Fevralın 13-də Amerika Birləşmiş Ştatlarının Prezidenti Co Bayden Gürcüstanda fövqəladə və səlahiyyətli səfir vəzifəsinə Robin Dunniqanın namizədliyini irəli sürüb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Ağ Evin bəyanatına görə, Robin Dunniqan hazırda Dövlət Departamentinin Avropa və Avrasiya Bürosunda Mərkəzi və Şərqi Avropa məsələləri üzrə dövlət katibinin köməkçisinin müavini vəzifəsində çalışır. Bundan əvvəl o, ABŞ-ın Avstriyadakı səfirliyində müvəqqəti işlər vəkili və missiya rəhbərinin müavini olub. Əvvəllər Robin Dunniqan Enerji Resursları Bürosunda Katib köməkçisinin müavini vəzifəsində çalışıb. Müxtəlif vaxtlarda ABŞ-ın Vyetnam, Çili, Türkiyə, Kuba və Salvadordakı səfirliklərinə təyinat alıb.
Dunniqanın Vaşinqtondakı fəaliyyətlərinə Enerji Bürosunun Avropa, Qərbi Yarımkürə və Afrika üzrə Ofisinin direktoru vəzifələri daxildir, həmçinin Yaxın Şərq İşləri Bürosunda və Dövlət Katibinin Aparatının İcraçı Katibliyində vəzifələr tutub.
Dunniqan Dövlət Departamentinin çoxsaylı mükafatlarının, o cümlədən görkəmli xarici xidmətə görə iki mükafatın sahibidir.
Robin Dunniqan Kaliforniyadandır. “Milli Müharibə Kolleci”ndə elmlər üzrə magistri dərəcəsi almışdır. Bundan əlavə, o, Corctaun Universitetində elmlər üzrə magistr dərəcəsi və Berkli Kaliforniya Universitetində elmlər üzrə bakalavr dərəcəsinə malikdir. O, ingilis, ispan və alman dillərini bilir. ABŞ Konstitusiyasına görə, fövqəladə və səlahiyyətli səfir vəzifəsinə prezidentin namizədliyi ABŞ Senatı tərəfindən təsdiqlənməlidir.
Gürcüstanda ABŞ-ın səfir vəzifəsini 29 yanvar 2020-ci ildən Kelli Deqnan icra edir. Əksər hallarda səfirlərin səlahiyyət müddəti üç ilə yaxın olur.