Ermənistan hökumətinin məlumatına görə, sentyabrın 26-da səhər saat 08:00-dək Dağlıq Qarabağdan olan 13550 məcburi köçkün Ermənistana daxil olub. Əvvəlcədən müəyyən edilmiş yaşayış yeri olmayanların hamısı hökumət tərəfindən müvafiq mənzillə təmin ediləcək.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Ermənistan mətbuatının məlumatına görə, Sünik və Vayots Dzor bölgələrində Qarabağdan olan köçkünlər üçün nəzərdə tutulan evlər və mehmanxanalar demək olar ki, tamamilə dolub. Dünən axşamdan insanlar Qeqarkunik bölgəsinə yerləşdirilib.
Qarabağın de-fakto hökumətinin nümayəndələri ilə Azərbaycan hökuməti arasında keçirilən görüşlərə baxmayaraq, Qarabağ əhalisi kütləvi şəkildə evlərini tərk edərək Ermənistana köçür. Onlar hesab edirlər ki, təhlükəsizlik təminatları kifayət deyil. Müstəqilliyi tanınmayan Dağlıq Qarabağın paytaxtı Stepanakertdən (Xankəndi) Ermənistan sərhəddinə qədər tıxaclar yaranıb və yollarda sıxlıq müşahidə olunub, bəzi insanlar Ermənistan ərazisini piyada keçməyə çalışır.
Dünən, sentyabrın 25-də Əsgəran və Stepanakert (Xankəndi) birləşdirən avtomobil yolunun yaxınlığındakı yanacaq anbarında baş vermiş partlayış nəticəsində azı 20 nəfər həlak olub. Ermənistan tərəfinin məlumatına görə, müxtəlif dərəcəli yanıq xəsarətləri ilə ümumilikdə 290 nəfər tibb müəsisələrinə yerləşdirilib. Bu gün səhər saatlarında bir qrup həkim helikopterlə Ermənistandan Qarabağa yola düşüb və vəziyyəti ağır olan xəstələr Ermənistana köçürülüb.
Sentyabrın 19-da Azərbaycan “Antiterror əməliyyatı” başlayıb, nəticədə Dağlıq Qarabağın bir sıra yaşayış məntəqələri Azərbaycanın nəzarətinə keçib. Azərbaycanın başlatdığı hərbi əməliyyatlarda mülki şəxslər də daxil olmaqla azı 200 nəfər həlak olub. 400-dən çox vətəndaş yaralanıb. Ümumilikdə Qarabağda 120 min insan yaşayırdı.
Beynəlxalq hüquqa əsasən, Dağlıq Qarabağ ərazisi Azərbaycanın bir hissəsi hesab olunur. Rayonda əsasən etnik ermənilər yaşayır. Sovet hakimiyyəti illərində Qarabağ bölgəsi muxtar vilayətə çevrilib. 1988-ci ildə qarabağlılar Qarabağın Sovet Azərbaycanından sovet Ermənistanına verilməsini istəyiblər. Münaqişə 1990-cı illərin əvvəllərində genişmiqyaslı müharibəyə çevrilib. Döyüşlər 1994-cü ilə qədər davam edib və sonda bölgə Qarabağ ərazisində müstəqillik elan edən yerli ermənilərin nəzarətinə keçib. Qarabağ Respublikası heç bir ölkə, o cümlədən Ermənistan tərəfindən tanınmayıb. 2020-ci ilin payızında Ermənistan və Azərbaycan arasında 7 min əsgər və 170 mülki şəxsin həlak olduğu yenidən başlayan hərbi münaqişə Rusiyanın vasitəçiliyi ilə atəşkəs razılaşması ilə başa çatıb. Bakı Dağlıq Qarabağ və onun ətraf ərazilərinin əhəmiyyətli hissəsinə nəzarəti bərpa edib. Müqaviləyə əsasən, Rusiya əsgərləri Qarabağ bölgəsində sülhməramlılar kimi yerləşdirilib.