Dağıstanda üç günlük matəm elan edilib

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Dağıstanda pravoslav kilsələrinə və sinaqoqlara hücumlar nəticəsində son məlumatlara görə, 15-i polis olmaqla 20-yə yaxın insan həlak olub. Dünən axşam saatlarında Mahaçqala və Dərbənddə başlayan antiterror əməliyyatı başa çatıb. 24, 25 və 26 iyun respublikada matəm günləri elan edilib.

“Biz başa düşməliyik ki, müharibə bizim evimizə də gəlir, biz bunu əvvəllər də hiss edirdik, lakin bu gün bununla birbaşa toqquşduq”, - deyə respublika rəhbəri Sergey Melikov bildirib. “Müqəddəs Üçlük Günündə dini obyektlərdə terror aktı törədən terrorçuların, quldurların və qeyri-insani şəxslərin yolunda onların qarşısına ilk olaraq polis əməkdaşlarımız çıxdı. 15-dən çox polis terror aktının qurbanı olub. Onlar, əllərində silahla Dağıstanda sülhü, əmin-amanlığı qoruyurdular”.

Melikovun sözlərinə görə, toqquşmalar zamanı “bir neçə mülki şəxs” həlak olub. Dağıstan rəhbəri onların sayını dəqiqləşdirməsə də, ölənlər arasında Dərbənd pravoslav kilsəsində 40 ildən çox xidmət etmiş 66 yaşlı keşiş Nikolay atanın olduğunu qeyd edib. Sergey Melikovun sözlərinə görə, hazırda respublikada vəziyyət “dövlət hakimiyyəti və hüquq-mühafizə orqanları tərəfindən nəzarətdədir”.

Öldürülən din xadimi Nikolay Kotelnikovun qızı Rusiya nəşrlərindən birinə hücumla bağlı danışıb. Olqa Lobovanın sözlərinə görə, məbədə daxil olan iki terrorçu əvvəlcə əsas ikonanı yandırıb, sonra isə fərq qoymadan atəş açmağa başlayıb. “Onlar keşişin evinə soxularaq başından güllələyiblər. Evi yandırıblar”, - Lobova bildirib. Bundan əvvəl hücum edənlərin keşişin boğazını kəsdiyi bildirilirdi.

Hücum barədə ilk məlumat iyunun 23-də yerli vaxtla saat 18:00 radələrində yayılıb. BBC-nin Rus xidməti yazır ki, naməlum şəxslər Dərbəndin Lenin küçəsindəki Müqəddəs Ana Kilsəsi və Tağızadə küçəsindəki sinaqoqa pulemyavtomatlardan otlardan atəş açıblar. Hücum nəticəsində sinaqoqda yanğın baş verib. Eyni zamanda naməlum şəxslər Mahaçqala şəhərinin Ermoşkini küçəsində yerləşən yol polisi bölməsinə və yaxınlıqdakı sinaqoqa da atəş açıb. Atışma Orconikidze küçəsindəki məbəd yaxınlığında baş verib.

Atışmalar axşam saatlarına qədər davam edib. Mahaçqala və Dərbənddə antiterror əməliyyatı rejimi səhər saatlarında sonlandırılıb. Hücum edənlərin dəqiq sayı məlum deyil. Hökümətin bildirdiyinə görə, altı hücumçu zərərsizləşdirilib.

Öldürülən hücumçuların kimliyi rəsmi olaraq açıqlanmayıb. Rusiya mətbuatının məlumatına görə, onlardan üçü Dağıstanın Serqokalinski rayonunun rəhbərinin oğulları və qardaşı oğlu olub. Maqomed Omarov tutularaq dindirilməyə aparılıb. Sonradan məlum olub ki, o, Rusiyanın hakim partiyası olan “Vahid Rusiya”dan xaric edilib. Dağıstan “Telegram” kanalları da yazır ki, öldürülən hücumçular arasında keçmiş “MMA” döyüşçüsü də var.

Çeçenistan lideri Ramzan Kadırov hadisəni “mənfur təxribat” adlandırıb. “Terrorçular öz pis və qorxaq mahiyyətlərini bir daha nümayiş etdirdilər. Həmişə olduğu kimi, silahsız və müdafiəsiz insanları qurban seçdilər. Baş verənlər mənfur təxribata və etiqadlar arasında nifaq salmaq cəhdinə bənzəyir”, - Kadırov bildirib.

Rusiya İstintaq Komitəsi işi terror aktı kimi qiymətləndirib.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur