Dağıstanda kilsə və sinaqoqlara edilən hücumlarda azı 10 nəfər həlak olub

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Rusiya Federasiyasının Dağıstan Respublikasında, Dərbənd və Mahaçqala şəhərlərində pravoslav kilsələri və sinaqoqlara hücum edilib. Ən azı 10 nəfər həlak olub, 25 nəfər yaralanıb. Antiterror əməliyyatı zamanı beş hücumçu zərərsizləşdirilib.

“BBC” nin Rus Xidmətinin məlumatına görə, bazar günü axşam saatlarında naməlum şəxslər Dərbəndin Lenin küçəsindəki Müqəddəs Ana Kilsəsi və Tağızadə küçəsindəki sinaqoqa avtomatlardan atəş açıb. Hücum nəticəsində sinaqoqda yanğın baş verib.

Eyni zamanda naməlum şəxslər Mahaçqala şəhərinin Ermoşkini küçəsində yerləşən yol polisi bölməsinə və yaxınlıqdakı sinaqoqa da atəş açıblar. Atışma Orconikidze küçəsindəki məbəd yaxınlığında baş verib.

Rusiya İstintaq Komitəsi “terror aktı” maddəsi ilə cinayət işi açıb.

Ölən və yaralananların əksəriyyəti polisdir. Son məlumatlara görə, 8 polis həlak olub, 13-ü yaralanıb.

Dərbənd kilsəsinə hücum zamanı deakon Nikolay Kotelnikov və kilsə gözətçisi həlak olub. Rus Pravoslav Kilsəsi Kotelnikovun 40 ildən çox xidmət etdiyini bildirib. Məlumata görə, keşişin boğazı kəsilib.

Öldürülən hücumçuların kimliyi rəsmi olaraq açıqlanmayıb. Rusiya mətbuatının məlumatına görə, onlardan üçü Dağıstanın Serqokalinski rayonunun rəhbərinin oğulları və qardaşı oğlu olub. Maqomed Omarov tutularaq dindirilməyə aparılıb. Sonradan məlum olub ki, o, Rusiyanın hakim partiyası olan “Vahid Rusiya”dan xaric edilib. Hücum edənlərin dəqiq sayı məlum deyil.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur