Hökumət Şovi faciəsi ilə bağlı yekun hesabatda nəyi gizlədir

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Fəlakətin episentrində olan Davit Celadze bacısı oğlunu təhlükəsiz yerə aparmağa çalışır. Şovi istirahət zonası, 3 avqust 2023-cü il

Şovi faciəsi ilə bağlı bir neçə gün əvvəl dərc edilmiş yekun hesabatda Milli Ətraf Mühit Agentliyi 33 nəfərin həyatını itirməsinə görə məsuliyyətindən yayınmağa və hakimiyyəti də ondan yayındırmağa çalışır.

Bu məqsədlə qurum öz hesabatında dəvət etdiyi İsveçrənin ixtisaslaşmış şirkətinin hesabatından bir sıra mühüm qiymətləndirmə və məlumatları gizlədir və yalnız isveçrəli mütəxəssislərin hökumətin təbliğat və dezinformasiya xarakterli mesajlarını dəstəkləyən rəylərindən istifadə edir.

Milli Ətraf Mühit Agentliyi gürcü dilindəki rəyində bildirilir ki, siqnalizasiya sisteminin təşkili proseslərin bu cür nəticələnməsinin qarşısının alınmasında effektiv ola bilməzdi, çünki təbii fəlakət mürəkkəb mənşəli olub, sürətlə inkişaf edib və baş vermə zonasından yaşayış məntəqəsinə qədər olan məsafə qısa olub”.

İsveçrəli mütəxəssislərin ingilisdilli rəyinə əsasən də, siqnalizasiya sistemi quraşdırılması halında, xəbərdarlıq vaxtı insanları təhlükə zonasından çıxarmaq üçün kifayət etmir.

Bununla belə, isveçrəli mütəxəssislər onu da yazır ki, ucqar ərazilərdə iri qaya uçqunlarını yalnız kritik yer artıq aparılan təhlillərdən məlum olduqda aşkar etmək olar.

Monitorinq sisteminin quraşdırılması ilə neqativ inkişafı (daşların qeyri-sabitləşməsi) erkən mərhələdə aşkar etmək olar. Bu yolla qarşıdan gələn hadisə barədə xəbərdarlıq etmək və insanları təxliyə etmək mümkündür.

Milli Ətraf Mühit Agentliyi isveçrəli mütəxəssislərin bu qiymətləndirmələrini gürcü dilli hesabatda yazmayıb.

Faciədən bir neçə gün sonra Seysmik Monitorinq Mərkəzinin rəhbəri Tea Qodoladze “Dağ Xəbərləri”nə müsahibəsində, daha sonra isə araşdırma filmində də eyni qiymətləndirməni edib.

Şovidə 3 dəqiqəlik məsafədə təhlükəsiz yer

Eyni İsveçrə şirkəti (Geotest) 2015-ci ildə Kazbeqidə siqnalizasiya sistemi quraşdırıb və özü idarə edir. Ondan bir il əvvəl dağ kütləsinin Devdorak buzlağından qopması hadisəsi baş verib. 2014-cü ilin 17  may tarxində torpaq sürüşməsi 5 nəfərin həyatına son qoyub. Həmin ilin avqustunda təbii fəlakət yenidən baş verib və “Daryalhesi” tunelində 2 işçi həlak olub, magistral yol, qaz kəməri sıradan çıxıb, gömrük məntəqəsi və digər tikililərə ziyan dəyib.

Milli Ətraf Mühit Agentliyi, hüquqi mübahisənin başlamasına baxmayaraq, əgər biz ölkədə erkən xəbərdarlıq və siqnalizasiya sistemlərimizin olması üçün beynəlxalq təşkilatlar tərəfindən ayrılan vəsaitlər barədə “Dağ Xəbərləri”nə ictimai məlumatı vermir.

Artıq siqnalizasiya sisteminin olduğu Kazbeqidə isveçrəli mütəxəssislərin hesablamalarına görə, hələ də böyük sürüşmə/palçıq axını gözlənilir. Buna görə də “RAMMS” modelləşdirməsi ilə vaxt hesablanır və bilirik ki, Gürcüstan-Rusiya yolunun kritik hissəsində siqnalizasiya sistemi tərəfindən təhlükə aşkar edildikdən sonra insanları təxliyyə etmək üçün 5 dəqiqə vaxtımız var.

Əgər Kazbeqidə təhlükə barədə xəbər alındıqdan sonra 5 dəqiqə ərzində yolu bağlamaq və insanları təhlükəli zonadan çıxarmaq mkündürsə, niyə Şovidə siqnalizasiya sistemimiz olsa daha uzun müddətə insanları xilas edə biləcəyimiz istisna olunur.

Üstəlik, yekun rəyə əsasən, axın təbii fəlakətin yaranma və aktivləşmə zonasından Şovinin “kotteclər” ərazisinə 7,5-10 dəqiqəyə çatmalı olub.

Eksperimentimizə əsasən, vətəndaşlar təhlükənin gözlənildiyini, belə bir vəziyyətdə necə davranmalı olduqlarını bilsə idilər və səlahiyyətli orqanlar təhlükəsiz zonalar qeyd etmiş olsa idilər, 2-3 dəqiqə ərzində bağ evlərinin olduğu yerdən meşəyə qaça bilərdilər.

Onu da vurğulayaq ki, qaya kütləsinin və buzlağın bir hissəsinin qopduğu Devdoraki dəniz səviyyəsindən 4500 metr hündürlükdə, yəni Tbilisa buzlağının qaya süxurlarının sürüşərək Şovidə faciəyə səbəb olduğu hissəsindən 800 metr yüksəklikdədir. Kazbeqi və Raçada inkişaf etmiş fəlakətli buzlaq sürüşmələri hallarında, qopma yerindən insanların həyatını itirdiyi yerə qədər olan məsafə demək olar ki, eynidir (10,5-11 km), lakin Devdoraki misalında relyefin meyilliliyi daha böyükdür, buna görə də sürüşmə daha yüksək sürətlə inkişaf edir.

Rəylərdəki ziddiyyətlər

Milli Ətraf Mühit Agentliyi ilkin qiymətləndirməsində Bubistskali çayı vadisində bərk materialın istinad həcminin təxminən 5 milyon kub metr olduğunu, yekun rəydə isə 4 milyon kub metrdən az olmadığını yazıb.

İsveçrəli mütəxəssislərin rəyinə görə, vadiyə çatan materialın təxmini həcmi təqribən 2 milyon kub metr, maksimum 3-dür ki, bu da onların fikrincə,Milli Ətraf Mühit Agentliyinin həcm qiymətləndirməsinə uyğundur.

Əslində, İsveçrəli mütəxəssislərin hesabladığı həcmlərlə Milli Ətraf Mühit Agentliyinin dərc etdiyi həcmlər arasındakı fərq təxminən 2 milyon kubmetrdir - palçıq sürüşməsinin Şoviyə gətirdiyi materialın demək olar ki, yarısıdır. İsveçrəli mütəxəssislərin qiymətləndirməsi Seysmik Monitorinq Mərkəzinin alimlərinin verdiyi məlumatlara daha uyğundur.

Rəylərdəki bu cür ziddiyyətlərə və bir çox cavabsız suallara baxmayaraq, parlamentin sədri Şalva Papuaşvili və “Gürcü Arzusu”nun təbliğatçı “İmedi” teleşirkəti hökumətin cinayətkar biganəliyini ifşa edən “Dağ Xəbərləri” nəşrinə, o cümlədən, qiymətləndirmələri də “Gürcü Arzusu”nun narativinə uyğun gəlməyən qərəzsiz gürcü alimlərinə hələ də hücum edir.

Fevralın 21-də hazırladığı süjetdə “İmedi” teleşirkəti ictimaiyyəti çaşdırır – orada deyilir ki, nüfuzlu xarici mütəxəssislərin Şovi faciəsi ilə bağlı rəyi gürcü mütəxəssislərin rəyi ilə tamamilə üst-üstə düşür.

Ölüm zonasında inkişaf planı

Milli Ətraf Mühit Agentliyi yekun rəyində yazır ki, Bubistskali çayı vadisində insanları və infrastrukturu qorumağın ən yaxşı və effektiv yolu ərazinin məkan planlaşdırılmasıdır. İsveçrəli mütəxəssislər də demək olar ki, eyni şeyi yazırlar.

Əslində, faciədən əvvəl Şovi istirahət zonasının abadlaşdırılmasının tənzimlənməsi planını tərtib etməsi üçün “Art Studio Project” MMC-yə büdcədən yarım milyon lariyə qədər pul ödəmişik. Bu sənədə həmçinin isveçrəli mütəxəssislərin qeyd etdiyi “torpaqdan istifadənin planlaşdırılması tədbirləri” də daxildir. Bu plan 22 dekabr 2022-ci ildə Oni Şəhər Şurası tərəfindən təsdiqləndi və “Gürcü Arzusu”na yaxın qruplara  məhz, ölüm zonasında, 7 ay sonra palçıq axını/sürüşməsi altında qalan ərazidə 18 metrlik mehmanxana binaları tikmək hüququ verildi.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur