Dağlıq Acarada baş verən təbii fəlakət nəticəsində iki nəfər həlak olub

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Qar uçqunları və sürüşmələr Dağlıq Acaranın Xulo və Keda kəndlərində insan tələfatı ilə nəticələnib.

Xulonun Txilvana kəndində qar uçqunu Bolkvadzelər ailəsinin evini aparıb. Hadisə zamanı ər və arvad evdə olublar. Mevlud Bolkvadze sağ qalıb, 63 yaşlı Fati Bolkvadze isə dünyasını dəyişib. Hazırda kəndin xarici aləmlə əlaqəsi kəsilib.

Kedanın Tsoniarisi kəndində təbii fəlakət nəticəsində 55 yaşlı Temur Baramidze həyatını itirib. O, Acara Polis İdarəsinin Keda rayon şöbəsinin kiçik inspektoru olub. Sürüşmə zamanı Temur Baramidze evində tək olub.

“Dəhşətli pis havadır. Hər 100 metrdən bir sürüşmə olduğu üçün mərkəzi yollar bağlanıb. Bəzi kəndlərə əlaqə ancaq dolama yollarla mümkündür. Təcili yardım maşınları hərəkət edə bilmir”, - Keda bələdiyyəsinin mer müavini Mamuka Partenadze “Gürcüstan Xəbərləri”nə bildirib.

Milli Ətraf Mühit Agentliyindən verilən məlumata görə,fevralın 8-dək Gürcüstanda güclü yağıntının olacağı, əsasən qar şəklində yağacağı və bəzi yerlərdə intensiv olacağı (əsasən ölkənin qərb rayonlarında), dağlıq regionlarda duman, çovğun olacağı, yolların buz bağlaması, uçqun təhlükəsi, elektrik xətlərinin donması gözlənilir. Dənizdə güclü, 6 bal gücündə tufan olması ehtimalı var.

Çətin meteoroloji şərait, o cümlədən güclü qar, çovğun və uçqun təhlükəsi ilə əlaqədar avtomobil yollarında məhdudiyyətlər tətbiq edilir. 

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur