İrakli Kobaxidzenin başçılığı ilə Çində səfərdə olan “Gürcü Arzusu”nun nümayəndə heyəti Çin Kommunist Partiyasının nümayəndələri ilə görüşüb. Görüşdən sonra deputatların dediyi kimi, söhbətdə müxtəlif istiqamətlərdə əlaqələrin dərinləşməsinə toxunulub.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Biz hakim partiyanın Beynəlxalq Departamentinin rəhbəri, nazir Liu Jinchao, eləcə də nazir müavini ilə görüşdük. Dövlət Şurasında tədqiqat mərkəzinin rəhbərliyi ilə görüşümüz oldu. Əməkdaşlığın dərinləşməsindən danışmaq çox maraqlıdır”, - deyən “Gürcü Arzusu”nun sədri İrakli Kobaxidze əlavə edib ki, 2023-cü il Çin və Gürcüstan arasında münasibətlərin dərinləşməsi baxımından tarixi il olub. Bu kontekstdə o, Gürcüstan və Çin arasında strateji tərəfdaşlıq haqqında sazişin imzalandığını xatırladıb.
“Məqsədimiz, təbii ki, bu əməkdaşlıq sazişinin lazımi şəkildə həyata keçirilməsini təmin etməkdir və səfər də buna xidmət edir. Əlaqələrin dərinləşə biləcəyi bir çox sahələr var. Təbii ki, siyasi aspekti dərinləşdirmək vacibdir. İqtisadi əlaqələri dərinləşdirmək vacibdir və bunun çox konkret real nəticələri olmalıdır. Biz Gürcüstan və Çin arasında əlaqələrin inkişafına böyük əhəmiyyət veririk”, - deyə hakim partiyanın sədri bildirib.
Görüşdə müzakirə olunan digər məsələ Gürcüstanın ərazi bütövlüyünün dəstəklənməsi ilə bağlı olub. Parlamentin Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradzenin sözlərinə görə, onlar Çinin hakim partiyasından sarsılmaz dəstək vədi alıblar.
“Çin BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür. Ona görə də Gürcüstan üçün prioritet məsələlərdə Çinin dəstəyi bizim üçün vacibdir. Bunlardan biri də təbii ki, ərazi bütövlüyümüzdür.Müvafiq olaraq bu mövzuda söhbətimiz oldu. Bu gün biz bir daha Çindən sarsılmaz dəstək vədi aldıq ki, Gürcüstanın ərazi bütövlüyü məsələsi onlar tərəfindən daim dəstəklənəcək.
“İkinci mühüm məsələ ticarət-iqtisadi əlaqələrdir, o cümlədən Orta Dəhlizin - Çindən Avropaya və Avropadan Çinə ən qısa marşrut kimi, Gürcüstanın burada çox mühüm rol oynadığı,” - Samxaradze bildirib.
Parlamentin birinci vitse-spikeri Qia Volskinin sözlərinə görə, Gürcüstan və Çinin resurslarındakı fərqə baxmayaraq, “bərabərliyi nəzərdə tutan əməkdaşlıq standartı qorunur”. “Dünyada cərəyan edən proseslərlə bağlı Çinin mövqeyi və tərəfdaş ölkələrimiz - Avropa İttifaqı və ABŞ-ın münasibəti hamıya məlumdur. Təbii ki, Çin də Gürcüstanın əsas yeri tutduğu belə bir şəraitdə bu orta dəhlizin strateji yerləşməsinin vacibliyini çox gözəl anlayır”, - deyə Volski bildirib.
Müxalifət üzvləri hakim partiyanın nümayəndə heyətini Çin Kommunist Partiyası ilə yaxınlaşmağa cəhd etdiyinə görə tənqid ediblər. “Vahid Milli Hərəkat”ın üzvü Tina Bokuçavanın fikrincə, maliyyə-iqtisadi əlaqələr önəmlidir, lakin “Qərbi siyasi cəhətdən kommunist Çinlə əvəz etmək cəhdi” Avropaya can atan Gürcüstan üçün son dərəcə zərərlidir.
“Lelo” partiyasının siyasi şurasının sədri Badri Caparidze bildirib ki, Çinin Gürcüstanın işğaldan azad edilməsinə dəstəyini açıq şəkildə ifadə etməsi çox vacibdir. “Ğaribaşvilinin imzası ilə Çinlə sabit münasibətlər haqqında saziş imzalananda Çinin Gürcüstanın ərazi bütövlüyünün bərpasına və işğaldan azad edilməsinə dəstək verməsindən söhbət getmirdi, digər tərəfdən Gürcüstan vahid Çini dəstəklədiyini deyirdi”, - Caparidze qeyd edib.
“Gürcü Arzusu”nun deputatlarının Çin Xalq Respublikasına səfəri yanvarın 14-dən 20-dək davam edəcək.