Daha bir gürcü döyüşçü, 48 yaşlı Tengiz Cania Ukraynada həlak olub. Cania Donetsk vilayətində, Avdeevka-Marinka istiqamətində “Azov” briqadasının tərkibində döyüşüb.

Martın 23-də Rusiyanın raket hücumu nəticəsində bir gürcü döyüşçü həlak olub. Onun cəsədini hələ döyüş meydanından çıxarmaq mümkün olmayıb.

Tengiz Cania Abxaziyadan olan məcburi köçkündür, Abxaziya və 2008-ci ilin avqust müharibələrində iştirak edib. O, müharibənin ilk günündən Ukraynada döyüşüb və son iki ildə iki dəfə yaralanıb.

“Biz hər şeydən birlikdə keçdik, ərazi bütövlüyümüz üçün özümüzü əsirgəmədik. Bizə bu bədbəxtliyi nə gətirdisə sədaqət, vətən sevgisi gətirdi. Harada olur-olsun, ümumi düşmənlə vuruşurdu. Ukraynada müharibə başlayan kimi dərhal qoşuldu. Abxaziyada, Samaçabloda döyüşüb. Gürcüstanda o, müstəsna şücaətinə görə mükafat alıb. O, Ukraynada da iki mükafat alıb. Tezliklə bitəcək və biz Abxaziyaya qayıdacağıq deyirdi - o bunu gözləyirdi, hər şeyin səbəbi bu idi”, - Tengiz Canaianın qardaşı Temur Canaia mediaya bildirib.

Həlak olan gürcü döyüşçünün dəfn mərasimi Zuqdidi bələdiyyəsinin Qanmuxuri kəndində planlaşdırılır.

2022-ci il fevralın 24-dən Rusiyanın Ukraynada başlatdığı müharibədə ən azı 59 gürcü və gürcü əsilli ukraynalı döyüşçü həlak olub:

  1. Tengiz Canaia - 48 yaş, 23 mart 2024-cü ildə Donetsk vilayətində vəfat edib;
  2. Nodar Nasirov -  9 mart 2024-cü ildə vəfat edib.
  3. Qiorqi Qoqiaşvili - 9 mart 2024-cü ildə vəfat edib.
  4. Qoça Jvaniya - 1 fevral 2024-cü il, Şərq Cəbhəsində vəfat edib;
  5. Zura Tsiklauri - 1 fevral 2024-cü il, Şərq Cəbhəsində vəfat edib;
  6. Nikoloz Qelenidze - 31 yaş, 16 noyabr 2023-cü ildə Baxmutda vəfat edib;
  7. Beka Lomaşvili - 16 noyabr 2023-cü il, Donetsk vilayətində vəfat edib;
  8. Ramaz Fetelava - 16 noyabr 2023-cü il, Donetsk vilayətində vəfat edib;
  9. İrakli Kurtsikidze - 10 noyabr 2023-cü ildə vəfat edib;
  10. Levan Lobjanidze - oktyabr 2023, Baxmut yaxınlığında vəfat edib;
  11. Zakro Şubitidze - 30 yaş, 2023-cü ilin 18 sentyabrında, Donesk vilayətində vəfat edib;
  12. Nikoloz Axvlediani - 42 yaşında, 23 avqust 2023-cü ildə Baxmut yaxınlığında vəfat edib;
  13. Arçil Devrisaşvili- 2023-cü il iyulun 27-də Baxmut yaxınlığında vəfat edib.
  14. Malxaz Kvijinadze - 2023-cü il iyunun 24-də Luqanskda, Lisiçansk istiqamətində vəfat edib;
  15. Coni Odişvili - 33 yaşında, 24 iyun 2023-cü ildə Baxmut yaxınlığında vəfat edib;
  16. Nika Jiğaşvili - 10 may 2023-cü ildə, Luqanskda vəfat edib;
  17. Zurab Odişvili - 26 aprel 2023-cü ildə vəfat edi;
  18. Davit Kuçukiani - 4 aprel 2023-cü ildə Baxmutda vəfat edib.
  19. Vaxtanq Barbaradze - 4 aprel 2023-cü ildə Baxmutda vəfat edib.
  20. Mixeil Mazanaşvili - 29 yaşında, 31 mart 2023-cü ildə Baxmut yaxınlığında vəfat edib;
  21. İlia Çoxeli - 25 yaşında, 16 mart 2023-cü ildə Baxmutda vəfat edib;
  22. Qiorqi Kaadze - 23 yaşında, 29 yanvar 2023-cü ildə Soledar şəhəri yaxınlığında vəfat edib;
  23. Mixeil Tevdoradze - 45 yaş, 2022-ci il dekabrın 13-də Baxmut yaxınlığında vəfat edib;
  24. Serqo Lisixi - 34 yaşında, 13 dekabr 2022-ci ildə Baxmut yaxınlığında vəfat edib;
  25. Ruslan Bayramov - 29 yaş, 6 oktyabr 2022-ci ildə Nikolayev rayonunda vəfat edib;
  26. Roland Kvaraçxelia - 49 yaş, 3 dekabr 2022-ci ildə Baxmut yaxınlığında vəfat edib;
  27. Avto Rurua - 41 yaş, 2022-ci il dekabrın 3-də Baxmut yaxınlığında vəfat edib;
  28. Romeo Piçxaia - 55 yaşında, 3 dekabr 2022-ci ildə Baxmut yaxınlığında vəfat edib;
  29. Merab Aladaşvili - 45 yaşında, 3 dekabr 2022-ci ildə Baxmut yaxınlığında vəfat edib;
  30. Badri Markelia - 46 yaşında, 3 dekabr 2022-ci ildə Baxmut yaxınlığında vəfat edib;
  31. Caba (Cambulat) Xoperiya - 25 yaş, 2022-ci il dekabrın 1-də Kiyevdə vəfat edib;
  32. Konstantin Kursua - 43 yaş, 23 noyabr 2022-ci ildə Donetsk yaxınlığında vəfat edib;
  33. Levan Saxelaşvili - 38 yaş, 2 noyabr 2022-ci ildə Nikolayev rayonunda vəfat edib;
  34. Qurqen (Quqa) Qaqnidze - 40 yaşında, 30 oktyabr 2022-ci ildə Baxmut yaxınlığında vəfat edib;
  35. Aleksandre Martiaşvili - 24 yaş, 21 oktyabr 2022-ci ildə Xerson yaxınlığında vəfat edib;
  36. Mixeil Kaplanişvili - 46 yaş, 21 oktyabr 2022-ci ildə Luqansk rayonunda vəfat edib;
  37. Ernest Maçaraşvili - 43 yaş, 13 oktyabr 2022-ci ildə Xerson rayonunda vəfat edib;
  38. Edişer Kvaraçsxelia - 44 yaş, 10 oktyabr 2022-ci ildə Donetsk vilayətində vəfat edib;
  39. Qela Qoqiya - 55 yaş, 26 avqust 2022-ci ildə Donetsk vilayətində vəfat edib;
  40. Berdia Joxadze - 43 yaş, 2022-ci il avqustun 12-də Nikolayev xəstəxanasında vəfat edib;
  41. Kaxa Qoqoli - 47 yaş, 2022-ci il iyulun 10-da Luqansk vilayətində vəfat edib;
  42. Aluda Zviadauri - 42 yaş, 18 iyun 2022-ci ildə Severodonetsk yaxınlığında vəfat edib;
  43. Kirile Şanava - 25 yaş, 2022-ci il iyunun 7-də Luqansk vilayətində vəfat edib;
  44. Daniel Qerliani - 25 yaş, 2022-ci il iyunun 3-də Zaporojya yaxınlığında öldürülüb;
  45. Qiorqi Qriqolia - 40 yaşında, 2022-ci il iyunun əvvəlində Baxmut yaxınlığında vəfat edib;
  46. Rati Şurqaia - 38 yaş, 2022-ci il mayın 14-də Xarkov vilayətinin İzium şəhərində vəfat edib;
  47. Telman (Tato) Biqvava - 27 yaşında, 8 may 2022-ci ildə Mariupolda vəfat edib;
  48. Vitali Orbeladze - 46 yaş, 23 aprel 2022-ci ildə Xarkov vilayətinin İzium şəhərində vəfat edib;
  49. Zaza Bitsadze - 40 yaşında, 16 aprel 2022-ci ildə Luqansk vilayətinin Rubejnoe şəhəri yaxınlığında vəfat edib;
  50. Alika Tsaava - 40 yaşında, 2022-ci il aprelin 16-da Luqansk vilayətinin Rubejnoe şəhəri yaxınlığında vəfat edib;
  51. Arkadi Kasradze - 40 yaşında, 2022-ci il aprelin 16-da Luqansk vilayətinin Rubejnoe şəhəri yaxınlığında vəfat edib;
  52. Temur Maçaraşvili - 37 yaş, 2022-ci ilin aprelində Zaporojyedə vəfat edib;
  53. Nika Şanava - 21 yaş, 2022-ci il aprelin 9-da Xarkov vilayətində vəfat edib;
  54. Davit Menabdişvili - 47 yaş, 9 aprel 2022-ci ildə Xarkov rayonunda vəfat edib;
  55. Davit Qobejişvili - 47 yaş, 25 mart 2022-ci ildə İrpen şəhəri yaxınlığında vəfat edib;
  56. Baxva Çikobava - 54 yaş, 2022-ci il martın 19-da Mariupolda vəfat edib;
  57. Qia Beriaşvili - 45 yaş, 18 mart 2022-ci ildə İrpen yaxınlığında vəfat edib;
  58. Davit Ratiani - 53 yaşında, 18 mart 2022-ci ildə İrpen yaxınlığında vəfat edib;
  59. Oleq Qeqeçkori - 50 yaş, 2022-ci il martın 8-də Kiyev vilayətində vəfat edib;
Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur