“İşğal Əleyhinə Hərəkat”ın yaradıcısı Davit Katsaravanın sözlərinə görə, Rusiyayönümlü və zoraki“Alt-İnfo” partiyasının üzvləri ötən gecə onun həyat yoldaşına və azyaşlı oğluna hücum ediblər. Katsaravanın “Gürcüstan xəbərləri”nə verdiyi məlumata görə, Tbilisidə Saakadze meydanı yaxınlığında yerləşən “Alt-İnfo”nun baş ofisinin yaxınlığında beysbol dəyənəkləri ilə silahlanmış 30-a yaxın adam onun yanacaqdoldurma məntəqəsində dayanmış arvadının avtomobilini mühasirəyə alıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Yayılan videokadrlardan avtomobilin şüşəsinin sındığı, qapı dəstəyinin və ön hissəsinin də zədələndiyi görünür.
“Onlar maşına tərəf qaçdılar, onu beysbol dəyənəkləri ilə vurdular, qapını açmağa çalışdılar. Xoşbəxtlikdən avtomobil içəridən kilidli olub. Xüsusilə 13 yaşlı oğlumun olduğu tərəfi sökməyə çalışır və onu dartıb çıxartmağı planlaşdırırdılar. Bunlar zorakı qrupdurlar. Hadisəni törədənlər avtomobili arvadımın idarə etdiyini dəqiq bilirdilər”, - Katsarava deyir.
Onun məlumatına görə, ötən gecə baş verən hücumun əvvəlində həyat yoldaşının “Alt-İnfo”nun ofisinin yaxınlığındki etirazı olub: “Bir neçə gün əvvəl həyat yoldaşım onların ofisinin yanından keçərkən etiraz əlaməti olaraq siqnal verib və sosial şəbəkədə bunu həmişə edəcəyini yazıb. Bu hal “Alt-İnfo” qruplarının hesablaşmasını özü ilə barabər gətirib. Onlar, hətta bir dəfə tutulublar. Həyat yoldaşım həmişə o yerdə yanacaq tökür və deyəsən dünən gecəki hücuma hazırlaşmışdılar”.
Davit Katsarava Daxili İşlər Nazirliyinin martın 14-dək hücumun bütün iştirakçılarının həbsini və mühakimə olunmasını gözləyir, əks halda, özünün də dediyi kimi, öz mülahizəsinə uyğun hərəkət etmək hüququna malik olacaq.
Polis dünən axşam Katsaravanın həyat yoldaşı və “Alt-İnfo”nun üzvlərini dindirib.
Daxili İşlər Nazirliyinin məlumatına görə, faktla bağlı Cinayət Məcəlləsinin 187-ci (özgənin əmlakını zədələmə və ya məhv etmə) maddəsi ilə araşdırma aparılır.