Sinqapur məhkəməsi İsveçrənin “Credit Suisse” investisiya bankını Gürcüstanın keçmiş baş naziri, milyarder iş adamı Bidzina İvanişvilinin xeyrinə 926 milyon ABŞ dolları ödəməyə öhdəlik qoyub.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Reuters” agentliyinin məlumatına görə, Beynəlxalq Ədalət Məhkəməsi bəyan edib ki, “Credit Suisse Trust” bölməsinə çıxışı olan “Credit Suisse”in bank müşaviri Patrik Leskadron vicdanlı davranmayıb və İvanişvilinin aktivlərini qorumaq öhdəliyini yerinə yetirməyib.
Banka ödənilməsi üçün öhdəlik qoyulan məbləğ 79 milyon azalacaq, çünki bu məbləğ artıq ötən ilin dekabrında İvanişviliyə ödənib.
“Credit Suisse” İvanişvilinin fırıldaqçılıq deyil, pis investisiya qərarına görə zərərə düşmələri əsası ilə hökmə şikayət etməyi planlaşdırır. Bank Bidzina İvanişvilinin işi üzrə çıxarılmış digər qərardan apellyasiya şikayəti verir. Belə ki, 2022-ci ilin martında Bermuda məhkəməsi müəyyən edib ki, “Credit Suisse”in sığorta bölməsinin hərəkətləri səbəbindən biznesmen və ailəsi təxminən 600 milyon dollar zərər çəkib.
Məhkəmə, “Credit Suisse” tərəfindən ödəniləcək yekun məbləğin Bermud məhkəməsinin hökmünün üst-üstə düşməməsi və ikiqat dəymiş ziyanın qarşısını almaq üçün daha da azaldılacağını bildirib. Bu məsələdə müəyyən bir mənbə “Reuters”a məlumat verib ki, üst-üstə düşmə təxminən 300 milyon dollar dəyərində qiymətləndirilir.
Patrik Leskadron 2018-ci ildə İsveçrə məhkəməsi tərəfindən dələduzluqda təqsirli bilinib. O, 2019-cu ildə azadlığa buraxılıb, bundan sonra 2020-ci ildə intihar edib.
Hazırda “Credit Suisse”in İsveçrə holdinqi “UBS Group AG” tərəfindən satın alınır. Sövdələşmənin təxmini dəyəri 3,4 milyard dollardır.