ATƏT/DTİHB-nin Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun qənaətinə görə, parlament aksiya iştirakçılarına çadır açmaq və ya müvəqqəti çadır qurmağı qadağan edən Gürcüstanın “Yığıncaqlar və nümayişlər haqqında” qanununa edilməsi nəzərdə tutulan dəyişiklikləri qəbul etməməlidir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
ATƏT/DTİHB-nin qeyd etdiyi kimi, dinc toplaşmaq azadlığı həmçinin uzunmüddətli nümayişləri, uzun sürən oturaq aksiyaları, oturaq tipli nümayişləri əhatə edir və toplaşmanın formasını və növünü seçmək azadlığını da imkan verir.
ATƏT/DTİHB öz rəyində qeyd edir ki, düzəlişlər layihəsində nəzərdə tutulan məhdudiyyət üçün əsaslar genişdir və dəqiq müəyyən edilməmişdir ki, bu da hakimiyyət orqanlarının bundan özbaşına və ya ayrı-seçkilik məqsədilə istifadəsinə səbəb ola bilər.
Rəyə əsasən, mövcud qanunvericilik bazasında yollara süni maneələr, eləcə də şübhəli partlayıcı qurğularla bağlı polisin səlahiyyətlərinə dair müddəaların mövcud olmasının nə üçün qeyri-kafi hesab edildiyi aydın deyil. Müvəqqəti konstruksiyaların ucaldılmasına görə ən ağır inzibati tənbehin (cərimə və müsadirə ilə 15 gün müddətinə inzibati həbs) tətbiqi də qeyri-mütənasib və hüququn həyata keçirilməsinə ləngidən təsir kimi qiymətləndirilir. ATƏT/DTİHB sənədində göstərildiyi kimi, təklif olunan dəyişikliklər siyasi fikir ayrılığına qarşı ayrı-seçkilik üçün istifadə edilə bilər. Yekun olaraq, qanun layihəsinin tez bir zamanda qəbul edilməsi tərzi də mənfi qiymətləndirilir.
ATƏT/DTİHB rəyi Xalq Müdafiəçisnin müraciəti əsasında hazırlayıb.
Oktyabrın 5-də Parlament sürətləndirilmiş qaydada yığıncaq və nümayiş iştirakçılarına müvəqqəti konstruksiya qurmağı və ya çadır qurmağı qadağan edən dəyişikliklər qəbul edib. Dəyişikliklərə əsasən konstruksiya və ya çadır qurmaq qadağandır, əgər:
- onun qurulması yığıncaq və ya nümayiş iştirakçıları və ya digər şəxslər üçün təhlükə törədirsə;
- ictimai asayişin və təhlükəsizliyin polis tərəfindən qorunmasına mane olursa;
- müəssisənin, idarənin və ya təşkilatın normal fəaliyyətinin pozulmasına səbəb olursa;
- bunun yığıncaq və ya nümayiş keçirməklə əlaqəsi yoxdursa.
Qanun pozuntusu konstruksiyanın, çadırın müsadirəsi və 500 lari məbləğində cərimə və ya müsadirə və 15 günə qədər inzibati həbslə nəticələnəcək. Qanunu pozan təşkilatçı olduqda - hüquqpozma obyekti müsadirə edilir və 5000 lari məbləğində cərimələnir və ya hüquqpozma obyektinin müsadirə edilir və 15 sutkayadək müddətə inzibati həbslə cəzalandırılır.
Hakim partiya qanuna dəyişiklikləri Dövlət Təhlükəsizliyi Xidmətinin bəyanatı ilə izah edir, ona görə oktyabr-dekabr aylarında Gürcüstanda növbəti dövlət çevrilişi planlaşdırılıb.
Prezident mitinqlərdə çadırların məhdudlaşdırılmasını nəzərdə tutan qanun layihəsinə veto qoyub və əsaslı iradlarla parlamentə qaytarıb. Onun qanunverici orqanda müzakirəsi hələ başa çatmayıb.