Bu gün, avqustun 13-də Şoviyə gələn Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri deyib ki, fəlakətin baş verdiyi ilk gecə helikopterlər yüksək risk səbəbindən uçmayıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Helikopterlər təxminən üç saata çatdılar. Helikopter nə velosipeddir, nə də maşındır ki, minib qəfil çıxasan. Onun hazırlığa ehtiyacı var. Bundan başaqa, hava çox pis idi. Vadiyə uçmaq üçün iki saata yaxın buludları seyr etdilər. Helikopter yenə də gəldi, işlədilər - ortada, adadaki 70 nəfəri təhlükəsiz yerə təxliyyə etdilər. O biri tərəfdə, yamacda bizim polislər artıq yerdə idi, qidaları da var idi, təhlükəsiz yer idi, gecə düşdü və təhlükə olduğundan və daha risk etmədiyimizdən qalan adamları sabahısı gün təxliyyə etdik.
Gecə niyə uçmadıqlarına gəlincə, mən bunu yüz dəfə izah etmişəm - aviasiyanı yaxşı bilən hər kəs başa düşür ki,
Gecə uçuş imkanlarımız var, onları almışıq, uça bilərik, amma risk çox yüksəkdir, belə demək mümkünsə, o an insan həyatı üçün real təhlükə yoxdursa ki, pilotlar da risk alsın, bu, məqsədə uyğun, yol verilən deyil. İnsanları səhər saat 3-də çıxara biliriksə, risk edib, helikopteri məhv edək və ya pilotları öldürək”, - deyə daxili işlər naziri bildirib.
Vaxtanq Qomelauri helikopterlərin tam təchiz olunub-olunmaması və yalnız gecənin problem olub-olmaması ilə bağlı aydınlaşdırıcı suala cavab verib:
“Bəli. Helikopter uça bilər, qalxa bilər. Dağlarda risk amili var. O, əgər hava yaxşı olarsa, gecə havaya qalxa bilər, məsələn, Batumi hava limanından Tbilisiyə, həmçinin Kutaisi hava limanına uça bilər. Relyefdən asılıdır. Əgər bu dağlıq ərazidirsə, həqiqətən təcili bir şey yoxdursa, orda da risk edə bilərlər. İnsanlar təhlükəsiz yerdə idilər, pilotların risk almasına ehtiyac yox idi. Ola bilərdi ki, helikopter qəzaya uğrayaydı”.
“Bir çox insan hələ də sürüşmədə qalmışdı”, - qeyd edən jurnalistə nazirin cavabı bu cür olub: “Biz onları təxliyyə etdik”.
“Risklidir. Gecə belə bir görüntü yocdur, elə?! Vadidir, dağdır, ağaclar var və baş verənlər kimi bir şey ola bilərdi, təəssüf ki, Kazbeg, Qudauridə, hələ də araşdırmalar davam edir. Orada da pilotlar riskə getdilər, çünki insanlar sağ idi, lakin bədbəxtlik baş verdi. Eyni şey yenidən baş verə bilər. Nə sürüşmənin, nə də çayın daşmadığı dağda təhlükəsiz olduqları halda, niyə risk edilməlidir, elə deyilmi?”, - Qomelauri deyib.
Daxili işlər nazirinin sözlərinə görə, bu gün Gürcüstanın ümumilikdə 6 helikopteri var, onlardan dördü Sovet İttifaqı dövründən qalma, ikisi isə yenidir, baxmayaraq ki, sonuncuya cəmi beş nəfər yerləşə bilir. Vaxtanq Qomelauri qeyd edib ki, mövcud helikopterlərin hamısı texniki cəhətdən sazdır.
“Üç yeni helikopter alınıb – biz onları Fransadan almışıq və bir qayda olaraq, ilk helikopter martda gəlməlidir, amma bu ilə, yəqin ki, çata bilməyəcək. Önümüzdəki il üç helikopterin də gətirilməsi başa çatdırılacaq. Helikopter maşını və ya velosiped deyil ki, gedib bazardan ala biləsən?! Vurğulayıram, növbələr var və biz bir ilə yaxındır işləyirik, artıq almışıq və pilotların təlim və yenidən hazırlığa ehtiyacları var”, - deyə daxili işlər naziri bildirib.
Avqustun 3-də baş verən buzlaq qaynaqlı palçıq uçqunu Şovi kurortunu demək olar ki, tamamilə məhv edib. Fəlakət kottecləri uçurub, mehmanxanaya ziyan vurub, avtomobilləri yuyub aparıb, Şoviyə gedən yeganə yolda körpüləri uçurub. Xilasedicilər yalnız sərhəd polisinin helikopterləri ilə 3 saatdan sonra fəlakət zonasına daxil ola biliblər. Avqustun 3 və 4-də Şovidən 210 nəfər təxliyyə edilib. Palçıqda azı 24 nəfər həlak olub, onlardan 20-nin şəxsiyyəti müəyyən edilib. 9 nəfərin axtarışları davam etdirilir. Həm həlak olanlar, həm də itkin düşənlər arasında uşaqlar da var. Hakimiyyət bildirir ki, faciəni dəf etmək mümkün olmayıb.