Çin səfirliyi ABŞ səfirinin Anaklianın sərmayəçisi olan Çin şirkəti ilə bağlı bəyanatını “absurd” adlandırıb

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Çin Xalq Respublikasının Gürcüstandakı səfirliyi ABŞ səfirinin Çin şirkətinin Anaklia limanına sərmayə qoyması ilə bağlı şərhini “absurd” adlandırır və amerikalı diplomatı qeyri-peşəkarlıqda ittiham edir.

“ABŞ-ın Gürcüstandakı səfirliyinin rəhbərinin “China Communications Construction Company” şirkətinin majoritar sahibinin Çin Kommunist Partiyası olması”, “Çin Kommunist Partiyası və Çin Xalq Respublikasının bu gün Rusiya ordusunun bir nömrəli bankiri və maliyyəçisi olması barədə iddiası absurddur və həqiqətlərlə ciddi şəkildə uyğunsuzluq təşkil edir. Çin tərəfi belə bir bəyanatı qətiyyətlə pisləyir”, - səfirliyin bugünkü bəyanatında deyilir.

Çin tərəfi vurğulayır ki, Robin Daniqanın bəyanatı 2023-cü ilin noyabrında prezident Xi Jinpinq və prezident Co Bayden tərəfindən razılaşdırılmış “San Francisco Vision”a ziddir.

“Çin tərəfi amerikalı diplomatın bəyanat verərkən peşəkarlıq nümayiş etdirməməsindən təəssüflənir”, - Çin səfirliyinin bəyanatında deyilir.

ABŞ-ın Gürcüstandakı səfiri Robin Daniqan Çin şirkətinin Anaklia limanı layihəsində iştirakına münasibət və qeyd edib ki, “China Communications Construction Company” (CCCC) şirkətinin əksər hissələrinin sahibi Çin Kommunist Partiyasıdır və Çin ordusuna bağlıdır. “Çin Kommunist Partiyası bu gün Rusiya ordusunun bir nömrəli bankiri, bir nömrəli maliyyəçisidir. Beləliklə, bir sual yaranır ki, işğalçını maliyyələşdirən partiya ilə iqtisadi əlaqələri niyə dərinləşdirəsən? Çünki Rusiya ordusu Çin Kommunist Partiyası tərəfindən maliyyələşdirilir”, - ABŞ səfiri İnterpressnews-a müsahibəsində bildirib.

Baş nazir İrakli Kobaxidze Amerika səfirinin şərhini “ikili standart” kimi qiymətləndirib. “Hər kəs bilir ki, Çin Avropa İttifaqı və Amerika Birləşmiş Ştatları üçün ən mühüm ticarət tərəfdaşlarından biridir. Belə bir şəraitdə Gürcüstanın Çinlə iqtisadi münasibətlərin dərinləşməsi ilə bağlı tənqid eşidəndə bu, ikili standartdır və bizim üçün belə ikili standart tamamilə qəbuledilməzdir”, - Kobaxidze bildirib.

Mayın 29-da Gürcüstanın İqtisadiyyat naziri Levan Davitaşvili bəyn edib ki, Anaklia Dərinsulu Limanının strateji layihəsində özəl sərmayəçi Çinin konsorsiumu olacaq. Şirkətin tərkibinə “China Communications Construction Company” Limited (CCCC) daxildir. Anaklia limanı dövlətin iştirakı ilə tikilməlidir - dövlət 51%, özəl investor isə 49% paya malik olacaq.

Çinin dövlət şirkəti “China Communications Construction Company Limited” (CCCC) Amerika Birləşmiş Ştatları tərəfindən sanksiyaya məruz qalıb. ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisinin sanksiyaları sadalayan saytında “CCCC” Çin hərbi-sənaye kompleksi şirkətləri siyahısındadır (NS-CMIC siyahısı). Bu siyahıya Çin Xalq Respublikasının göstərişi ilə hərbi və müşahidə texnologiyaları ilə məşğul olan qurumlar daxildir. Sanksiya siyahısı Tramp administrasiyası dövründə başlayıb və Bayden administrasiyası onu davam etdirərək genişləndirib. Prezident Co Baydenin 3 iyun 2021-ci il tarixli sərəncamı bu şirkətlərin Çin Xalq Respublikasının hərbi-sənaye kompleksi ilə əlaqələrinə görə ABŞ-ın milli təhlükəsizliyinə təhdid yaratdığı iddialarına əsaslanaraq, Çin şirkətlərinə, o cümlədən “CCCC”yə sərmayə qoyuluşunu məhdudlaşdırır. 2009-cu ildə Dünya Bankı saxtakarlığa görə “CCCC”yə sanksiya tətbiq edib və onun maliyyələşdirdiyi layihələrin həyata keçirilməsini səkkiz il müddətinə qadağan edib.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur