“Gürcü arzusu” parlament çoxluğunun iki gün əvvəl birinci oxunuşda qəbul etdiyi “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini qeyd-şərtsiz geri götürəcəyini açıqlayıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Bu qərardan əvvəl parlamentin yaxınlığında Rus qanununun qəbuluna qarşı bir neçə min nəfərin iştirak etdiyi etiraz aksiyası keçirilib, hakimiyyət həmin aksiyanı gözyaşardıcı qaz, su şırnaqları və digər vasitələrdən istifadə edərək dağıdıb, yüzdən çox nümayişçi həbs edilib.
“Qəbul edilən qanun layihəsinin cəmiyyətdə fikir ayrılıqlarına səbəb olduğunu görürük. Yalan maşını qanun layihəsini mənfi tərəfdən təqdim edərək ictimaiyyətin müəyyən hissəsini çaşdıra bildi. Qanun layihəsinə saxta “Rus qanunu” damğası vuruldu və onun birinci dinləmədə qəbul edilməsi ictimaiyyətin bir hissəsinin gözündə Avropa kursundan uzaqlaşma kimi təqdim olundu. Bundan əlavə, radikal qüvvələr gənclərin bir qismini qanunsuz fəaliyyətə sürükləyə biliblər”,- “Gürcü arzusu”nun yaydığı bəyanatda deyilir.
Hakim partiya “zorakılığa səbirlə və ən yüksək standartlarla cavab verən” “qəhrəman hüquq-mühafizə orqanlarının əməkdaşlarına” təşəkkür edir.
“Biz ölkəmizdə sülhün, əmin-amanlığın, iqtisadi inkişafın, eləcə də Gürcüstanın Avropaya inteqrasiya yolunda irəliləməsinin qayğısına qalmalıyıq. Ona görə də hər bir həmvətənlimizin enerjisi qarşıdurmaya deyil, ölkənin düzgün istiqamətdə inkişafına sərf olunmalıdır.
Bütün yuxarıda deyilənləri nəzərə alaraq, cəmiyyətin hər bir üzvü qarşısında məsuliyyət daşıyan bir idarəedici güc olaraq, dəstəklədiyimiz qanun layihəsini qeyd-şərtsiz geri götürmək qərarına gəldik.
Emosional fon azaldıqca, qanun layihəsinin nə üçün nəzərdə tutulduğunu və ölkəmizdə xarici təsirin şəffaflığının təmin edilməsinin nə üçün vacib olduğunu ictimaiyyətə daha yaxşı izah edəcəyik. Bunun üçün əhali ilə görüşlərə başlayacağıq və məsələnin hər bir detalı ilə bağlı həqiqəti geniş ictimaiyyətə çatdıracağıq.
Biz idarəedici güc olaraq cəmiyyətin hər bir üzvünə qarşı öhdəliyimiz olan xüsusi məsuliyyətlə hərəkət edirik. “Gürcüstan sülh və sabitliyi qoruyub saxlayacaq və Avropaya doğru ləyaqətlə irəliləyəcək. Bu, gürcü cəmiyyətinin prinsipial seçimidir”, - “Gürcü arzusu” yazır.
Aİ-nin Gürcüstandakı nümayəndəliyi hakim partiyanın qanun layihəsi ilə bağlı açıqlamasını alqışlayıb və Gürcüstanın bütün siyasi liderlərini 12 prioritetə uyğun olaraq, Gürcüstanın namizəd statusunu əldə etməsi üçün Avropayönümlü islahatları inklüziv və konstruktiv şəkildə yeniləməyə çağırıb.
Martın 7-də Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı haqqında” rus qanun layihəsini 13 əleyhinə 78 lehinə səslə birinci dinləmədə qəbul edib. Qanun müstəqil media qurumlarını və vətəndaş cəmiyyəti təşkilatlarını “xarici agent” elan edir və onları məhdudlaşdırmaq və ya bağlamaq üçün bir çox rıçaqlar təqdim edir.
Əksəriyyətin təşəbbüsü ilə irəli sürülmüş “Xarici agentlərin qeydiyyatı” və “Xarici təsirin şəffaflığı” haqqında qanun layihələri həm ölkənin strateji tərəfdaşları, həm də beynəlxalq hüquq müdafiə təşkilatları tərəfindən kəskin tənqid edilib. Onlar Gürcüstan hakimiyyətini bu cür qanunları qəbul etməkdən imtina etməyə çağırıblar. “Parlamentin Kremldən ilham aldığı qanunları müzakirə etməsi Gürcüstanın Avropaya inteqrasiya etmək istəyi və ölkənin demokratik inkişafı ilə bir araya sığmır”, - ABŞ səfirliyi bildirib.
Rusiya qanunlarına etiraz olaraq martın 7-də və 8-də parlament binası qarşısına on minlərlə insan toplaşıb. Daxili İşlər Nazirliyi dinc nümayişçilərə qarşı gözyaşardıcı qaz, şırnaqlı su və bibər qazından istifadə edib. Xüsusi vasitələrdən istifadə əvvəlcədən xəbərdarlıq edilmədən edilib. Vətəndaşların sözlərinə görə, onlara da rezin güllələr dəyib. Xüsusi təyinatlıların əməkdaşları aksiya iştirakçılarına fiziki təzyiq göstəriblər. Media nümayəndələrinə də şifahi və fiziki hücumlar olub. Polis yüzdən çox insanı inzibati və cinayət qaydalarına əsasən həbs edib.