BMT Baş Assambleyası 78-ci sessiyası çərçivəsində işğal olunmuş Abxaziya və Tsxinvali regionundan məcburi köçkünlərin statusu haqqında qətnaməni 9 əleyhinə 103 lehinə səslə qəbul edib. Səsvermədə iştirak etməyən və buna görə də qətnaməni dəstəkləməyən 53 ölkə arasında Gürcüstanın yeni strateji tərəfdaşı olan Çin də var. Ermənistan bu il ilk dəfə olaraq qətnamənin lehinə səs verib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Gürcüstan bu qətnaməni BMT Baş Assambleyasına 2008-ci ildən təqdim edir. Bu il Gürcüstandan başqa 63 ölkə qətnamənin həmmüəllifi olub və ötən illə müqayisədə sənədi dəstəkləyənlərin sayı 3 ölkə artıb.
“Gürcüstanın bu dəfə qətnaməyə dəstəyin illik dinamikasını nəinki saxlamaq, hətta artıra bilməsi faktı gürcü diplomatiyasının böyük uğuru hesab edilməlidir”, - Gürcüstan Xarici İşlər Nazirliyi bildirib.
Qətnamənin müzakirəsində bu il ilk dəfə olaraq BMT Baş Assambleyasının 78-ci sessiyasının sədri Denis Frensis iştirak edib və sessiyada çıxış edib.
“Mən Baş katibin bütün məcburi köçkünlərin öz evlərinə təhlükəsiz, könüllü və ləyaqətlə qayıtması, habelə onların mülkiyyət hüquqlarına hörmət edilməsi zərurətinə dair çağırışını bir daha təkrar edirəm. Aydındır ki, pisləşən insan haqları və humanitar vəziyyətlə bağlı əlavə addımlar atılmalıdır, münaqişənin təsirinə məruz qalmış ərazilərdə etnik gürcü əhalisinin hərəkət azadlığını və xidmətlərə çıxışını təşviq etmək lazımdır. Mən bir daha Gürcüstanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyimi təsdiqləyirəm”, - Denis Fransis bildirib.
Qətnamədə Gürcüstanın Rusiya tərəfindən işğal olunmuş regionlarında zorakılıqla həyata keçirilən demoqrafik dəyişikliklər pislənir, məcburi köçkünlərin etnik mənsubiyyətindən asılı olmayaraq öz evlərinə ləyaqətlə və təhlükəsiz şəkildə qayıtmaq hüququ təsdiqlənir, onların mülkiyyət hüquqlarına hörmət və mühafizənin zəruriliyi vurğulanır.
Qətnamədə həmçinin Cenevrə müzakirəçilərini Gürcüstanın Rusiya tərəfindən işğal olunmuş regionlarında təhlükəsizlik və insan haqları vəziyyətinin yaxşılaşdırılması üçün səylərini gücləndirməyə çağırır ki, bu da öz növbəsində məcburi köçkünlərin və qaçqınların öz evlərinə qayıtmasını asanlaşdıracaq.
Qətnamə humanitar kontekstlə yanaşı, həm də praktiki təsirə malikdir, belə ki, BMT Baş katibinə Gürcüstanda yaşayan köçkün əhalinin vəziyyəti və qətnamənin icrası ilə bağlı illik hesabat hazırlamağı tapşırır.
İyunun 4-də qətnamənin müzakirəsi zamanı Avropa İttifaqı, Böyük Britaniya, Litva (Baltikyanı və Skandinaviya ölkələri adından), Ukrayna, Yaponiya və Avstraliya (Kanada və Yeni Zelandiya adından) dəstək bəyanatları veriblər.
Belarus, Kuba, Burundi, Şimali Koreya, Mali, Nikaraqua, Rusiya, Suriya və Zimbabve qətnamənin əleyhinə səs verib.