Tbilisi Şəhər Məhkəməsində rus qanunu əleyhinə aksiyada Xüsusi Təyinatlılar tərəfindən qanunsuz saxlanılan və döyülən Davit Katsaravanın məhkəməsi keçirilib. Daxili İşlər Nazirliyi onu inzibati xətada - xırda xuliqanlıqda və polisə tabe olmamaqda ittiham edir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Bu gün keçirilən prosesdə iki polis əməkdaşı ifadə verib. Onlardan biri Bidzina Cameraşvili bildirib ki, Davit Katsarava Xüsusi Təyinatlıların əməkdaşlarını rus qulları adlandırıb, “qanunlara tabe olmayıb” və xüsusi təyinatlılar onu lazımi “vaxtında” saxlayıblar.
“Deyirdi ki, 40 kilometr aralıda rus ordusu var, siz niyə burada dayanmısınız, Rusiyanın qulları. Sizi rus köləsi adlandırmaq təhqiramizdir, bir çoxunun ailə üzvləri onlarla döyüşərək həlak olub. Vaxtı çatanda o, Xüsusi Təyinatlılar tərəfindən saxlanılıb. O, polislərə söyməyib. Əsasən qanuna qarşı insanların toplaşdığı yerdə ədəbsiz müraciətlər edirdi. Qanun əleyhinə söyürdü”, - Cameraşvili bildirib.
Şahid polislər döyülən Davit Katsaravanı klinikaya təhvil verən patrul heyətinin üzvləridir. Vəkil Mixeil Ramişvilinin sözlərinə görə, onların heç biri xüsusi təyinatlılar tərəfindən Katsaravanın saxlanıldığı yerdə olmayıb.
Prosesdən sonra Davit Katsarava polis əməkdaşlarının ifadələrinin ziddiyyətli olduğunu bildirib.
“Polislərdən biri deyirdi ki, mən polisi də təhqir edirdim, digəri deyiridi ki, ünvansızca söyürdüm. Biri deyirdi ki, saat 5-də söyüş söyürdüm və 6-nın yarısında buna görə saxlanıldım. Hər ikisi Xüsusi Təyinatlılar tərəfindən qaçırıldıqdan təxminən 5 dəqiqə sonra məni aparıb maşına mindirdiklərini dedi. Əslində saxlanılmamla patrul maşınına keçməyim arasında ən azı 40 dəqiqə vaxt aralığı oldu.
Deyirdim ki, polislərin sinə kameraları sönülüdür və heç bir dəlilləri olmayacaq. Məhz belə oldu. Onlar yalan ifadə verdilər, hakimi mənim söyüş və təhqir etdiyimə inandırmağa çalışdılar”, - Katsarava bildirib. O hesab edir ki, vətəndaş fəallarına hədə-qorxu gəlmək hakimiyyətin sifarişidir.
“Mənim üçün bu, təzyiq və qorxutmaq cəhdidir. Bununla da bu rejim mənə yenidən mane olmağa, təhlükədə olduğumu hiss etdirməyə çalışır. Bütün bunlar mən fəal şəkildə İşğal xəttini gözətləməyə qayıtdıqdan sonra baş verdi. Bu, birbaşa məhkəməyə çağırışla bağlıdır, çünki mayın 14-dən ay yarım keçib”, - Katsarava bildirib.
Davit Katsaravanın işinə baxılması iyulun 11-də davam etdiriləcək. Xırda xuliqanlıq və polisə tabe olmama 500 laridən 3000 lariyə qədər cərimə və ya 15 günə qədər inzibati həbslə cəzalandırılır.
İşğal əleyhinə hərəkatın lideri Davit Katsarava mayın 14-də saxlanılıb. Yayılan kadrlarda Katsaravanın Xüsusi Təyinatlılardan bir neçə metr aralıda dayanaraq onlara müraciət etdiyi görünür. “Ruslar bizdən 20 kilometr aralıdadır, siz isə rusların müdafiəçisi olmusunuz. Bilirsiniz hansı qanuna imza atıblar. Yaxşı bilirsiniz ki, siz rusların...” – Katsarava cümləsini bitirməmişdi ki, Xüsusi Təyinatlılar şuğuyub onu tuturlar və öz kordonlarından o yana aparırlar. Mülki fəalın sözlərinə görə, əli qandallı halda onu 5 dəfə (avtomobil də daxil olmaqla) başını və sifətini məqsədli şəkildə hədəf alan yumruqlarla döyülüb. Xüsusi İstintaq Xidmətində zorakılıq faktı üzrə Cinayət Məcəlləsinin 333-cü maddəsinin üçüncü hissəsinin “B” bəndi, yəni zor tətbiq etməklə və ya silahdan istifadə etməklə vəzifə səlahiyyətlərini aşma ilə bağlı istintaq başlayıb. Cinayət beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Davit Katsarava zərərçəkmiş kimi tanınsa da, Xüsusi İstintaq Xidməti indiyədək heç kimi saxlamayıb.