2023-cü ilin yanvar-iyun aylarında Gürcüstanda 2580 yol-nəqliyyat hadisəsi baş verib, 189 nəfər həyatını itirib, 3326 nəfər xəsarət alıb. Daxili İşlər Nazirliyinin statistikasına görə, altı ayda 1276 yol-nəqliyyat hadisəsinin qeydə alındığı Tbilisi birinci yerdədir. Onu, İmereti, Raça-Leçxumi və Kvemo Svaneti (295 hadisə) və Acara (259 hadisə) müşaiyət edir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Yanvar-iyun aylarında baş vermiş yol-nəqliyyat hadisələri 41 piyadanın həyatına son qoyub, 779 piyada xəsarət alıb. Bu müddətdə minik avtomobillərinin iştirakı ilə 1499, motosikletin iştirakı ilə 313 yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Müəyyən edilmiş sürət həddini aşmaq, qarşıdan gələn nəqliyyatın hərəkət zolağına çıxma və ya ötmə qaydalarını pozma, dönmə manevri, yol nişanlarına və ya lövhələrinə əməl etməmə, məsafəyə riayət etməmə və nəqliyyat vasitəsini spirtli içki qəbul etmiş vəziyyətdə idarə etmə yol-nəqliyyat hadisələrinin ən çox yayılmış səbəbləridir.
2022-ci il ərzində Gürcüstanda 5469 yol-nəqliyyat hadisəsi qeydə alınıb. 430 nəfər həlak olub, 7517 nəfər xəsarət alıb. Ən çox 4064 qəza avtomobil və motosikletlərin iştirakı ilə baş verib.
Daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidze 2022-ci ilin oktyabrında parlamentdə çıxışı zamanı bildirib ki, Avropa İttifaqı ölkələri ilə müqayisədə Gürcüstanda yol qəzalarında ölüm halları 2,7 dəfə çoxdur. Onun sözlərinə görə, Gürcüstanda hər il hər 100 min sakinə 12 ölüm halı qeydə alınır, Aİ ölkələrində isə orta göstərici 4,4 təşkil edir.