Darialidə həyəcan siqnalı - keçid məntəqəsinin bütün əməkdaşları təxliyə edilib

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Devdoraki çayında quraşdırılmış ölçmə detektorundan həyəcan siqnalı daxil olduğu üçün patrul polisi, gömrük xidməti, sərhəd polisi və keçid məntəqəsində çalışan bütün özəl şirkətlər Dariali vadisində təxliyə edilib. Qveleti kəndi yaxınlığında avtomobil yolu bağlanıb və hər iki istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Daxili İşlər Nazirliyinin məlumatına görə, saat 08:36-da siqnal bildirişi daxil olub. Ölçmə detektoru axının minimal artımı halında Devdoraki yatağındakı dəyişikliyi qeydə alır.

“Əraziyə baxış keçirmək üçün sərhəd polisinin içində Milli Ətraf Mühit Agentliyinin əməkdaşları və geoloqların da olduğu helikopteri artıq havaya qalxıb”, - Daxili İşlər Nazirliyindən bildirilib.

2015-ci ildə İsveçrə şirkəti Kazbeqidə siqnalizasiya sistemini quraşdırıb və onu idarə edir. Bundan bir il əvvəl dağ kütləsinin Devdoraki buzlağından qopması baş vermişdi. 2014-cü il mayın 17-də torpaq sürüşməsi 5 nəfərin həyatına son qoyub. Həmin ilin avqustunda təbii fəlakət yenidən baş verib və “Darıalihesi” tunelində 2 işçi həlak olub, magistral yol, qaz kəməri sıradan çıxıb, gömrük məntəqəsi və digər tikililərə ziyan dəyib.

Dariali vadisində təbii fəlakət, 2015-ci il

İsveçrəli mütəxəssislərin qiymətləndirməsinə görə, Kazbeqidə hələ də böyük daşqın gözlənilir.

Buna görə də “RAMMS” modelləşdirməsi ilə vaxt hesablanıb və biz bilirik ki, təhlükə siqnalizasiya sistemi tərəfindən aşkar edildikdən sonra Gürcüstan-Rusiya yolunun kritik hissəsində insanları təxliyyə etmək üçün 5 dəqiqə vaxtımız var.

Oxşar mövzuda - Hökumət Şovi faciəsi ilə bağlı yekun hesabatda nəyi gizlədir

Milli Ətraf Mühit Agentliyi, məhkəmə işinin başlamasına baxmayaraq, ölkədə erkən xəbərdarlıq və siqnalizasiya sistemlərimizin olması üçün, beynəlxalq təşkilatlar tərəfindən nə qədər vəsaitin ayrılması barədə “Dağ Xəbərlərinə”yə ictimai məlumat vermir.

Yeniləmə - 14:03

Daxili İşlər Nazirliyinin məlumatına görə, Milli Ətraf Mühit Agentliyinin tövsiyəsi əsasında Devdoraki vadisində mövcud vəziyyət nəzərə alınaraq avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb. Sərhəd buraxılış məntəqəsi fəaliyyətini bərpa edib. Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, hazırda Devdoraki vadisində təhlükə səviyyəsi minimaldır.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur