Danilov Kadırova Ukraynanı tərk etməyi və İçkeriyanın müstəqilliyi uğrunda mübarizə aparmağı məsləhət görür

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Ukrayna Milli Təhlükəsizlik Şurasının katibi Oleksi Danilov Çeçenistan lideri Ramzan Kadırovu Ukraynanı tərk etməyə və vətəni İçkeriyanın müstəqilliyi uğrunda mübarizə aparmağa çağırıb.

“Çox gec olmadan, Ukraynadan çıxın və İçkeriyanın müstəqilliyi üçün mübarizə aparın – bu qarantdır ki Rusiya Cövhərin şəhərini (Qroznı) yerlə bir etməsin. Əgər Rusiya məhv edilməsə, yenə çeçen qadın və uşaqlarını öldürmək üçün qayıdacaqlar. Yadınızdan çıxıb mı...” – Danilov Tvitter-də yazıb.

Oleksi Danilovun bəyanatından əvvəl Ramzan Kadırov Ukrayna silahlı qüvvələrini Rusiyanın regionlarını bombalamaqda ittiham edib. O, Rusiya Federasiyasının “zəif cavabından” narazılığını bildirib və Ukrayna şəhərlərinin yerlə bir etməyə çağırıb:

“Biz deyirdik ki, Ukrayna ərazisində xüsusi hərbi əməliyyat keçiririk, amma artıq bizim ərazimizdə müharibə gedir. Mən bundan çox narazıyam. Biz hərbi vəziyyət elan etdik, lakin onlar [Ukraynalılar] tərəddüd etmirlər, güllə atırlar. Məncə, biz zəif cavab veririk. Əgər mərmi bizə, bölgəmizə doğru gəlirsə, şəhərləri yerlə bir etməliyik ki, uzaq üfüq görünsün. Bizim istiqamətimizə atəş açmağı ağlına belə gətirməsinlər”.

Ukrayna Ali Radası Çeçenistan Respublikasının İçkeriya ərazisini silahlı təcavüz nəticəsində Rusiyanın müvəqqəti işğalı kimi tanıyıb. Oktyabrın 18-də Radanın sədri Ruslan Stefançukun təşəbbüsü və 287 deputatın dəstəyi ilə Ukraynanın Ali Qanunverici orqanı Çeçenistanın birinci (1994-1996) və ikinci müharibəsi (1999-2009) zamanı Rusiyanın törətdiyi cinayətləri, eləcə də çeçen xalqına qarşı soyqırım siyasətini pisləyib. Qətnamə müəllifləri qeyd edirlər ki, Rusiya terror, hədə-qorxu və zorakılıq yolu ilə bütün çeçen xalqını girov götürüb, nəticədə Moskvanın nəzarətində olan administrasiya yaradılıb. Ukrayna Ali Radası BMT-yə üzv dövlətləri və beynəlxalq təşkilatları İçkeriyanı Rusiya tərəfindən işğal olunmuş kimi tanımağa, Rusiyanın İçkeriyada törətdiyi cinayətləri araşdırmağa və günahkarları məsuliyyətə cəlb etməyə çağırır.

Bir müddət əvvəl Ukrayna prezidenti Volodimir Zelenski Qafqaz xalqını Ukraynaya qarşı “rüsvayçı müharibəyə” getməməyə çağırıb: “İndiki vaxtda öz azadlığınızı küçələrdə və meydanlarda müdafiə edin ki, sonradan sadəcə yaşamaq hüququ üçün dağlarda və meşələrdə vuruşmayasınız, Rusiya öz hakimiyyətini yenə səfərbər etməyə başlayanda”, - deyə Zelenski bildirib.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur