Daha iki deputat rus qanununun müzakirəsindən qovulub

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Hüquq Məsələləri Komitəsinin sədri Anri Oxanaşvili daha iki müxalifət deputatı - Salome Samadaşvili və Tamar Çarkvianini rus qanununun ikinci oxunuşundan xaric edib.

“Lelo”nun üzvü Salome Samadaşvili bildirib ki, qanunun birinci maddəsinin məzmununa əsasən, Gürcüstan vətəndaşları Avropa İttifaqına vizasız gediş-gəliş imkanlarını itirə bilər, bu zaman Anri Oxanaşvili onu “danışmaq hüququndan məhrum edib”. Oxanaşvilinin izahatına görə, Salome Samadaşvili birinci maddəyə aidiyyatı olmayan sual verib.

“Həqiqət sadədir - bu qanun qəbul olunarsa, Gürcüstan Aİ-yə vizasız girişi itirəcək. Bu barədə danışmamaq üçün məni iclasdan çıxarırlar. Sualın cavabı yoxdur. Bu qanunun real nəticəsi, ilk növbədə, Avropa İttifaqı ilə danışıqların dayandırılması və vizasız gediş-gəlişin ləğv edilməsidir. Onlar bu həqiqəti, o cümlədən bu gün parlament önünə yığacaqları şəxslərin eşitməsini istəmirlər”, - Samadaşvili bildirib. Mandatur nümayənədələri onu zorla iclas zalından çıxarıblar.

Tamar Çarkvianinin ixrac olunmasına gəlincə, Anri Oxanaşvili deputatın keçmiş baş nazirin və “Gürcü Arzusu”nun hazırkı sədri  İrakli Ğaribaşvili və ailəsinin gəlirlərinin şəffaflığı ilə bağlı verdiyi cavabdan qıcıqlanıb. Bundan əlavə, Çarkviani “Gürcü Arzusu”nun liderlərinə bildirib ki, rus qanununa qarşı keçirilən aksiyada yüz minlərlə insan onları satqın adlandırır, buna cavab olaraq qanunun müəllifi Mamuka Mdinaradze isə “milyonlarla insan Çarkvianini satqın adlandıracaq” deyib. 

Hazırda beş müxalifət deputatı - Qiorqi Vaşadze, Tamar Kordzaia, Levan Bejashvili, Salome Samadashvili və Tamar Çarkviani rus qanununun müzakirə olunduğu iclasdan xaric edilib. Komitə sədri xəbərdarlıq edib və digər müxalifətçiləri də ixrac etməklə hədələyib.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur