Parlamentin bugünkü plenar iclasında qeyri-hökumət təşkilatlarının və media qurumlarının böyük əksəriyyətinə “xarici agent” statusunun verilməsini nəzərdə tutan “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi birinci dinləmədə 13 əleyhinə 76 lehinə səslə qəbul edildi.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Qanun layihəsininin qəbulunun lehinə səs verən parlament çoxluğunun 76 üzvü:
- Amilaxvari Qiorqi
- Qia Benaşvili
- Beraia İrakli
- Beraia Daçi
- Beradze Rima
- Maya Bitadze
- Bolkvadze Anzor
- Eliso Bolkvadze
- Maka Boçorişvili
- Davituliani Beka
- Dalakişvili Aleksandre
- Darğalı Zaur
- Daseni İsko
- Duqladze Zaal
- Enukidze Qoça
- Volski Qiorqi
- İrma Zavradaşvili
- Zarkua İrakli
- Talakvadze Arçil
- Toloraia Edişer
- İncia Pridon
- Yonatamişvili Rati
- Kaçarava David
- Kaxadze Lado
- Qiorqi Kaxiani
- Kaxişvili Kaxa
- Kvijinadze Paata
- Kvitsian Baya
- Kiureqiani Sumbat
- İrakli Kobaxidze
- Kobiaşvili Levan
- Kontselidze Resan
- Laşxi Məryəm
- Zaza Lominadze
- Davit Matikaşvili
- Manukyan Samvel
- Maçaraşvili Quram
- Mqaloblişvili Levan
- Mamuka Mdinaradze
- Mezurnişvili İrakli
- Maya Menaqaraşvili
- Meşveliani Qoqi
- Mirzoyev Savalan
- Mikanadze Qivi
- Mikeladze Zaal
- Obolaşvili Anton
- Odişarya Beka
- Anri Oxanaşvili
- Papuaşvili Şalva
- Samxarauli Qela
- Dimitri Samxaradze
- Nikoloz Samxaradze
- Viktor Sanikidze
- Sarcveladze Mixeil
- Sepaşvili Eka
- David Sonqulaşvili
- Subari Sozar
- Aleksandre Tabatadze
- Turdzeladze Nodar
- Kadaqişvili İrakli
- Karumidze Levan
- Quduşauri Aluda
- Kavelaşvili Mixeil
- İrakli Şatakişvili
- Çankseliani Qoderdzi
- Çiqoqidze Vasil
- Çikovani İrakli
- Qia Tsaqareişvili
- Tsakadze Bejan
- Nino Tsilosani
- Tsilosani Xatia
- Tsitsava Qreta
- Çiçinadze Qivi
- Xabareli Şota
- Dimitri Xundadze
- Viktor Caparidze
Plenar iclasda iştirak etsələr də, səsvermədə bitərəf qalan “Gürcü Arzusu”nun deputatları: İrakli Medzmariaşvili, Davit Serqeenko, Ketevan Dumbadze və Vladimir Çaçibaya. “Gürcü Arzusu”ndan Elquca Qotsiridze, İrakli Kovzanadze və Qiorqi Xelaşvili görüşə qatılmayıb.
Parlament çoxluğu qanun layihəsini vətəndaşların etiraz aksiyası fonunda birinci dinləmədə qəbul etdi. Səsvermədən əvvəl ABŞ səfirliyi bəyanatla deyirdi ki, “Kremldən ilhamlanan qanunların parlamentdə müzakirəsinin davam etdirilməsi Avropaya inteqrasiya və ölkənin demokratik inkişafı istəyi ilə uzlaşmır”.
Dünən, martın 6-da “Xarici agentlər haqqında” hər iki qanun layihəsi Hüquq Məsələləri Komitəsində təsdiqləndikdən sonra “Gürcü Arzusu” fraksiyasının sədri Mamuka Mdiniradze qanun layihələrinin martın 9-da keçiriləcək plenar iclasda müzakirəyə çıxarılacağını açıqlamışdı, ancaq bu gün keçirilən plenar iclasda o, qanun layihəsinə elə bu gün baxılması təklifini irəli sürdü.
“Biz bu günü müdafiə məcəlləsinə ayırmışdıq, lakin iştirak baş tutmadı və büro müdafiə məcəlləsini müzakirə etməmək qərarına gəldi. Buna görə də Amerikanın agent qanununun müzakirəsinə başlamağı və dördüncü günü davam etməyi təklif edirik. Təklif edirik, ona görə ki, bu elementar şəkildə baş tutsun”, - Mdinaradze bildirib.
Deputat Roman Qotsiridze “Gürcü Arzusu”nun qərarını “prosessual şeytanlıq” adlandırıb.
“Rus qanununa yox! Rusiya “Gürcü Arzusu”nun köməyi ilə müzakirəsi cəmiyyətimizi bir daha parçalayacaq olan Rusiya qanunvericiliyini parlamentə gətirir, münaqişəni daha da qızışdırmağa nail olur. Cəmiyyətin parçalanması, qarşıdurması ancaq işğalçı Rusiyaya əl verir və siz bu parlamentdə bu marağa xidmət edirsiniz, başqa heç nəyə”, - plenar iclasda müstəqil deputat Teona Akubardiya bildirib.
“Demokratik qanunlar parlamentdə zorakılıqla qəbul edilmir. Demokratik qanunlar gizli-gizli qəbul edilmir. Bu qanun belə yaxşıdırsa, camaat bunu tələb edirsə, indi camaat haradadır? Şəffaflıq adı ilə dövlət qanununu pozursunuz, bəyannamələrinizin şəffaf olmasını istəmirsiniz? Əgər siz dövlət tenderlərini rəqabətsiz qazanırsınızsa, o zaman nəsə edirsiniz, pul buxarlananda və Gelati qərq olanda, bəzən körpü uçanda, bəzən bir şey səhv olanda, şəffaflığı tətbiq etmək istəmirsiniz? Mən sizin yerinizdə olsaydım, dövlət auditinin hesabatlarını açıb baxardım ki, dövlət əmlakı hara yoxa çıxır. Bunun şəffaflığını niyə tələb etmirsiniz?
Gürcüstanın ikinci dəfə sovetləşməsinə yox! Hamı sizə dedi - yerli, xarici, keçmiş komanda yoldaşı, müxalifət, media, BMT, ATƏT, Venesiya Komissiyası, hamı sizə dedi ki, demokratik ölkədə belə bir qanun qəbul oluna bilməz. İlk növbədə, bu ölkənin vətəndaşları deyirlər bunu. Yaxşı eşitdilər nə hiylə hazırlayırsınız, bax ona görə də indi parlamentin qabağında dayanıblar. Bu gün siz bu insanlara “yox” deyirsiniz və qanunu pozursunuz. Çünki bir çoxunuz bura təsadüfən gəlmisiniz”, - “Lelo”nun üzvü Ana Natsvilişvili deyib.
Gürcüstan parlamenti parlament çoxluğunun təşəbbüsü ilə irəli sürülmüş “xarici agentlərin qeydiyyatı” və “xarici təsirin şəffaflığı haqqında” qanun layihələrini nəzərdən keçirir. Belə ki, bu qanun layihələrinə əsasən maliyyəsinin 20 %-dən çoxunu xaricdən alan KİV və qeyri-hökumət təşkilatları “agent” olaraq qeydiyyatdan keçməlidirlər. Ədliyyə Nazirliyi media və qeyri-hökumət təşkilatlarını yoxlamaq, şəxsi məlumatların işlənməsi və 25 min lari cərimələmək səlahiyyətinə malik olacaq. Qanun layihəsində bu qanunu pozan şəxsə 5 il müddətində həbs cəzası nəzərdə tutulur.
Tərəfdaş ölkələr və beynəlxalq insan haqları təşkilatları parlament çoxluğunu qanun layihələrini qəbul etməməyə çağırır. Martın 6-da Hüquq Məsələləri Komitəsinin iclası ilə eyni vaxtda ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan növbəti dəfə deputatlara müraciət edib ki, müstəqil medianı və fərqli səsləri susduran bu kimi qanunları qəbul etməsinlər, necə ki, bu, Rusiyada və Rusiyaya oxşar ölkələrdə baş verdi.