm ki, bir çox insanlar bu məlumatı etimad kimi qəbul etdilər. TDU-nun nizamnaməsi seçki qaydalarını tənzimləyir və heç kim başqasını təyin etmir. Bundan əlavə, hazırda universitetin rektoru var və bir neçə həftəyə yeni rektorun seçilməsi planlaşdırılır. Biz hamımız TDU-nun ənənəsinə hörmət etməliyik”, - oktyabrın 9-da Caba Samuşia Facebook-da yazıb.
Caba Samuşia 2010-2014-cü illərdə Tbilisi Sakrebulonun sədr müavini olub. 2010-cu ildə Giorgi Tarqamadzenin “Xristian Demokratlar” partiyasının siyahısı ilə Sakrebuloya üzv olub. 2013-cü ildə Samuşia “Xristian Demokratlar” fraksiyasından ayrılaraq “Gürcü Arzusu”na qoşulub. 2014-cü ildə Samuşia ikinci müddətə “Gürcü arzusu”ndan Sakrebuloya üzv seçilib və 2017-ci ilə qədər əmlakın idarə edilməsi və maliyyə-büdcə komissiyasına sədrlik edib. 2018-ci ildən Şota Rustaveli Milli Elm Fondunun baş direktorunun müavini, 2020-ci ilin avqustundan həmin fondun baş direktorudur.