“Biz indi Xudon su elektrik stansiyası layihəsinin modifikasiyası üzərində işləyirik. Nəyi nəzərdə tuturam konkret olaraq - bildiyiniz kimi, bu bizim üçün, bizim hamımız üçün kifayət qədər həssas məsələ idi, çünki mövcud layihəyə görə, orada kəndi, qəbirləri, kilsəni su basması nəzərdə tutulurdu, əlbəttə ki, çox ağır olardı bu. Ona görə də mənim göstərişimlə biz indi yeni layihə üzərində işləyirik, bu layihə elə tikilsin ki, həyata keçirilməsi halında bu ərazilərin su altında qalması vacib olmasın”, - Baş Nazir İrakli Qaribaşvili bu gün hökumətin iclasında deyib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Onun sözlərinə görə, layihədə dəyişiklik edildikdən sonra SES-in gücü bir qədər azala bilər, lakin ekspertlər hasilatın demək olar ki, eyni ola biləcəyini deyirlər. “Əgər bu belə olacaqsa, sevindirici olar. Onu da qeyd edim ki, biz belə böyük layihələri dövlətin, yəni hökumətin iştirakı ilə həyata keçirməyi planlaşdırırıq. Biz bu layihələrdə aparıcı rolunu tutmalıyıq, çünki bunlar ümumi milli əhəmiyyətli, dövlət əhəmiyyətli layihələrdir”, - qeyd edib baş nazir.
650 MVt gücündə Xudon SES-in tikintisi Zemo Svanetinin Xaişi kəndində planlaşdırılır. Hazırkı layihəyə əsasən, Xudon SES bəndinin hündürlüyü 200 metrdir və su anbarının tikintisi üçün Zuqdidi ilə Mestianı birləşdirən yolunun hissəsi də daxil olmaqla 528 hektar ərazi su altında qalmalı, 2000-ə qədər insan köçürülməlidir. 2013-cü ildə Xaişi sakinləri Xudon SES-in tikinti icazəsinə sahib şirkətin fəaliyyətə başlamasına imkan verməyiblər.
Ötən il dekabrın 19-da İqtisadiyyat Naziri Levan Davitaşvili bildirib ki, dövlət Xudon SES layihəsini investordan 13,5 milyon dollara alıb və onun tikintisinə 2023-cü ildə başlanacaq. Onun sözlərinə görə, layihə ilə yanaşı, şirkətə verilmiş torpaqları da dövlət geri alıb. Xudon SES-in tikinti icazəsinə sahib “Trans Elektrik” şirkəti Britaniyanın Virciniya adalarının ofşor zonasında qeydiyyatdan keçib. 2011-ci ildə şirkətə 1 dollar dəyərində simvolik qiymətə Xaişi icmasında 1536 hektar torpaq verilib. O vaxtdan bəri şirkət Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi Hesabatının hazırlanmasından başqa heç bir fəaliyyət həyata keçirməyib. Nazir dövlət büdcəsindən 13,5 milyon ABŞ dollarının nəyə ödənildiyini dəqiqləşdirməyib.
“Ya biz sağ olacağıq və burada qalacağıq, ya da sağ olmayacağıq və onda həyata keçirəcəklərini görəcəksiniz. Biz andı poza bilmərik. Bizi evimizdən zorlamı çıxaracaqlar?!
O parametrlərlə və o yerdə biz bu layihənin həyata keçirilməsinə imkan verməyəcəyik. Ona görə də alternativ haqqında düşünək”, - Xaişinin Münsiflər Şurasının üzvü, yerli sakin, riyaziyyat müəllimi Zura Nijaradze “Mtis Ambebi”yə müsahibəsində iqtisadiyyat nazirinin açıqlamasına bu cür münasibət bildirmişdi.
Xaişidən olan 200-ə yaxın ailə Müqəddəs Qiorqi kilsəsindəki ikona and içiblər ki, Xaişi və ətraf kəndlərin, qəbiristanlıqların və kilsələrin su altında qalmasına yol verməyəcəklər və əvəzində hər hansı kompensasiyadan imtina ediblər.