Daxili İşlər Nazirliyi 134 nümayişçini saxlayıb

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Foto: Reuters/İrakli Qedenidze

Daxili İşlər Nazirliyi 7-8 mart tarixində Tbilisidə parlament binası yaxınlığında keçirilən etiraz aksiyalarının 134 iştirakçısını həbs edib. Bir nəfər polisə hücum etmək ittihamı ilə Cinayət Məcəlləsinin 353-cü Prima maddəsi ilə saxlanılıb. Qalan 133 nəfər isə nazirlik tərəfindən xırda xuliqanlıq və polisin qanuni tələbinə tabe olmamaq maddələri ilə inzibati məsuliyyətə cəlb edilib.

Həbs olunanlar arasında “Girçi daha çox azadlıq” partiyasının sədri Zurab Girçi Caparidze, həmçinin “Milli Hərəkat” partiyasının sədrliyinə keçmiş namizəd Giorgi Mumladze, Ukraynada döyüşən Nadim Xmaladze və qarışıq döyüş sənəti döyüşçüsü Mate Sanikidze də var.

Vəkillərin sözlərinə görə, Zurab Girchi Caparidze döyülüb və başından xəsarət alıb. Digər məhbuslarda da müxtəlif bədən xəsarətləri qeydə alınır. Onların sözlərinə görə, həbs edilərkən xüsusi təyinatlılar və polislər tərəfindən döyülüblər.

Hazırda Tbilisi Şəhər Məhkəməsində saxlanılan bir neçə şəxs barəsində inzibati xəta haqqında işə baxılır. Hakim artıq onların bəzilərini qanunu pozan kimi tanıyıb və onları 2000 lari məbləğində cərimələyib. Xırda xuliqanlıq və polisin qanuni tələbinə tabe olmama 15 günə qədər həbs cəzasını nəzərdə tutur.

Daxili İşlər Nazirliyi parlament qarşısında Rus qanunlarına qarşı keçirilən etiraz aksiyanı xüsusi təyinatlıların köməyi ilə dağıdıb. Hakimiyyət çoxlu sayda dinc nümayişçilərə qarşı gözyaşardıcı qaz, su şırnaqları və digər vasitələrdən istifadə edib. Mətbuatda dərc olunan materiallardan görünür ki, xüsusi təyinatlıların zabitləri yerə yıxılmış aksiya iştirakçılarını saxladıqdan sonra onlara fiziki təzyiq göstəriblər.

Ötən gün və gecə ərzində hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən mümkün həddən artıq güc tətbiq edilməsi və xəsarət yetirilməsi ilə bağlı Xüsusi İstintaq Xidmətinə vətəndaşlardan, jurnalistlərdən, qeyri-hökumət təşkilatlarından və Xalq Müdafiəçisi Aparatından 22 bildiriş daxil olub.

7-8 mart 2023-cü il tarixlərində Daxili İşlər Nazirliyinin ayrı-ayrı əməkdaşları tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə faktları üzrə araşdırmalar davam etdirilir.

Daxili İşlər Nazirliyi bildirir ki, aksiya iştirakçıları gecə boyu ictimai asayişi kobud şəkildə pozaraq polis əməkdaşlarına müqavimət göstəriblər.

“Etirazçıların zorakı hərəkətləri nəticəsində Daxili İşlər Nazirliyinin 10-a yaxın əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Vətəndaşlar da yaralanıb.

Aksiya bir neçə saat dinc şəkildə davam edib. Daha sonra mitinq iştirakçılarından biri çıxışı zamanı toplaşanları qanunverici orqanı mühasirəyə almağa çağırıb, bundan sonra aksiya iştirakçıları kütləvi şəkildə parlamentin girişlərini bağlamağa və binanı mühasirəyə almağa başlayıblar. Aksiya zamanı iştirakçılar ilə şifahi və fiziki qarşıdurmanın qarşısını almaq üçün parlament binasına polis qüvvələri yerləşdirilib.

Daxili İşlər Nazirliyinin xəbərdarlığına baxmayaraq, aksiya iştirakçıları ifadə azadlığı və dinc toplaşmaq haqqında qanunda müəyyən edilmiş normalardan kənara çıxıblar. Onlar hüquq-mühafizə orqanlarının əməkdaşlarının qanuni tələblərinə tabe olmayıblar. Toplananlar özlərini aqressiv apararaq qanunverici orqanın binası boyunca quraşdırılmış dəmir qoruyucu bəndləri, giriş qapılarını zədələyib, binanın pəncərələrini, dəmir barmaqlıqlarını sındırıb, parlamentin binasına və həyətinə daş, müxtəlif əşyalar, pirotexniki vasitələr atıblar ki, bu da ağır nəticələrə səbəb ola bilərdi. Etiraz formaları getdikcə son dərəcə şiddətli olub.

Polis qüvvələri asayişi qorumaq üçün məcburi tədbirlərdən və xüsusi vasitələrdən istifadə edib.

Polis dəfələrlə gərgin vəziyyəti yatırmağa çalışsa da, Rustaveli prospektinə toplaşan insanlar polislər tərəfə qışqırmağa, eyni adlı“Molotov kokteyli”, daş, taxta dirək və digər əşyalar atmağa başlayıblar. Aksiya  iştirakçıları Daxili İşlər Nazirliyinə məxsus bir neçə avtomaşını zədələyib, aşırıb və od vurub, xüsusi tapşırıqlar şöbəsinin avtobusuna, yanğınsöndürən maşınına, Rustaveli prospektində yerləşən binaların fasadlarına ziyan vurub, mağazanın şüşələrini sındırıblar. Rustaveli prospektinə toplaşanlar Tbilisi meriyasının xidmətlərinə məxsus maddi əmlaka ziyan vurub, o cümlədən küçədə dayanan zibil qutularını yandırıb, stulları və ictimai nəqliyyatın gözləmə dayanacaqlarını sındırıblar”, - nazirliyin məlumatına görə, Parlament binasının ətrafı və Rustaveli prospektində polislərə hücum edib və digər zorakılıq hərəkətləri həyata keçirən həmin şəxslərin müəyyən edilərək tutulması məqsədilə, istintaq hərəkətləri aparılır.

İctimai təşkilatlar Parlamentdən dərhal plenar iclas keçirməyi, orada yenidən rus qanunlarına səs verməyi və onu rəsmi şəkildə rədd etməyi, bununla yanaşı, Gürcüstanın Avropa gələcəyini müdafiə edən və Gürcüstanın və onun xalqının ləyaqətini alçaldan Rusiya qanunlarına qarşı küçələrdə etiraz edən bütün saxlanılanlar dərhal azad edilməsisni tələb edir.

Martın 7-də Gürcüstan parlamentinin əksəriyyətinin 78 deputatı birinci dinləmədə gürcü xalqına qarşı rus qanununu dəstəkləyib.

“Gürcü Arzusu” partiyası bu gün bəyanat yayıb və bildirilib ki, parlament çoxluğunda keçirilən məsləhətləşmələr nəticəsində onların dəstəklədiyi “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin qeyd-şərtsiz geri götürülməsi barədə qərar qəbul edilib. Hakim partiyanın fikrincə, yalan maşını qanun layihəsini mənfi təqdim edərək ictimaiyyətin müəyyən hissəsini çaşdıra bilib.

Parlamentin aparatının bu gün səhər saatlarında yaydığı məlumata görə, bu həftə parlamendə plenar iclaslar keçirilməyəcək, çünki 7-8 mart tarixlərində aksiya iştirakçılarının bəzilərinin zorakılıq hərəkətləri nəticəsində parlament binası və infrastrukturuna ziyan dəyib.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur