2018-ci ilin iyulunda Zemo Svanetinin Çuberi kəndində baş vermiş təbii fəlakətdən sonra baş nazirin müavini və iqtisadiyyat naziri Levan Davitaşvili deyib: “2-3 ildən sonra biz Gürcüstanın bütün ərazisində düzgün erkən xəbərdarlıq sistemimiz olacaq”.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
6 iyul 2018-ci il tarixində Çuberi icmasında Nenskra çayı vadisində sürüşmə prosesləri aktivləşib ki, bu da su axınlarının tıxanmasına və çayın müəyyən ərazilərində sürüşmənin əmələ gəlməsinə səbəb olub. Təbii fəlakət nəticəsində çayın düzənliyində yerləşən yaşayış evlərinə ziyan dəyib və ya tamamilə dağılıb, körpülər uçub, magistral yollar və yüksək gərginlikli elektrik xətləri sıradan çıxıb. Təbii fəlakət insan tələfatına səbəb olmayıb. Levan Davitaşvili daha sonra Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı naziri vəzifəsini tutub.
“Nenskra kimi çaylarda Ekologiya və Kənd Təsərrüfatı Nazirliyinin müvafiq xidməti tərəfindən artıq aktiv şəkildə işlənən düzgün erkən xəbərdarlıq sistemimizin olması vacibdir. Sözügedən sistemlərlə biz profilaktik tədbirlər üçün lazım olan məlumatları əldə edəcəyik”, - o, 6 iyul 2018-ci il tarixində bildirib.
Çuberi təbii fəlakətindən 5 il sonra, 3 avqust 2023-cü ildə təbii proseslərin inkişaf etdiyi Bubistskali çayı vadisində (Çançaxi hövzəsi), Raçada erkən xəbərdarlıq sistemi quraşdırılmayıb. Baş almış palçıq axını Şovi kurortunu demək olar ki, tamamilə dağıdıb və azı 18 nəfərin ölümünə səbəb olub.
Ətraf Mühitin Mühafizəsi Milli Agentliyinin ilkin rəyinə görə, Buba buzlaqının qərbində qayalıq kütlənin çökməsi baş verib və bu hərəkətə keçdikdən sonra buzlaqla toqquşub, onun müəyyən hissəsinin dağılmasına səbəb olub, hansı ki, buzlaqın altında qalan suyun daşmasına səbəb olmuş ola bilərdi ki, bundan sonra yaranan axın vadi yatağında yüksək sürətlə hərəkət etməyə başlayıb. Çayın yatağından aşağıya doğru hərəkət edən güclü palçıqlı sel saat 15:15 radələrində Şovi (eyni adlı “kottec rayonu”) ərazisində 26 hektar əraziyə yayılaraq mövcud tikililəri örtüb və insan tələfatına səbəb olub. Ətraf Mühitin Mühafizəsi Milli Agentliyinin mütəxəssislərinin rəyində qeyd olunur ki, ilkin hesablamalara görə, palçıq axını kotteclərin sahəsinə yəqin ki, 8-10 dəqiqəyə çatmış olmalı idi.
Milli Seysmik Monitorinq Mərkəzinin direktoru, professor Tea Qodoladze “Dağ Xəbərləri” nəşrinə müsahibəsində bildirib ki, erkən xəbərdarlıq sistemi olsaydı, insanların ölümünün qarşısını almaq mümkün olardı.