Daxili İşlər Nazirliyi bundan sonra hər ay Gürcüstanın dövlət sərhədindən keçən şəxslər və nəqliyyat vasitələri ilə bağlı statistik məlumatları dərc etməyəcək. Nazirliyin izahına görə, bu qərar Avropa ölkələrinin qabaqcıl təcrübələri əsasında qəbul edilib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Daxili İşlər Nazirliyi hər ay öz saytında qeydə alınan cinayətlərin statistikasını, inzibati xətalarla bağlı məlumatları, Gürcüstanın dövlət sərhədini ilə keçənlərlə bağlı, məişət zorakılığı statistikası, yol-nəqliyyat hadisələrinin sayı, verilmiş sürücülük vəsiqələri haqqında məlumatlar, Nazirliyin fəaliyyəti ilə bağlı digər məlumatları dərc edirdi.
Nazir müavini Aleksandre Daraxvelidzenin sözlərinə görə, cinayət statistikası bundan sonra hər ay dərc edilməyəcək, baxmayaraq ki, rəsmi məlumatlara görə, 2021-ci illə müqayisədə 2022-ci ildə cinayətlərin sayı 3,39 % (-1908 fakt) azalıb, həmçinin ağır cinayətlərin və qətl, adam öldürməyə cəhd, sağlamlığa ciddi ziyan vurma, qanunsuz azadlıqdan məhrum etmə, soyğunçuluq, oğurluq, mənzildən oğurluq və s. kimi xüsusilə ağır cinayətlərin sayı azalıb.
“Praktiki təhlil nəticəsində aydın olub ki, hüquq mühafizə əməkdaşları tərəfindən cinayət faktının müəyyən edilməsi, daha sonra cinayətin açılması və cinayət təqibinə başlaması prosesində tez-tez bir ay müddətinin tam təhlil və nəticə çıxarmaq üçün kifayət etmədiyi hallara rast gəlinir. Cinayət statistikasının işlənməsi metodologiyası dəyişmir, lakin son tarixlər dəyişir və dərc olunacaq məlumatlar daha detallaşır. Dəyişikliyin əsas məqsədi cinayət statistikasının təhlilinin təkmilləşdirmə imkanlarıdır”, - nazir müavini qeyd edib.
Daxili İşlər Naziri Vaxtanq Qomelaurinin əmrinə əsasən cinayətin növü, konkret maddələri və açılma dərəcəsini göstərən qeydə alınmış cinayətlərin statistik məlumatları ildə 4 dəfə, rüblər şəklində yayımlanacaq. Qeyd edək ki, bütün sadalanan kateqoriyalar üzrə məlumatlar hər ilin sonundan sonra icmal formada dərc olunacaq.
Gürcüstanın dövlət sərhədini keçmə statistikasına əsasən, 2022-ci ildə Gürcüstanın 2.422.849 vətəndaşı ölkəni tərk edib, 2.378.263 nəfər isə ölkəyə daxil olub.
Daxili İşlər Nazirliyinin məlumatına görə, 2022-ci ildə Gürcüstan sərhədini ən çox Rusiya Federasiyası vətəndaşları keçib. Belə ki, işğalçı ölkədən Gürcüstana 1.459.541 nəfər daxil olub ki, bu da 2021-ci illə müqayisədə 401 % çoxdur. Ölkədə 120 mindən çox Rusiya vətəndaşı qalıb.
Rusiya vətəndaşları Rusiyanın Ukraynada müharibəyə başlamasından sonra kütləvi şəkildə Gürcüstana daxil olublar. Onların sayı xüsusilə keçən il sentyabrın 21-dən, Rusiya Prezidenti Vladimir Putinin 300 min nəfəri müharibəyə cəlb etmək üçün qismən səfərbərlik elan etməsindən sonra artıb. Lars sərhəd-keçid məntəqəsində bir neçə kilometr uzunluğunda Rusiya vətəndaşlarının növbəsi yaranırdı.
2022-ci il yanvarın 1-dən sentyabrın 9-dək Gürcüstanda 15.164 bina və tikili üzərində 12.335 Rusiya vətəndaşının mülkiyyət hüququ qeydə alınıb. Bunlardan 13.262-si yaşayış mənzilləridir ki, onların üzərində Rusiya Federasiyasının 11.722 vətəndaşının mülkiyyət hüquqları qeydiyyata alınıb.