Nüfuzlu Beynəlxalq İnsan Hüquqları Təşkilatları “Human Rights Watch” və “Amnesty İnternational”, Gürcüstan Parlamentinin “xarici agentlər” haqqında müzakirə etdiyi hər iki qanun layihəsinin insan hüquqlarını ayaqlar altına atdığını bildirirlər.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Qanun layihələri geniş ictimai maraqlara xidmət edən müstəqil, xaricdən maliyyələşən qrupları və medianı marginallaşdırmaq və nüfuzdan salmaq məqsədi daşıyır”. Qanun layihələrinin məqsədi tənqidi qrupları və mühüm medianı məhdudlaşdırmaq, Gürcüstanın beynəlxalq öhdəliklərini pozmaqdır. Bu, insan haqlarını, demokratiyanı və qanunun aliliyini qorumaq üçün çalışan qruplara və şəxslərə ciddi soyuqqanlı təsir göstərəcək”, - Human Rights Watch-un Avropa və Mərkəzi Asiya üzrə direktoru Hyu Uilyamson bildirib.
Təşkilatların bu gün, martın 7-də yaydıqları birgə bəyanatda bildirilir ki, Gürcüstan parlamenti ayrı-ayrı şəxslərin, vətəndaş cəmiyyəti təşkilatlarının və media qurumlarının gəlirlərinin ən azı 20%-ni xaricdən alırlarsa Ədliyyə Nazirliyində “xarici təsir agentləri” kimi qeydiyyatdan keçməsini tələb edən qanun layihələrini qəti şəkildə rədd etməlidir. Qeyd olunur ki, qanun layihələrində pozuntulara görə əlavə, ağır hesabat tələbləri, yoxlamalar, inzibati və cinayət məsuliyyəti, o cümlədən 5 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası da nəzərdə tutulub.
“Qanun layihələri ifadə və birləşmək azadlığını qoruyan beynəlxalq insan hüquqları qanunvericiliyinə və standartlara uyğun gəlmir”
Qanun layihələri Gürcüstanın Avropa İnsan Haqları Konvensiyası və Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Pakt (ICCPR) üzrə öhdəliklərinə ziddir.
Beynəlxalq hüquqa görə, ifadə və birləşmək hüquqlarına qarşı müəyyən məhdudiyyətlərə icazə verilsə də, onlar [məhdudiyyətlər] qanunla aydın şəkildə ifadə edilməli və əlçatan olmalı, qanuni məqsədə çatmaq üçün zəruri və mütənasib olmalıdır. Sözügedən qanun layihələri bu sınaqdan keçmir və bu hüquqları həddən artıq məhdudlaşdırır. Milli, beynəlxalq və xarici mənbələrdən resurslar axtarmaq, əldə etmək və istifadə etmək sərbəst toplaşmaq hüququnun tərkib hissəsidir. Bu, insan hüquqlarının müdafiəsi üzrə bir çox beynəlxalq və regional mexanizmlər, o cümlədən Avropa Şurası Nazirlər Komitəsinin 2007-ci il “Avropada qeyri-hökumət təşkilatlarının hüquqi statusu haqqında” tövsiyəsi ilə müəyyən edilir.
2022-ci ildə Avropa İnsan Haqları Məhkəməsi Rusiyanın Gürcüstan qanun layihələrinə bənzəyən “xarici agentlər” qanununun Avropa Konvensiyasının 11-ci maddəsi ilə qorunan birləşmək hüququnu pozduğuna qərar verib. “Məhkəmə beynəlxalq və ya xarici mənbələrdən maliyyə alan təşkilatlar üçün xüsusi statusun və hüquqi rejimin yaradılmasının əsassız olduğunu, məhdudiyyətlərin onların qanuni funksiyalarına müdaxiləni ifadə etdiyini müəyyən edib”, - deyə məlumatda bildirilir.
Amnesty İnternational-ın Şərqi Avropa və Mərkəzi Asiya üzrə direktoru Mari Struthers qeyd edib ki, təklif olunan qanun layihələri ifadə və birləşmək azadlığı hüquqlarını tapdalayır, Gürcüstanın insan hüquqlarının müdafiəsi üzrə öhdəliklərinə ziddir və buna görə də parlament onları qəbul etməməlidir.
"Hökumət bəyənmədiyi müstəqil səslərin fəaliyyətini boğacaq qanunlar qəbul etmək əvəzinə, vətəndaş cəmiyyəti üçün təhlükəsiz və əlverişli mühitin təmin edilməsi yollarını nəzərdən keçirməlidir", - Struthers bildirib.
Gürcüstanda Müxalifət partiyalarının, qeyri-hökumət təşkilatlarının, media qururmları nümayəndələrinin və vətəndaşların etirazları fonunda parlament çoxluğunun irəli sürdüyü “Xarici agentlərin qeydiyyatı” və “Xarici təsirin şəffaflığı haqqında” qanun layihələrini müzakirə edir.
Bu mövzu haqqında:
“Hər iki qanun layihəsi konstitusiyaya ziddir” - Konstitusiya Məhkəməsinin keçmiş hakimi