Daxili işlər naziri sorğuya gələcək və bütün məsələlərə hərtərəfli cavab verəcək - Kadaqişvili

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Parlamentin prosessual məsələlər və reqlament komitəsinin sədri İrakli Kadaqişvilinin sözlərinə görə, daxili işlər naziri parlamentə gələcək və Şovinin faciəsi ilə bağlı müxalifətin suallarına hərtərəfli cavab verəcək. Vaxtanq Qomelauri “Vahid Milli Hərəkat” tərəfindən sorğu-sual yolu ilə parlamentə çağırılıb.

“Məncə, bu sorğu düzgün tərtib olunmayıb, çünki sorğu-sual zamanı söhbət konkret faktdan yox, bu və ya digər dövlət qurumunun bu və ya digər məsələ ilə bağlı siyasəti necə həyata keçirməsindən gedir, amma bundan kənara çıxsaq, təbii ki, nazir o sorğuya gələcək və bütün məsələlərə geniş cavab verəcək.

Lakin onu da qeyd etmək lazımdır ki, hökumət artıq bütün bu məsələlərə hərtərəfli cavab verib”, - İrakli Kadaqişvili bildirib.

“Vahid Milli Hərəkat” daxili işlər naziri Vaxtanq Qomelauriyə 5 sual ünvanlayıb:

  • Onun 2021-ci ildə Daxili İşlər Nazirliyinin onillik planını təqdim edərkən bəhs etdiyi erkən xəbərdarlıq SMS sistemi niyə tətbiq olunmadı?
  • Şovidə axtarış-xilasetmə əməliyyatının ləngiməsi nə ilə bağlı idi?
  • Hökumət qonşu dövlətlərdən kömək istəməyə niyə ehtiyac görmədi?
  • Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Olunması Xidmətinin xilasetmə texnikası hansı vəziyyətdədir və beynəlxalq standartlara nə dərəcədə uyğundur?
  • Dövlət qrant əsasında iki axtarış-xilasetmə helikopteri almaqdan hansı halları əsas götürüb? Nazirliyin rəsmi mövqeyi necə idi?

Avqustun 3-də Raçada, Buba dağından gələn palçıq axını Şovi kurortunu demək olar ki, tamamilə dağıdıb. Xilasetmə əməliyyatı 3 saat gec başlayıb və gecə çökdükdən sonra helikopter gecə təhlükəsiz uça bilmədiyi üçün pilotlar əməliyyatda iştirakı dayandırıb.

Son məlumatlara görə, təbii fəlakət nəticəsində 26 nəfər həlak olub, 7 nəfər hələ də itkin düşüb.

Daxili işlər naziri Şoviyə təbii fəlakətdən 11 gün sonra, avqustun 13-də gəlib. Onun jurnalistlərlə söhbəti zamanı bildirdiyinə görə, nazirliyin gecə uçuş imkanları var və helikopterlər uça bilir, lakin “Həmin anda insan həyatı üçün real təhlükə yoxdursa, pilotların nəyisə riskə atması düzgün deyil, yol verilməzdir”. Jurnalistin helikopterin tam təchiz edilib-edilməməsi və yalnız gecənin problem olması ilə bağlı aydınlaşdırıcı sualına Qomelauri belə cavab verib: “Bəli. Helikopter uça bilər, qalxa bilər”.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur