Çox vaxt Zelenskinin bəyanatları dağıdıcı müxalifətlə tam üst-üstə düşür - baş nazir

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin sözlərinə görə, Ukrayna prezidenti Volodimir Zelenskinin bəyanatları çox vaxt Gürcüstanda fəaliyyət göstərən “düşmən qüvvələr”lə üst-üstə düşür. Qaribaşvili Zelenskinin Gürcüstan və Belarusun müxtəlif yollarla eyni səliqəsizliyə sürükləndiyi barədə açıqlamasına belə cavab verib.

Moldovada keçirilən Avropa Siyasi Birliyinin (EPC) sammitindən sonra jurnalistlərə açıqlama verən baş nazir Ukraynada baş verənlərdən dərin təsirləndiyini bildirib.

“Hər gün minlərlə insan ölür, infrastruktur, şəhərlər dağıdılır, uşaqlar, qadınlar, qocalar və hamı bu amansız müharibədən əziyyət çəkir. Müharibə şəraitində olan ölkəyə daha bir şey arzulamaq istəyirəm - sülh, bu müharibənin tezliklə bitməsi və ölkənin bütövləşməsi.

Zelenskinin bəyanatına gəlincə, mən bunu şərh edə bilmərəm. Bu ölkə müharibədədir, özü də müharibədədir və mən ölkəmizin digər bədxahlarına müəyyən spekulyasiyalar üçün əsas və imkan vermək istəmirəm.

Onu da əlavə edərdim ki, çox təəssüflər olsun ki, Zelenski və onun hökumətinin bəyanatları çox vaxt ölkəmizin daxilində fəaliyyət göstərən düşmən qüvvələrlə tam üst-üstə düşür. Destruktiv müxalifəti nəzərdə tuturam ki, ölkəmiz Avrointeqrasiya yolunda qalib gəlməsi, status alması üçün heç nə etmir. Bu mənim şərhim olacaqdı”, - Qaribaşvili jurnalistlərə açıqlamasında deyib.

Volodimir Zelenski bu gün Moldovaya gəlib və Avropa Siyasi Birliyinin Sammitinin açılış mərasimində çıxış edib. O, Rusiyanın qonşu ölkələri üçün NATO və Avropa İttifaqına üzvlüyün vacibliyinə diqqət çəkib.

“Bundan əvvəl çinli jurnalist məndən “niyə NATO?” deyə soruşdu və cavab çox sadədir: təhlükəsizlik zəmanətləri olmayanda yalnız müharibə zəmanətləri olur... Ona görə də Rusiya ilə həmsərhəd olan və Rusiya tərəfindən parçalanmaq istəməyən bütün Avropa ölkələri Aİ-nin və NATO-nun tamhüquqlu üzvü olmalıdır. Burada yalnız iki alternativ var - ya açıq müharibə, ya da sürünən rus işğalı. Biz Belarusda baş verənləri görürük. Biz Gürcüstanda baş verənləri görürük. Biz, bu xalqların müxtəlif yollarla da olsa, eyni nizamsız vəziyyətə necə sürükləndiklərini görürük. Bəs onlar nə görürlər? Azadlığa və ümumi Avropa dəyərlərinə sadiqliklərini qanla sübut edən ukraynalılar belə, Avropa İttifaqı və NATO-ya üzvlük barədə hələ də dəqiq müsbət cavab eşitməyiblərsə, başqalarının ümidləri tamamilə illüziyaya çevrilir”, - deyib Zelenski.

Ukrayna prezidenti dövlət başçılarını azadlıq uğrunda mübarizə aparan ukraynalı əsgərlərin məyusluğu, eləcə də Ukraynanın mübarizəsinin ümid mənbəyi olan xalqların məyusluğu barədə düşünməyə çağırıb.

გელა მთივლიშვილი
გელა მთივლიშვილი
„საქართველოს ამბების“ რედაქტორი. პროფესიით იურისტია. აშუქებს ადამიანის უფლებებთან, ეთნიკურ უმცირესობებთან, კონფლიქტის ზონებთან და ტერორიზმთან დაკავშირებულ თემებს. E-mail: Mtivlishvili@gmail.com